"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Əbdürrəhim Ərdəbili Şirvani “Məzhər üt-türki”

24 Noyabr 2023 - 17:07
in MƏDƏNİYYƏT
FacebookVatsap

XVIII əsrdə tərtib olunmuş Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsəri AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli tərəfindən aşkar edilmiş və elm aləminə tanıtdırılıb. Nəsimi adına Dilçilik institunda Elchi.az-a verilən məlumata görə bu əsər Qızılbaş türkcəsinin qrammatikasını və leksik tərkibini farsdillilərə öyrətmək məqsədilə yazılmış dərslik formatlı bir lüğətdir. 

Bunu da oxuyun

“Odissey”in kitab satışları 1400 faiz artdı

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

Qeyd olunur ki, bu elmi hadisənin iki əhəmiyyətli tərəfi var:
“Məzhər üt-türki” əsəri Azərbaycan dilinin tarixi sahəsində transliterasiya və tərcümə edilməsini gözləyən bir çox dəyərli əlyazmalardan biridir. Ona görə də Azərbaycan elmi üçün yenilikdir.
Dərslik tipli bu cür əsərlərdə öz dövrünün qrammatik xüsusiyyətləri təhlil edilmiş olduğuna görə, dilçilər üçün əvəzolunmaz hazır materialdır.

Əbdürrəhim Ərdəbili Şirvaninin əsəri qızılbaşların dili haqqında kifayət qədər geniş məlumat verir: biz burada XVIII əsr Azərbaycan türkcəsinin fonetik, morfoloji, leksik və semantik mənzərəsini görə bilirik.
Azərbaycan lüğətçiliyi özünəməxsus ənənəyə malik olmuşdur. C.Qəhrəmanov qeyd edir ki, Nəvainin dilinə həsr olunmuş lüğətlərin məhz Azərbaycanda mövcud lüğətçilik ənənəsinə müvafiq meydana gəlməsi türkoloqlar tərəfindən qəbul edilmiş bir həqiqətdir. Azərbaycanda lüğət tərtibi ənənəsinin əsası hələ XII-XIV əsrlərdə qoyulmuş, farsca-azərbaycanca, ərəbcə-azərbaycanca bir çox lüğətlər yazılmışdır.
Orta əsrlərdə yazılmış farsca-türkcə lüğətlər tərtibati quruluşuna görə iki qismə ayrılırdı: mənzum lüğətlər və mənsur lüğətlər.
Mənzum lüğətlər, əsasən, uşaqların sözləri asan əzbərləməsi və əruz vəznini mənimsəyə bilməsi məqsədilə tərtib olunurdu. Belə hesab edilirdi ki, mənzum lüğətlərin uşaqlara əzbərlədilməsi onların zehni inkişafına gətirib çıxarır. Hüsaməddin Xoyinin türkcə-farsca «Töhfeyi-Hüsam» mənzum lüğətinin (XIV-XV əsrlər) ümumilikdə 302 beyti vardı.
Mənsur lüğətlər dərslik formatında olurdu. Lüğətin əvvəlində dilin qrammatik xüsusiyyətləri təhlil edilirdi, ardından sözlük verilirdi. Bu zaman sözlüyə tematik prinsip tətbiq edilirdi. Bu artıq ərəb leksikoqrafiyası ənənəsindən irəli gəlirdi. Buna misal Fəxrəddin Hinduşah Naxçıvaninin “Sihahül-əcəm” (XIII) farsca-türkcə lüğətini misal gətirmək olar. Bu əsərə X əsr ərəb lüğətşünası Əl-Cövhərinin “Tac əl-lüğa və sihahül-ərəbiyyə” adlı izahlı lüğətinin tərtibatına uyğun olaraq qafiyə üsulunda quruluş verilmiş və üç hissədən – ərəbcə müqəddimə, farsca-türkcə lüğət və ərəbcə yazılmış fars dilinin qrammatikasından ibarətdir. “Sihahül-əcəm” lüğəti qafiyə üsulunda tərtib edildiyindən sözlər lüğətdə axırıncı hərfinə görə sıralanmışdır. Lüğət quruluşca sözlərin sonundakı hərflərə görə bablara, baş hərflər üzrə isə fəsillərə (فصل) ayrılmışdır (fəslul-əlif (فصل الاليف), fəslul-bə (فصل الاليف), fəslut-tə (فصل الاليف), fəslus-sə (فصل الاليف) və s.) və fəsil adları qırmızı rəngdə verilmişdir. Bu zaman feillər və isimlər ayrılmışdır.
Predmet-tematik sistem (mövzular üzrə sözlərin qruplaşdırılması);
Qafiyə üsullu sistem (sözlərin ilk və son hərflərinin əlifba sırası ilə ardıcıl düzülməsi);
“Məzhər üt-türki” əsəri dörd bölmədən ibarətdir. Birinci və ikinci bölmələrin hər biri iki fəslə ayrılır. Girişdə əvəzliklərdən danışan müəllif anın, anı, ana, anda, andan işarə əvəzliyinin adlıq halda olan variantını da işlədir. Amma Azərbaycan yazılı abidələrində heç yerdə onun adlıq halda olan variantına rast gəlməmişik.
Əsərin birinci bölümü feillərə həsr olunmuşdur. Maraqlıdır ki, Əbdürrəhim Şirvani gələcək zaman şəkilçilərindən yalnız -ar, -ər şəkilçisini göstərir, lakin -acaq, -əcək şəkilçisini feili sifət şəkilçisi kimi idi köməkçi sözü ilə yanaşı işlədir: alacaq idüm, verəcəg idüm.

