Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu İngiltərə nəhənglərindən “Çelsi”nin vingeri Pedro Netonun transferi üzərində işi davam etdirir.
Elchi.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə klubu 26 yaşlı portuqaliyalı futbolçu ilə bağlı “Çelsi” nümayəndələri ilə yeni birbaşa danışıqlar planlaşdırıb. Tərəflərin bu həftə yenidən görüşəcəyi bildirilir.
“Əl-Hilal” artıq Pedro Netoya şəxsi müqavilə təklifini də təqdim edib.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir. “Çelsi” də Netonu 2024-cü ildə “Vulverhempton”dan məhz 60 milyon avroya transfer edib.
Qeyd edək ki, Pedro Neto London klubunun heyətində ümumilikdə 103 oyuna çıxıb, 19 qol vurub və 19 məhsuldar ötürmə edib.




















