"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Ədəbiyyatımızın İmamverdi İsmayılov “Labirint”i

16 İyun 2026 - 15:31
in XƏBƏR LENTİ
FacebookVatsap

Dil ictimai hadisədir, insana məxsusdur, insan düşüncəsinin həm yazılı, həm də fonetik ifadəsidir. Söz də insana aiddir, danışılır, qorunur, hətta girov qoyulur, verilir. Amma böyük söz böyük doğulanların və böyük düşünənlərin payıdır. Çünki sözün dəyəri onu səsləndirənin şəxsiyyəti, niyyəti və məsuliyyəti ilə ölçülür. Ona görə də söz danışanın mənəviyyatını, düşüncəsini və kimliyini əks etdirən aynadır. Öncə söz vardı, düşüncəyə çevrildi, anlaşıldı və insanın ən böyük gücü oldu. Cahan qılıncını sözlə dəyişdi. Dahilər sözü silaha çevirdilər, onu həqiqətin, azadlığın və zamanın qarşısında ayaqda qalan ən böyük qüvvə etdilər. Sözün haqqını yalnız sözün məsuliyyətini daşıyanlar verə bildi. Bu haqq bu gün də verilir. Söz adamı sözün idarəçiləri tərəfindən ya ucaldılır, ya da susdurulmağa çalışılır. Bu haqq bu gün də sözə tabe olmayan, əksinə sözü iradəsinə ram edən tərəfindən verilir, söz haqqı!

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Söz mahiyyətcə müqəddəsdir və ədəbiyyatın əsas gücü də onun məsuliyyətli istifadəsindədir. Lakin söz yığına, pafos vasitəsinə çevriləndə dəyərsiz olur və oxucuya təsir gücünü də itirir.

Hörmətli İmamverdi müəllimin qələmə aldığı “Labirint” isə məhz bu təhlükəli həddi aşan mətn təsiri bağışlayır. Əsər özünü ədəbi hadisə kimi təqdim etməyə çalışsa da nəticədə daha çox şişirdilmiş təsvirlər, süni bədii bəzəklər və məzmunu üstələyən ifadə bolluğu ilə yadda qalır. Bu isə oxucunu düşüncəyə aparmaq əvəzinə onu söz labirintində itir. “Labirint’”ədəbi dəyərdən daha çox sözün məsuliyyətsiz istifadəsinin yaratdığı publisistik-bədii qarışıqlıq kimi görünür və bu da bütövlükdə ədəbiyyatın nüfuzuna zərər verir.
Əgər bu mətnə sırf ədəbi meyarlarla yanaşsaq və müəllifin adı, statusu, vəzifəsi bir kənara qoyulsa, ortaya çıxan mənzərə o qədər də ürəkaçan deyil. Mətnin ilk və ən ciddi problemi ondan ibarətdir ki, müəllif psixoloji povest yazmaq istəyib, amma nəticədə bədii söz yığını yaradıb. Burada daxili dramatizmdən çox üslub nümayişi var. Müəllif hər cümlədə oxucuya nəsə göstərmək istəyir, amma alınmır. Nəticədə əsər həyatla uzlaşmır və müəllifin dil ehtirasının məhsuluna çevrilir. Əsərdə obsesiv-kompulsiv pozuntudan əziyyət çəkən bir insan təsvir olunur. Ancaq bu xəstəliyin psixoloji anatomiyası açılmır. Qəhrəmanın daxili dünyasına enmək əvəzinə müəllif onun ətrafında dövrə vurur. Oxucu yüzlərlə söz oxuyur, amma qəhrəmanın ruhuna yaxınlaşmır. Çünki müəllif ifadələri müşahidə edir. Mətn boyu işlədilən saysız-hesabsız təşbehlər bədii qüsurdur. Müəllif hər abzasda özünü məcbur edib ki, mütləq hansısa bənzətmə işlətsin. Bir müddətdən sonra bu ifadələr oxucuya təsir etmir, əksinə yorur və mətni ağırlaşdırır.

Burada isə müəllif demək olar ki, hər cümlədə təsvirin arxasına çəkilir.

Süjet məsələsinə gəldikdə isə vəziyyət daha acınacaqlıdır. Onlarla abzas oxunduqdan sonra məlum olur ki, əslində ciddi hadisə baş verməyib. Qəhrəman oyanır, həkimə gedir, danışır, küçədə gəzir və yenə düşünür. Bu qədər həcmdə mətn üçün belə zəif hadisə dinamikası oxucunun səbrini, əsəbini tarıma çəkir. Digər problem müəllifin öz yazısına vurğunluğudur.
Əsərin dili xalq danışıq üslubuna söykənsə də bu da həmişə üstünlük yaratmır. Bir çox yerlərdə həmin ifadələr obrazın xarakterini açmaq əvəzinə nümayişkaranə folklorçuluq təsiri bağışlayır. Müəllif oxucuya qəhrəmanla bərabər öz lüğət ehtiyatını göstərir.
Ədəbiyyatda ən təhlükəli qüsurlardan biri yazının özünü ədəbiyyat hesab etməsidir ki, mətndə də məhz həmin problem hiss olunur. Müəllif bədii görünən cümlələrin çoxluğunu bədii dəyər kimi təqdim etməyə çalışır. Halbuki böyük ədəbiyyat fikrin, obrazın və insan həqiqətinin gücü ilə yaranır. Bu parçanı oxuyanda isə müəllifin öz yazısına heyranlığı görünür. Bu isə ciddi ədəbiyyat üçün təhlükəli və bağışlanmaz qüsurdur.

Hörmətli yazıçımızın böyük ədəbi hadisə kimi təqdim edilən “Labirinti”i əslində boş tabutu xatırladır. Mətn pafosla bəzədilmiş ölmüş, can verən söz yığınıdır, burada ciddi ədəbi yük görünmür. Söz öz dəyərini itirir, elə labirintin içində itib-batır. Nəticədə oxucu ədəbiyyatdan daha çox süni bədii iddia ilə qarşılaşır. Sözlə isə belə davranılmır və belə ədəbiyyat da olmur. Müəllif viran qalan ağacın budağı qırılandan sonra guya külək peşman olsa, nə olacaq kimi Nitşesayağı fikirlər iddia edir. Mən isə bu əsəri oxuduqca ayırdığım həmin vaxta təəssüfləndim, peşman budaqları yaralayan külək olmadı bu dəfə, “Labirint”lə mən oldum.

Previous Post

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət edib

Next Post

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi bəlli oldu

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi bəlli oldu

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib

12 Oktyabr 2026 - 20:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.