"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dustaqlar həbsdən, sanksiya Konqresdəki müzakirədən çıxır

03 Mart 2016 - 09:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Dustaqlar həbsdən, sanksiya Konqresdəki müzakirədən çıxır İqtidarın Qərblə münasibətlərdə “siyasi çevrilişi”; “Azərbaycan Demokratiya Aktı”nın müəlliflərindən olan konqresmen Kristofer Smit Vaşinqtonda prezident İlham Əliyevlə görüşəcək; Bakıda səfərdə olan ABŞ və Avropa rəsmilərinin təmaslarından sonra siyasi məhbuslar məsələsinin mart ayının sonunadək həll olunacağına ümidləri artırıb; AŞ PA sədri: “Azərbaycan dönüş mərhələsindədir”…

Son aylar Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə və hərəkətlilik müşahidə olunmaqdadır. Bakıda TAP və TANAP layihəsinə dair mühüm tədbirdə Qərbin Azərbaycana tam dəstək verməsi, ABŞ Dövlət Departament rəsmisinin, AŞ PA prezidentinin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin səfərləri iqtidarın Qərblə münasibətlərdə yeni bir səhifə açdığını, sürətli və effektli manevrlər etdiyini  göstərir. 
Xəbər verdiyimiz kimi, bir neçə həftədir ki, Amerika və Azərbaycan nümayəndələri mütəmadi olaraq Vaşinqtonda görüşlər keçirir. Məlumatda iddia olunur ki, Vaşinqton həbsdə olan siyasi məhbusların azad olunmasını, o cümlədən Milli Demokratiya və Amerika Respublikaçılar institutlarının Bakıda fəaliyyətinin bərpa edilməsini istəyir. Azərbaycan isə qondarma Qarabağ rejiminə maddi dəstəyin dayandırılmasına, bəzi anti-Azərbaycan dairələrinin Amerikada fəaliyyətini durdurmağa, iqtidara qarşı hazırlanmış “Azərbaycan Demokratiya Aktı” sanksiya layihəsinin gündəmdən çıxarılmasına çalışır. 
***
Sanksiya layihəsinin həmmüəllifi kimi tanınan konqresmen Kristofer Smit “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində maraqlı açıqlamalar verib. K.Smit deyib ki, Bakıda iki dəfə prezident İlham Əliyevlə görüşüb  və ümid edir ki, dövlət başçısının martın sonunda nüvə sammitində iştirakı zamanı da onunla görüşəcək. Konqresmen deyib ki, ABŞ Azərbaycanın və onun hökumətinin yaxın dostu olmaq istəyir: “Dostlar bir-birinə imkan verməməlidir ki, insan hüquqları pozulsun. Yüzə yaxın siyasi məhbus olduğu halda, sadəcə, səhifəni çevirmək olmaz”.
Helsinki Komissiyasının rəhbəri və “Azərbaycan Demokratiya Aktı”nın müəlliflərindən olan Smit  deyib ki, “qanun layihəsi ilə Azərbaycan iqtidarını inandırmağa çalışırıq ki, jurnalistlərə və müxalifətçilərə qarşı repressiyalar yaxşı yol deyil”. 
Kristofer Smit daha bir maraqlı məlumat açıqlayıb. O deyib ki, ATƏT-ə sədrlik edən Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerə siyasi məhbusların azadlığa buraxılmasına yardımçı olmağa çağırışına cavab gəlib. Frank-Valter Ştaynmayerin cavab məktubunda bildirilib ki, Münhen konfransında prezident İlham Əliyevlə görüşü olub və o, Azərbaycana qarşıdakı səfəri barədə prezidentə məlumat verib. “Biz Azərbaycanı KİV azadlığına hörmətlə yanaşmağa çağırırıq və ümid edirik ki, bu məsələni həll edəcəyik” deyə, ATƏT sədrinin cavab məktubunda deyilir.
Xatırladaq ki, “Azərbaycan Demokratiya Aktı” ötən ilin sonlarında Helsinki Komissiyası tərəfindən təqdim edilib və Azərbaycandan olan yüksək vəzifəli rəsmi şəxslərə ABŞ-a viza verilməməsini nəzərdə tutur.
Diplomatik mənbələr iddia edir ki, iqtidar ABŞ-la bir çox mühüm  məsələlərdə anlaşmaq ərəfəsindədir. Bu, Azərbaycan hakimiyyətinə qarşı Vaşinqtonun sərt mövqe sərgiləməsi tərəfdarlarının narahatlığında da özünü göstərir. Makkeyn İnstitutunun Demokratiya və İnsan Haqları üzrə baş direktoru Devid Kramerin ABŞ-ın Bakıdakı səfiri Robert Sekutanı hakimiyyətə loyal münasibətinə görə sərt tənqid etməsi buna misal ola bilər.
Vaşinqtonda müzakirələrdən sızan son bilgilərə görə, konqresmen Smitin prezidentlə görüşəcəyi barədə açıqlaması sanksiya layihəsinin də gündəmdən çıxarılacağını göstərir. Təsadüfi deyil ki, Smit layihənin nə vaxt müzakirə ediləcəyi barədə bir kəlmə də danışmayıb.
***
Avropadan gəlmiş rəsmilərlə bağlı qapılar arxasında görüşdə əsas müzakirə mövzusu siyasi baxışlarına görə həbsdə olan şəxslərin azad edilməsi olub. Ştanmayerin cavab məktubundakı optimizmdən də aydın görünür ki, Qərblə münasibətlərdə əsas əngələ çevrilmiş siyasi məhbuslar məsələsi mart ayının sonunadək həll olunacaq.    
 
