Dünyanın ən kiçik ponisi: Pumuckel

73

Elchi.az xəbər verir ki, Almaniyada Pumuckel adlı poni 50 santimetr uzunluğu və 35 kiloqram çəkisi ilə Ginnesin Rekordlar Kitabına düşməyə hazırlaşır.

Böyük başı, qısa ayaqları, sarı yalı ilə şirin və ya yaraşıqlıdır…
Pumuckelin boyu cəmi 50 santimetr, çəkisi isə cəmi 35 kiloqramdır. Pumuckel ilk dəfə götürüləndə 46-47 sm civarında idi. İki il yarım ərzində cəmi 3 sm böyüdü.
Pumuckel avtomobillə səyahət etməyi, qaçmağı və digər ponilərlə vaxt keçirməyi sevir.
Onun sahibi Karola Veydeman da ona digər ponilərdən fərqli olaraq evə girib burada nahar etməyə icazə verir.
Onu hər zaman sevmək, sığallamaq, qucaqlamaq istədiyini deyən Veydemann “Sevgili poni və yaxşı dost” deyib.
Dünyanın ən kiçik ponisi olaraq Ginnesin Rekordlar Kitabına girməyə hazırlaşan Pumuckel bir az daha gözləyəcək.
Çünki bu ada layiq görülməsi üçün onun 4 yaşı olmalıdır.

Şayəstə