“El-Açe” Meksikada saxlanılıb. Kriminal “Beltran və Leyva
qardaşları” narkokartelinin başçısı Ektor Beltran Baş prokurorluğun hərbi birləşmələrlə birgə apardığı uğurlu əməliyyat nəticəsində Meksikada ələ keçirirlib. ANS PRESS-in məlumatlna görə, bu barədə Meksika höküməti xəbər yayıb. Bu günə kimi kriminal aləmdə “El-Açe” ləqəbi ilə tanınan quldurun həbsi yaxalanması barədə ətraflı məlumat verilmirdi. Prokurorluq əməkdaşları bildiriblər ki, hazırda yaxalananın şəxsiyyətinin təsdiqlənməsi üçün DNT analizi keçirilir. Bir neçə saat ərzində keçirilən əməliyyat barədə hökümətin daha ətraflı məlumat verməsi gözlənilir. Qeyd edək ki, Birləşmiş Ştatlar ərazisinə böyük narkotika partiyaları təşkil edən Beltranın yaxalanmasına aparan məlumat üçün ABŞ 5 milyon dollar dəyərində mükafat təklif etmişdi. Öz növbəsində Meksika hakimiyyəti bunun xidmətə daha çox, 30 milyon dollar təklif edib.
Babək prospektində avtomobil salonunda yanğın olub – VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil...


















Son şərhlər