"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dünya mediasında Qarabağda müharibə haqda yazıların çoxalmasının sirri

05 Mart 2016 - 08:38
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

 Dünya mediasında Qarabağda müharibə haqda yazıların çoxalmasının sirriQabil Hüseynli: “Azərbaycanı müharibəyə təhrik etmək istəyirlər”

Son günlər Rusiya və ABŞ mediasında Qarabağ müharibəsinin başlayacağı barədə yazıların çoxaldığı müşahidə olunur. Xəbərlər və şərhlər şəklində dərc olunan yazılarda Azərbaycanla Ermənistanın iqtisadi imkanları, ordularının gücü müqayisə edilir, bölgədə yaranmış geosiyası situasiyanın Qarabağda müharibəni tətiklədiyi qeyd olunur. 
Məsələn, ABŞ-ın nüfuzlu “The Washington Times” nəşrinə görə, Rusiya Ermənistanı Türkiyə ilə münaqişəyə sürükləyir, bu durum isə Qarabağda da müharibəni alovlandıracaq: “Təhlükə var ki, Moskvanın az öncə atdığı addımlar Qafqazda etnik müharibəni qızışdırsın. Xüsusən də söhbət Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ uğrunda mübarizəsindən gedir. Görünür, Rusiya indi öz təsirini “üzə çıxarmaqla” Ermənistandan tələb edir ki, Türkiyənin düz yaxınlığında öz hərbi mövcudluğunu genişləndirsin”.
“Eurasiyanet” nəşri isə yazıb ki, əgər Ermənistan Rusiyanın Türkiyəyə qarşı mübarizəsində iştirakda naz eləsə, Rusiyanın Qarabağda rıçaqları var ki, donmuş münaqişəni Azərbaycanın xeyrinə həll eləsin.
Rusiya baş nazirinin müavini, hərbi sənayeyə cavabdeh olan Dmitri Roqozinin Bakı səfərinə diqqət çəkən“Ruskaya planeta” portalı isə yazır ki, 2010 – 2014-cü il dövründə Rusiya və Azərbaycan 4 milyard dollar məbləğində bir neçə böyük razılaşma imzalayıb. Bakı silahların geniş spektrini almağa qərar verib: zenit-raket kompleksləri (S-300PMU-2, “Tor-2ME”), özüyeriyən artilleriya quraşdırmaları (“Msta-S”), ağır oqnemyot sistemləri (“TOS-1A”), yaylım atəşinin (“Smerç”) reaktiv sistemləri, tanklar (T-90S), zirehli avtomobillər və təxminən yüzə yaxın döyüş və nəqliyyat vertolyotu.
Portal qeyd edir ki, Rusiyanın Azərbaycana hücum silahları satmasına ilk növbədə Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Çünki bu silahlanma irimiqyaslı regional müharibəyə səbəb ola bilər. Portal Azərbaycanın hərbi büdcəsinin Ermənistanın hərbi büdcəsindən 13 dəfə artıq olduğunu qeyd edir. Həmçinin qeyd edilir ki, Ermənistanın bərbad gündə olan iqtisadiyyatı ordunun döyüş qabiliyyəti səviyyəsini aşağı salır: ““GlobalFirePower” reytinqində Azərbaycan ordusu dünyada 64-cü, Ermənistan ordusu isə 74-cü yerdədir. Ermənistan bütün hərbi göstəricilər üzrə Azərbaycandan xeyli geri qalır. Azərbaycanın ordusunu gücləndirməsi şübhəsiz ki, Qarabağda müharibəyə hazırlıqdır. Azərbaycan ən azından Qarabağı geri qaytarmaq istəyir. Ermənistan Azərbaycan silahlı qüvvələrinin təzyiqi qarşısında dayanmayacaq”.
Rusiya və ABŞ mediasında son günlər Qarabağ müharibəsinin başlanacağı barədə bu tipli yazıların arxasında dayanan məqamlar barədə politoloq Qabil Hüseynli bildirdi ki, müharibə təhlükəsinin olduğu hay-küyünü yaradanlar bir qədər şişirtməyə yol verirlər. Bu gün nə Azərbaycan, nə də Ermənistan müharibə istəyində görünmür və müharibə arzulamır. Amma böyük güclərin bəziləri, məsələn, Rusiya müharibənin başlamasını arzulayır.
 
Çünki müharibənin başlaması regiona Rusiyanın daxil olması və burada hegemonluğunu daha da artırması üçün əlverişli şərait yaradır: “Ona görə də Rusiya mediasında müharibə başlayacağı, Azərbaycanın müharibədə Ermənistana sarsıdıcı zərbələr vuracağı, Qarabağın qısa zamanda geri alınacağı barədə fikirlər yazmaqla ölkəmizi sanki müharibəyə təhrik etmək istəyirlər. Bunlar çox hiyləgər və altında öz strateji maraqlarını güdən məqamların gizləndiyi təhrikedici yazılardır. Məncə, belə yazılar bir mənbədən istiqamətləndirilir. Ona görə də əksər mətbu orqanlarda eyni nöqtəyə vurulur”.
 
