Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 553 mln. ton neft hasil edilib.
Bu barədə Bakı Enerji Forumunda çıxış edərkən SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, hasil edilən neftin 325 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.
Xoşbəxt Yusifzadə onu da qeyd edib ki, bu ilin 1 may tarixinədək 628 mln. ton Azərbaycan nefti ixrac edilib.
“İxrac edilmiş neftin 458 mln. tonu Bakı-Tbilisi-Ceyhan kəmərinin payına düşüb”, – Xoşbəxt Yusifzadə vurğulayıb.
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər
Dünya Bankı M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması layihəsinə kredit və texniki yardım göstərə bilər. Elchi.az xəbər verir ki,...





















Son şərhlər