"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dünya erməniləri İsrail və Rusiyanı şantaj edirlər – ŞƏRH

14 Aprel 2016 - 12:18
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

Bununla onlar dünyanı İsrail və Rusiyaya qarşı çıxmağa təhrik edirlər

 Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində Yerevan tərəfindən atəşkəsin pozulması nəticəsində 2-5 aprel tarixlərində gedən döyüşləri Ermənistan ordusunun uduzduğu geri alınan torpaqlardan da məlumdur.

Ermənistan Müdafiə Nazirliyi hər gün həmin döyüşdə Azərbaycan əsgəri tərəfindən zərərsizləşdirilən silahlılarının yeni-yeni adlarını açıqlayır. Bununla da ölən hərbçilərinin gerçək sayını ölkə ictimaiyyətindən gizlətməyə cəhd göstərir. Ermənistan KİV-in yaydığı son məlumata görə, döyüşdə 80-ə yaxın erməni silahlı zərərsizləşdirilib. Ancaq bunun son nəticə olmayacağı da ötən günlərin təcrübəsindən məlumdur.

Döyüşdəki uğursuzluğunu rəsmi Yerevan Rusiya və İsraili şantaj etməklə ört-basdır etməyə çalışır.

Ermənistan rəsmiləri bu döyüşü “İsrail və Rusiyanın Azərbaycana silah satdığı üçün uduzduqlarını” bəyan edirlər. Bununla onlar həm də dünya ictimaiyyətinin rəyini çaşdırmağa çalışırlar. Dünya erməniləri, o cümlədən, Cənub Qafqazdakılar bununla bildirir ki, guya Azərbaycana İsrail və Rusiya yardım edir. Başqa sözlə, ermənilər ənənəvi şərləmək əməlinə sadiq qaldığını yenə büruzə verirlər.

Ermənilərin bu sayaq hərəkəti ilə bağlı bir neçə xəbərə diqqət yetirək.

İsraildə çıxan “Haaretz” qəzetinin yazdığına görə, Ermənistanın İsraildəki səfiri Armen Melkonyan ölkə XİN-in Avrasiya İdarəsinin müdiri Dan Oriana yəhudi dövlətinin Azərbaycana silah satmasına dair etiraz notası təqdim edib.

Heç kimə sirr deyil ki, 2011-ci ildə Azərbaycan İsraillə ümumi məbləği 1,6 milyard dollar həcmində silah və hərbi texnikanın alınmasına dair müqavilə bağlayıb. Həmin sənədlərə əsasən, iki dövlət silah və hərbi texnikanın satışı ilə bağlı əməkdaşlıq edir. Bunu isə tərəflər gizlətmirlər.

Aprelin 14-də İsraildəki erməni icması Qüdsdə Xarici İşlər Nazirliyinin binası qarşısında yəhudi dövlətinin Azərbaycana silah satışına dair etiraz aksiyası keçirməyi planlaşdırır. Həmin aksiyada ermənilər İsrail dövlətindən Azərbaycana silah satışını dayandırmağı tələb edəcəklər.

İsrail dövləti və cəmiyyəti ermənilərin bu kimi hay-küyünü çətin ciddi qəbul etsin. Çünki bu ticarət müqavilələrlə tənzimləndiyindən, ermənilərin hərəkəti yəhudi dövlətinin daxili işlərinə qarışmaq kimi dəyərləndirilə bilər.Ermənistan hakimiyyəti Yerevanda 52 yaşlı Marina B. adlı İsrail vətəndaşını həbs edib. Erməni KİV-in məlumatına əsasən, həmin israilli vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün 2011-ci ildən axtarışdadır. Ehtimal etmək olar ki, bununla rəsmi Yerevan yəhudi dövlətinə təzyiq edir, yaxud həmin keçmiş məmurun İsrailə təhvil verilməsi qarşlığında nəsə umur.

Ermənistanın baş naziri Ovik Abramyan da Azərbaycana silah satışının dayandırılması ilə bağlı müraciət edib: “Rusiya bizim strateji müttəfiqimizdir. Ancaq onun Azərbaycana silah satmasını xalqımız böyük ürək ağrısı ilə qəbul edir. Rusiyanı Azərbaycana silah satmamağa çağırıram”.Rusiya baş nazirinin müavini Dmitri Roqozin ermənilərə cavab olaraq bildirib: “Rusiya Azərbaycana öz strateji tərəfdaşı olaraq, müqavilələrə əsasən, silah tədarükünü davam etdirəcək”.

Qeyd edək ki, 2015-ci ilin əvvəllərində Rusiya Azərbaycana “T-90 C” tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın “Rosoboroneksport” şirkəti 2010-cu ildə bağlanmış sazişə uyğun olaraq, 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılmasının təmin ediləcəyini bildirmişdi.

Rusiyanın Ermənistana hərtərəfli, o cümlədən hərbi sahədə yardım etdiyi də hər kəsə məlumdur. Hələ 5-10 il öncə Rusiyanın Ermənistana bir milyard dollarlıq silah-sursat verdiyi barədə xəbərlər yayılmışdı. Bu yaxınlarda isə Moskva Yerevana silah almaq üçün 200 milyon dollar maliyyə vəsaiti ayırıb.

