Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Elchi.az “Report”a istinadən xəbər verir ki, bunla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə o, Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
BDYPİ-nin Yol patrul xidməti şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb.
Belə ki, o, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.
K.Əliyev “Report”a faktı təsdiqləyib.
Bu barədə ilk xəbəri avtosfer.az saytı yayıb.
Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb
Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu...