Dünyanın ən məşhur kompüter hakerlərindən biri olan “islah edilmiş haker” Kevin Mitnik 60 yaşında vəfat edib.
Elchi.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
“Mitnick”-in ölüm səbəbi mədəaltı vəzi xərçəngi idi.
90-cı illərdə “Mitnick”-in kibercinayətlərinə ABŞ-da kompüter məlumatlarının və minlərlə kredit kartı nömrəsinin oğurlanması daxildir. NYT qeyd edir ki, o, vaxtilə ABŞ-da ən çox axtarılan kibercinayətkarlardan biri olub.
1995-ci ildə haker həbs edilib. Mitnik özünü təqsirli bilməyib və əldə etdiyi məlumatdan heç vaxt şəxsi maraqları üçün istifadə etmədiyini iddia edib.
Korporativ kompüter şəbəkələrini sındırmaq və onlara müdaxilə etmək üçün bir müddət xidmət etdikdən sonra 2000-ci ildə azad edildi və daha sonra təhlükəsizlik məsləhətçisi, yazıçı və müəllim oldu.
Nuranə Məmmədova