AŞ PA sədri Pedro Aqramuntun Azərbaycana iki günlük səfərinin  yekunları ilə bağlı mətbuat konfransında dedikləri də diqqət çəkir. “Mən inanıram ki, Azərbaycan dönüş mərhələsindədir və bu, ölkənin Avropa və Avropa Şurası ilə münasibətlərini yaxşılaşdırmasına imkan verəcək. Mənim yüksək səviyyədə apardığım danışıqlar  Azərbaycanda dəyişiklikləri hiss etməyə imkan verdi”. Pedro Aqramunt “mən yüksək vəzifəli həmsöhbətlərimlə qanunun aliliyi və insan hüquqları mövzusunda səmimi və açıq  müzakirələrdən ruhlandım. Bu məsələləri yerli jurnalistlər, QHT təmsilçiləri, hüquqşünaslar və bəzi səfirlərlə görüşlərimdə də qaldırdım. Yerli vətəndaş cəmiyyətinin üzləşdiyi problemləri, QHT-lər haqqında qanunverici məhdudiyyətləri açıq müzakirə etmək imkanlarım oldu. Hər görüşdə qaldırılan əsas məsələlərdən biri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tətbiqi və icrasının vacibliyinə dair məsələ idi. Bunlar əsasən həbsdə olan şəxslər,  xüsusilə İlqar Məmmədovla bağlı məsələlərdir. Səfərim zamanı həbsxanada onunla görüşdüm. Apardığım söhbətlərdən belə məlum olur ki, bu, çox həssas mövzudur, ancaq o da məlumdur ki, bu məsələnin həlli fərdi qaydada olmamalıdır, bütün hüquqi  prosesə şamil edilməlidir. Bununla əlaqədar mənə bildiriblər ki, Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Konvensiyasının səmərəli tətbiqi üçün Avropa Şurasının baş katibi ilə 52-ci maddə çərçivəsində əməkdaşlıq edəcək və AŞ baş katibinin səlahiyyətli nümayəndə heyəti görüş təyin ediləcək. Bütün bunlar yaxşı başlanğıcdır və mən ümid edirəm ki, bu, tezliklə irəliləməyə imkan verəcək”.
 
Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini hakimiyyətlə  apardığı müzakirələrə işarə edərək vurğulayıb ki, əsas mövzu insan hüquqları ilə bağlıdır. 
Previous Post

Dustaqlar həbsdən, sanksiya Konqresdəki müzakirədən çıxır

Next Post

AŞ PA sədri niyə müxalifətlə görüşmədi?

Bənzər yazılar

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

03 Sentyabr 2026 - 13:30

Azərbaycan Mərkəzi Bankı (AMB) “İşgüzar-Kredit İttifaqı” MMC-nin lisenziyasını ləğv edib. Bu barədə Elchi.az AMB-yə istinadən xəbər verir. Bununla da kredit...

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

03 Sentyabr 2026 - 13:18

ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib. Elchi.az xəbər verir ki, bunu ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute”...

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib

02 Sentyabr 2026 - 22:04

Keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) Rəyasət Heyətinin 10-cu sədri Raif Dizdareviç 100 yaşında Sarayevoda vəfat edib. Elchi.az  xəbər verir...

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib

02 Sentyabr 2026 - 22:02

Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib. Elchi.az  xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya...

Next Post

AŞ PA sədri niyə müxalifətlə görüşmədi?

AŞ PA sədri niyə müxalifətlə görüşmədi?

Son xəbərlər

Gömrükdə yeni qayda: Bu malları gətirənlərə aid olacaq

Gömrükdə yeni qayda: Bu malları gətirənlərə aid olacaq

03 Sentyabr 2026 - 14:30
Günəşdə yeni güclü alışmalar gözlənilir

Günəşdə yeni güclü alışmalar gözlənilir

03 Sentyabr 2026 - 14:14
Lavrov Ukraynanın müstəqilliyi haqqında danışdı

Lavrov Ukraynanın müstəqilliyi haqqında danışdı

03 Sentyabr 2026 - 14:00
Planetimiz sürətlə istiləşir – XƏBƏRDARLIQ

Planetimiz sürətlə istiləşir – XƏBƏRDARLIQ

03 Sentyabr 2026 - 13:53
Paşinyan: Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik

Paşinyan: Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik

03 Sentyabr 2026 - 13:44
Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

Mərkəzi Bankı kredit ittifaqının lisenziyasını ləğv edib

03 Sentyabr 2026 - 13:30
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

03 Sentyabr 2026 - 13:18
FHN-nin Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

FHN-nin Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

03 Sentyabr 2026 - 13:09
Putin ABŞ-la təmaslar haqqında bəyanat verdi

Putin ABŞ-la təmaslar haqqında bəyanat verdi

03 Sentyabr 2026 - 13:00
3 uşağı olan ailələrə şad xəbər – müavinət verilə bilər

3 uşağı olan ailələrə şad xəbər – müavinət verilə bilər

03 Sentyabr 2026 - 12:52
Alen Simonyan Azərbaycana gələcək

Alen Simonyan Azərbaycana gələcək

03 Sentyabr 2026 - 12:49
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

03 Sentyabr 2026 - 12:38
Azərbaycanda ərzaq inflyasiyasını 2 ay öncədən göstərən indeks hazırlanıb

Azərbaycanda ərzaq inflyasiyasını 2 ay öncədən göstərən indeks hazırlanıb

03 Sentyabr 2026 - 12:29
FHN-in Muğan Regional Mərkəzi seminar-müşavirə keçirdi

FHN-in Muğan Regional Mərkəzi seminar-müşavirə keçirdi

03 Sentyabr 2026 - 12:21
Premyer Liqada IV turun oyunlarına təyinatları açıqlandı

Premyer Liqada IV turun oyunlarına təyinatları açıqlandı

03 Sentyabr 2026 - 12:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.