Politoloq vurğuladı ki, Amerika mediasında gedən yazılar isə Rusiyanın təhrikedici mövqeyini əsas tutaraq yazılan yazılara bənzəyir: “ABŞ bölgədə müharibə istəmir. Ona görə ki, bu bölgədə Amerika şirkətləri böyük məbləğdə, 50 milyard dolları keçən sərmayə yatırıblar. Müharibə olsa bu sərmayələr təhlükə altına düşə bilər. Rusiya da məhz ABŞ, Britaniyanın bu bölgədə möhkəmlənməsinin qarşısını almaq və Qərbin bu bölgəyə iqtisadi sərmayə yatırmaması üçün məhz belə təhrikedici məqalələrlə çıxış edir”.
 
Q.Hüseynli, bununla belə, onu da söylədi ki, Rusiya mediasının Azərbaycanın ordusunun Ermənistan ordusundan güclü olmasını yazması həqiqətdir: “Bəli, Azərbaycan ordusu güclüdür. Rusiya ordusunun müdaxiləsi olmasa, Azərbaycan çox qısa müddətdə öz ərazi bütövlüyünü təmin eləyə bilər. Bu, bir faktdır. Hələ bu fakt uzun müddət öz təsir gücünü qoruyub saxlayacaq. Amma məsələ burasındadır ki, son vaxtlar Rusiya Ermənistanı güclü surətdə hərbiləşdirməyə başlayıb. Ermənistandakı hərbi kontingentinin şəxsi heyətini iki dəfədən çox artırıb. Baş verənlər onu deməyə əsas verir ki, Rusiya Ermənistanı müharibəyə hazırlayır. Birinci Qarabağ müharibəsi zamanı da Rusiyanın bu rolu oynadığının şahidi olduq. Ruslar bilavasitə ermənilərlə çiyin-çiyinə, hətta ermənilərin önündə torpaqlarımızın işğal edilməsində iştirak edirdilər. İndi isə yenə də onlar suyu bulandırıb bulanıq suda balıq tutmaq istəyirlər. Zənnimcə, hələ Azərbaycanın hərbi varianta əl atması üçün lazımi şərait yaranmayıb”.
Previous Post

Dünya mediasında Qarabağda müharibə haqda yazıların çoxalmasının sirri

Next Post

Azərbycanda 592 narkoman qadın var

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38

İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az  xəbər verir ki, bu...

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka (ABŞ) üçgünlük səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə hökumət başçısının...

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. Elchi.az -ın xəbərinə görə, hadisə Alpout kəndində qeydə...

Next Post

Azərbycanda 592 narkoman qadın var

Azərbycanda 592 narkoman qadın var

Son xəbərlər

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

15 Sentyabr 2026 - 18:51
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında “Bilik günü” keçirilib

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında “Bilik günü” keçirilib

15 Sentyabr 2026 - 18:43
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb

15 Sentyabr 2026 - 18:35
Avrokomissar Brunner Seutada minlərlə miqrantın qaldığını bildirib

Avrokomissar Brunner Seutada minlərlə miqrantın qaldığını bildirib

15 Sentyabr 2026 - 18:27
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

15 Sentyabr 2026 - 18:14
Almaniyada Ukrayna üçün məxfi silah qərargahı fəaliyyət göstərir

Almaniyada Ukrayna üçün məxfi silah qərargahı fəaliyyət göstərir

15 Sentyabr 2026 - 18:00
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 17:52
DÇ-2026-dan sonra Meksika millisindən ayrılan Aqirre bu klubu çalışdıra bilər

DÇ-2026-dan sonra Meksika millisindən ayrılan Aqirre bu klubu çalışdıra bilər

15 Sentyabr 2026 - 17:44
Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb

Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb

15 Sentyabr 2026 - 17:40
Bakıdan dünyaya həmrəylik mesajı

Bakıdan dünyaya həmrəylik mesajı

15 Sentyabr 2026 - 17:39
İranda 10 yeni kərtənkələ növü aşkar edilib

İranda 10 yeni kərtənkələ növü aşkar edilib

15 Sentyabr 2026 - 17:33
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

15 Sentyabr 2026 - 17:25
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

15 Sentyabr 2026 - 17:22
Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb

15 Sentyabr 2026 - 17:20
Merz ÜTT-dən kənar yeni ticarət alyansını dəstəkləyib

Merz ÜTT-dən kənar yeni ticarət alyansını dəstəkləyib

15 Sentyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.