Quba sakini elan saytında tapdığı mopedi dələduzluq yolu ilə ələ keçirib.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən, Quba şəhəri yeni avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını deyib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini Şükür Quliyev saxlanılıb.
O, ifadəsində əməlini etiraf edib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şəkidə ağır qəza: ölən var
Şəkidə noyabrın 7-də saat 11 radələrində Arif Səlimov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub....





















Son şərhlər