Yaponiya dünyanın ən böyük atom elektrik stansiyasının istismarına qoyulan qadağanı aradan qaldırıb.
Elchi.az xəbər verir ki, Yaponiyanın nüvə enerjisi tənzimləyicisi Tokyo Electric Power (Tepco) nəhəngi Kashiwazaki-Kariwa atom elektrik stansiyasına iki il əvvəl tətbiq etdiyi fəaliyyət qadağasını ləğv etdiyini açıqlayıb.
Tepco istismar xərclərini azaltmaq üçün dünyanın ən böyük atom elektrik stansiyasını yenidən işə salmaq istəsə də, fəaliyyətə başlamazdan əvvəl yerli hökumətdən icazə alınmalıdır. İcazənin nə vaxt veriləcəyi bəlli deyil.
8212 meqavat gücündə olan stansiya 2011-ci ildə Fukusima faciəsindən sonra Yaponiyadakı bütün atom elektrik stansiyaları bağlandıqdan sonra 2012-ci ildə bağlanıb.
Nuranə Məmmədova