Rusiyanın Ermənistan ərazisində, Gümrüdə hərbi bazası var. Bu ölkənin bütün hərbi texnikası və avadanlığı Rusiyadan gətirilir. Ən təəssüfləndirici isə budur ki, Moskva ilə Yerevan arasındakı hərbi əməkdaşlıq şəffaf deyil. Bölgədə sabitliyin və təhlükəsizliyin təmin olmasında maraqlı olan beynəlxalq ictimaiyyətin bu məsələyə diqqəti yetirməsi vacib məsələlərdən sayıla bilər.

Ümumiyyətlə, ötən ilin yayında Yerevanda elektrik enerjisinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasında Ermənistan ictimaiyyətinin Rusiyaya münasibəti özünü büruzə verdi. Moskva Cənub Qafqazdakı ermənilərə nə qədər yardım etsə də, onlar bunun az olduğunu bildirirlər. Bu, ötənilki aksiyada da özünü göstərdi. Ermənilərlə Rusiyanın münasibətində kimin kimə borclu olduğu da məlumdur. Qısaca qeyd edək ki, ruslar erməniləri Qafqazda yerləşdirib və onlara dövlət belə qurub.

Aksiya zamanı etirazçıların Rusiya əleyhinə şüarlar səsləndirməsi də bunu təsdiqləyir. Hətta iş o yerə çatmışdı ki, aksiyaçılar Rusiyanın Ermənistan ərazisindəki çoxsaylı bazalarını “işğalçı” adlandırmışdılar. Ermənilər həmçinin Rusiyanın atom stansiyası, dəmir yolları, bir neçə elektrik stansiyası və başqa strateji mühüm obyektlərə nəzarət etməsinin də “işğal” olduğunu bildirmişdilər.

Küçələrə çıxan insanlar əllərində “Biz erməniyik, öz ölkəmizin sahibiyik!” şüarının yazıldığı plakatlar tutmuşdular. Etirazçılar rusların nəzarətində olan müəssisələrin milliləşdirilməsi və Rusiya qoşunlarının Ermənistandan çıxarılması tələbini də irəli sürmüşdülər.

Aprelin 13-də Moskvanın Yerevandakı səfirliyinin binası qarşısında Rusiyanın Azərbaycana silah satışını dayandırması tələbi ilə aksiya keçirilib. Aksiya iştirakçıları ötən ilin yayında olduğu kimi Rusiyanı “işğalçı” adlandıraraq, ölkədən çıxması haqda şüarlar söyləyiblər.

Beləliklə, Ermənistan, yaxud dünyadakı erməni lobbisi və diasporu Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal etməsi faktını beynəlxalq ictimaiyyətdən gizlətmək, döyüşdə uğursuzluğunu ört-basdır etmək, habelə yenidən özünü yazıq göstərmək məqsədilə bu şantaja əl atıb. Erməni xislətinə yaxşı bələd olduğumuzdan deyə bilərik ki, bununla onlar dünyanı İsrail və Rusiyaya qarşı çıxmağa təhrik edərək, sanki belə demək istəyir: “Yazıq erməniləri Azərbaycan (bu məqamda bir az ağlayıb, daha təsiredici və inandırcı olsun deyə, Azərbaycan sözünü müsəlmanlarla da əvəz edirlər) yəhudilərin və rusların silahı ilə qırır. Dünya isə susur”. Burada mütləq acı bir gülüş işarəsi də qoymaq lazımdır.

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Dünya erməniləri İsrail və Rusiyanı şantaj edirlər – ŞƏRH

Next Post

Sensasion açıqlama: 6 rayonun qaytarılması müzakirə edilir

Bənzər yazılar

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

31 Avqust 2026 - 23:00

Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində saxlanılıb. Elchi.az  xəbər verir ki, bu barədə...

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

31 Avqust 2026 - 22:59

Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az- a verilən məlumata...

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

31 Avqust 2026 - 22:57

İsveç Fransadan 4,3 milyard avro dəyərində dörd müdafiə və müdaxilə freqatı alacaq. Elchi.az  "Le Monde"yə istinadən xəbər verir ki, müvafiq...

Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12

Bakı və Abşeron yarımadasında dolu yağacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun...

Next Post

Sensasion açıqlama: 6 rayonun qaytarılması müzakirə edilir

Sensasion açıqlama: 6 rayonun qaytarılması müzakirə edilir

Son xəbərlər

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

01 Sentyabr 2026 - 21:47
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

01 Sentyabr 2026 - 19:26
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

01 Sentyabr 2026 - 19:10
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

01 Sentyabr 2026 - 18:55
Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

01 Sentyabr 2026 - 18:47
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

01 Sentyabr 2026 - 18:43
Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

01 Sentyabr 2026 - 18:38
Qabriel Jezus “Barselona”da – RƏSMİ

Qabriel Jezus “Barselona”da – RƏSMİ

01 Sentyabr 2026 - 18:27
ABŞ-dəki muzeyə 11 sentyabr terror aktlarının unikal videoyazısı təhvil verilib

ABŞ-dəki muzeyə 11 sentyabr terror aktlarının unikal videoyazısı təhvil verilib

01 Sentyabr 2026 - 18:16
Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib

Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib

01 Sentyabr 2026 - 17:59
Bakıda avtomobil yandı

Bakıda avtomobil yandı

01 Sentyabr 2026 - 17:47
Həsrət Cəfərov reytinqdə liderliyini qorudu

Həsrət Cəfərov reytinqdə liderliyini qorudu

01 Sentyabr 2026 - 17:38
Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

01 Sentyabr 2026 - 17:26
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi

NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi

01 Sentyabr 2026 - 17:18
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

01 Sentyabr 2026 - 17:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.