Ebola virusu 1350 can alıb

🗓 20.08.2014 22:25 ✍️ "Elçi" qəzeti
Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 1350-yə çatıb.0bcd2e6bb2a5e02747a2b68e1ab0c83b
 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əvvəl, 1229 nəfərin öldüyü bildirilirdi. Ümumilikdə bu virusa 2240 yoluxma halı qeydə alınıb.

 Ümumdünya Səhiyyə Təşkilatı Ebola xəstəliyinin yayılmasının beynəlxalq əhəmiyyətli təhlükə olduğunu etiraf edib.

Bənzər yazılar