"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Düşməni dosta çevirən siyasət

04 Aprel 2015 - 16:38
in XƏBƏR LENTİ
FacebookVatsap

Düşməni dosta çevirən siyasət

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Tehran və Vaşinqton anlaşdı. Odur ki, belə bir sual yaranır  – Qərb-İran anlaşması Azərbaycana nə vəd edir? Bakı seçim dilemmasından azad olacaqmı?
Vaşinqton və Tehran razılaşması Bakının geosiyasi önəmini azaldacaqmı?  Bu suallara cavab vermək lazım gəlir.
İlkin olaraq, belə bir suala cavab vermək lazımdı – Birləşmiş Ştatlar nüvə anlaşmasının mabədi olaraq, İslam respublikası ilə normal münasibətlər qura bilərmi?
Prinsip etibarilə, Vaşinqtonun mövcud Tehran rejimi ilə münasibətlərinin tənzimlənməsinin vacibliyi ilə bağlı bir çox amerikalı ideoloqlar 1979-cu ildən – inqilabın ilk günündən danışırlar.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, Vaşinqtonun əsas strateqlərindən olan Zbiqnev Bjezinski uzun illər öncə Birləşmiş Ştatların İsrailə yönəlik “İran siyasətini” yanlış adlandırıb.
SSRİ-nin parçalanmasının əsas ideoloqlarından olan bu şəxsin sözlərinə görə, İsrail rejimini bu həddə müdafiə ABŞ-ın milli mənafeyinə cavab vermir.
İdeoloqa görə, İrana qarşı müharibə etmək fikrində olanlar savaşın nəticələri və mümkün vətəndaş itkilərini də nəzərə almağa məhkumdurlar.
Onun sözlərinə görə, hərbi müdaxilə məsuliyyətsiz bir hərəkət ola bilərdi.
Z.Bjezinski hesab edir ki, İrana hərbi müdaxilə ciddi böhrana gətirib çıxara bilər və bölgəni atəşə verərdi.
“Bu da ABŞ-ın Əfqanıstandan tutmuş İraq və Suriyayadək milli mənfəətlərinə ziyan vuracaq və geniş bir coğrafi ərazidə ABŞ əleyhinə böyük bir nifrət halqası yaradardı”.
1979-cu ildən ABŞ-İran münasibətləri hər zaman gərgin olub. Mahmud Əhmədinejadın prezidentliyi zamanı isə bu gərginlik daha da artıb. Həsən Ruhaninin prezident seçilməsi ilə isə iki ölkə arasında qanlı savaş perspektivi aradan qalxmağa başladı.
Bunun da səbəbini anlamaq mümkündür.
ABŞ Yaxın Şərqdə özünün yaratdığı xaosun əsirinə çevrilməkdədir. Odur ki, İranla münaqişəni səngitmək istəyir.  İsrail nüvə silahına malik olduğu halda, İranın belə bir qadağa ilə üzləşməsi də anlaşılan deyil.
Digər tərəfdən, İsrailin nüvə silahına malik olması Türkiyəni də bu barədə düşünməyə vadar edir. Görünür,Qərbi narahat edən odur ki, Türkiyə də nüvə silahına malik ola bilər; bu isə bölgədə tamamilə yeni düzənin qurulması anlamına gələ bilər.
Bu baxımdan, Vaşinqton diplomatik yollarla Tehranla münasibətləri normallaşdırmaq niyyətindədir.
Ona da diqqət  yetirək ki, İran-ABŞ münasibətlərinin normal məcraya salınması Qərbin Cənubi Azərbaycan məsələsinə diqqətini xeyli dərəcədə azalda bilər.
Bu isə istər-istəməz İran-Azərbaycan münasibətlərindəki gərginliyi nisbətən aradan qaldırmış olur.
Lakin Bakı və Tehran arasındakı gərginliyin yaxın zamanlarda tam aradan qalxacağına ümid bəsləmək də mümkün deyil.
Bu məqamda daha çox ABŞ-İran münasibətlərinin tənzimlənməsinin Azərbaycanın geosiyasi önəminə təsirini təhlil etmək lazım gəlir.
ABŞ “Yeni Yaxın Şərq” layihəsinə uyğun olaraq diplomatiyasını uğurla həyata keçirməkdədir.
 Daha çox Rusiyanın “dənizlərə çıxışını” bağlamağa yönələn bu layihənin tam gerçəkləşməsi “İran problemi”nin həllindən asılı olacaq. Odur ki, Vaşinqton “İran problemi”ni həll etmək istəyir.
Bölgənin tamamilə ələ keçirilməsi siyasətinə yalnız İran mane olur və deməli, ABŞ bu ölkə ilə də “haqq-hesabı” çürütməli olacaq – ya savaşla, ya sülh yolu ilə.
Yuqoslaviyaya hərbi müdaxilədən öncə ölkə tam blokadaya alınmışdı və ölkə daxilində milli zəmində qarşıdurma Vaşinqtonun təhriki ilə daha ağır müstəviyə keçirilmişdi. Bütün bunlar ölkədə elə vəziyyət yaratdı ki, ABŞ ölkənin bir hissəsini işğal etməklə, bütövlükdə ona nəzarət imkanı qazanmış oldu.  ABŞ İranı tamamilə işğal edə bilməkdən ötrü kifayət qədər resursa və gücə malik deyil.
Bununla bağlı iri koalisiyalar yaratmaq da mümkün deyil. Odur ki, Ağ  Ev sülh variantı  barədə də fikirləşməlidir.
ABŞ-ın İranla savaş səviyyəsində olması isə Şimali Azərbaycanı əsas fiqurlardan birinə çevirə bilərdi.
ABŞ İran təhlükəsinə qarşı Azərbaycan, Orta Asiya, Əfqanıstanı nəzarətə götürməyə cəhd edirdi.
Azərbaycan öz hava limanlarını NATO-ya təqdim etməli olardısa, bu artıq ABŞ üçün Türkmənistana doğru bir addım olardı. Savaş planının aradan qalxması isə vəziyyəti bir qədər dəyişir. İndi isə Bakı əhəmiyyətini müəyyən qədər itirmək üzrədir.
Digər tərəfdən, İranın ram edilməsi Rusiyanın hegemonluğunun sonu demək olardı. İran məsələsi “Yeni Yaxın Şərq” siyasətini ehtiva edir. Bu siyasət Türkiyə və Azərbaycanın da maraqlarına zərbələr endirir. İrana qarşı sanksiyalar Ankara və Bakını bölgədə əsas oyunçuya çevirirdi…

 

Previous Post

Düşməni dosta çevirən siyasət

Next Post

Ay tutulması başlayıb

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Ay tutulması başlayıb

Prezident sərəncam imzaladı

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.