Dünyanın ilk bal arısı peyvəndi hazırlanıb

61

Son illərdə təbiətdə sayı azalan arılar tozlandırıcı xüsusiyyətləri ilə ekosistemdə çox mühüm rol oynayırlar. Dünyanın ilk bal arısı peyvəndi təsdiqlənib. Peyvəndi hazırlayan “Dalan” Heyvan Sağlamlığının baş direktoru Annette Kleiser bu peyvəndin bal arılarının qorunması sahəsində inqilab edə biləcəyini söyləyib.

Elchi.az Türkiyə mediasına istinadən bildirir ki, peyvənd arıya bakteriyanın təsirsiz hala salınmış versiyasını ehtiva edən gellə qidalandırmaq və onun sürfələrini bakteriyaya qarşı immunitet yaratmaqla işləyir.

ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, ölkədə bal arısı koloniyaları 2006-cı ildən bəri azalır.

Nazirlikdən bildirilib ki, bunun səbəbləri arasında parazitlər, xəstəliklər və işçi arıların ana arıları tərk etdiyi koloniyanın çökməsi xəstəliyi var. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, arılar, quşlar və yarasalar kimi tozlandırıcılar qlobal məhsul istehsalının üçdə birini təşkil edir.

Peyvənd ana arının yumurtalıqlarına çatır və oradan balaya ötürülür.

Beləliklə, bala arıların bakteriyadan ölmə riski azalır. Kaliforniya Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Trevor Tauzer bildirib ki, bu peyvənd arıçılar üçün həyəcanverici bir addımdır.

“Dalan” şirkəti bu il bazara çıxarılacaq peyvəndi məhdud sayda ABŞ-a satacaqlarını açıqlayıb.

Yeganə