İkinci bölüm isimlərdən bəhs edir. İsimlərin 1-ci fəslində feil mənalı isimlərə idi hissəciyi və olmaq köməkçi feilini aid edir. İsimlərin 2-ci fəslində adlardan bəhs edir və çox zaman sözləri antonimlər şəklində verməyə çalışır. Məsələn, ağır və yüngül, içrə və dışra, iraq və yavuq və s. Müəllif çox zaman bir sözün müxtəlif fonetik variantlarını və sinonimlərini verməyə çalışır, məs, yaxşı//yaqşı, iyi və yeg. Hər bir sifətin -raq şəkilçisi ilə üstünlük dərəcəsini də verir, məs., azraq, çoqraq, artuqraq, əksügraq.
Lüğətdə, əsasən, fonetik fonda hansı inkişaf mərhələlərini görə bilirik. XVII əsrdə Səfəvi sarayında iki sayı ikki şəklində deyilirdi. Biz bunu XVII əsrin əvvəlində I Şah Abbasla tanış olmaq məqsədilə Səfəvi İmperiyasına gəlmiş Pietro della Vallenin 1620-1621-ci illərdə yazdığı italyanlar üçün türk dili dərsliyi olan “Grammatica della lingva turca”-da görə bilirik.

 

Həmin say XVI-XVII əsrlərdə yaşayıb-yaratmış şair Məhəmməd Əmaninin şeirlərində də ikki şəklində müşahidə olunur. Məsələn:
Bu səadət ikki aləmdə yetər sidq əhliğə
Kim olubdur bəyyinati hər bəyan Qur’an sana.
Andin afətsiz iməs bir dəm bu dövri-ruzigar,
Fitnələrğə bais olmuş ikki əyyarın sənin.
Hələ XIII əsrdə Marağa ərazisində yaşamış İbn Mühənna Cəmaləddinin “Kitabu hilyətül-insan və həlbətül-lisan” lüğətinin Aropa nüsxəsində iki sayının ikki şəklində yazılmışdır.
Amma XVIII əsrə aid Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsərində qızılbaşların iki sayını bir k ilə dediyi göstərilir. Y samiti sözlərin əvvəlindən artıq düşüb: il, iyirmi, ulduz, uzun, üz, üzüm, üzük şəklində sözlərin işləndiyi müşahidə olunur.
Üçüncü bölüm hərflər bölümü adlansa da, burda ayrılıqda məna ifadə etməyən şəkilçi və köməkçi nitq hissələrini buraya aid etmək istəyir, amma qarışıqlığa yol verir: bənzətmək feilini, dün zərfini və keçən feili sifətini də buraya daxil edib.
Dördüncü bölümdə bir çox leksik, semantik və fonetik arxaizmlər müşahidə olunur: çəndir – süst və yumşaq ət (şındır), çibin – milçək, çürük – parça və paltarın aşağısı, çögür – saz adı, don – qaba, arxalıq, ləbbadə kişi geyimini ifadə edir; duvaq – yaşmaq, dönük – düşmən; dolay – dağın döngəsi; sövlə və səvlə – de və danış; savuq – soyuq və s.

Xədicə Heydərova
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Azərbaycan dilinin tarixi şöbəsinin müdiri,
fil.ü.f.d,dos.

 

 

Previous Post

Əbdürrəhim Ərdəbili Şirvani “Məzhər üt-türki”

Next Post

“Məktəblərdə psixoloqların sayı artırılmalıdır” – DEPUTAT

Bənzər yazılar

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

31 İyul 2026 - 19:17

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV...

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

30 İyul 2026 - 09:46

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə baş tutan...

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

22 İyul 2026 - 10:50

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib. Bu...

Next Post
“Məktəblərdə psixoloqların sayı artırılmalıdır” – DEPUTAT

"Məktəblərdə psixoloqların sayı artırılmalıdır" - DEPUTAT

“Məktəblərdə psixoloqların sayı artırılmalıdır” – DEPUTAT

"Məktəblərdə psixoloqların sayı artırılmalıdır" - DEPUTAT

Son xəbərlər

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.