"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

29 İyun 2026 - 21:35
in İQTİSADİYYAT, XƏBƏR LENTİ
FacebookVatsap

Dünya Bankı “Yaşana bilən Bakı” layihəsinin icrasına 410 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

Bunu da oxuyun

Xameneinin müavini yol qəzasında həlak olub

Şahbaz Şərif Türkiyə və İrana səfər edəcək

Tramp: ABŞ hərbi baxımdan İran üzərində qələbə qazanır

Elchi.az  Dünya Bankına istinadən xəbər verir ki, layihənin 26 oktyabr 2026-cı il tarixinədək qiymətləndirilməsi planlaşdırılır, Direktorlar Şurası tərəfindən təsdiqi isə 2027-ci il fevralın 18-nə nəzərdə tutulub.

Maliyyələşdirmə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankının strukturuna daxildir) xəttilə həyata keçiriləcək.

Layihənin ümumi dəyəri 501,25 milyon ABŞ dolları təşkil edir – Azərbaycan hökumətinin payı 91,25 milyon ABŞ dolları məbləğində nəzərdə tutulur. Layihənin məqsədi Böyük Bakı və ətraf ərazilərdə həyat keyfiyyətinin yüksəldilməsi və iqlim təhdidlərinə qarşı dayanıqlığın gücləndirilməsidir.

Layihə çərçivəsində Azərbaycan paytaxtının şəhər mühitinin ən aktual ekoloji problemlərin həlli məqsədilə razılaşdırılmış kapital qoyuluşu və institusional inkişaf tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək. Layihəyə bir-birini tamamlayan üç investisiya komponenti və bir layihə idarəetməsi komponenti daxildir. Layihənin konsepsiyasına əsasən, Bakının şəhər mühitinin keyfiyyətinin və dayanıqlığının yüksəldilməsi infrastruktur boşluqlarının, ekoloji çirklənmənin aradan qaldırılması və institusional imkanların gücləndirilməsi üçün paralel səylər göstərilmədən qeyri-mümkündür.

Layihənin birinci komponenti – “Bərk məişət tullantılarının kompleks idarə edilməsi” Bakı və Abşeron rayonu ərazisində bərk məişət tullantılarının idarə olunması infrastrukturunun yenilənməsi üçün tikinti işlərinin maliyyələşdirilməsini, malların və xidmətlərin alınmasını nəzərdə tutur. Əsas investisiyalar təbiəti mühafizə üzrə beynəlxalq standartlara cavab verən sanitar poliqonların inşası və istifadəyə verilməsi, tullantıların yüklənməsi stansiyalarının təşkili, həmçinin resursların çıxarılmasının səmərəliliyinin artırılması və tullantıların basdırılması həcmlərinin azaldılması məqsədilə materialların çeşidlənməsi və rekuperasiyası obyektlərinin yaradılması daxildir. Bu komponent həmçinin tullantıların əmələ gəldiyi mənbələrdə ayrı-ayrı toplanmasının təkmilləşdirilməsi, təkrar emalın inkişafı və qapalı dairəvi iqtisadiyyatın formalaşdırılması üzrə tədbirlərin dəstəklənməsini nəzərdə tutur.

“Çirklənmiş göllərin və ərazilərin rekultivasiyası” adlanan İkinci komponent ən genişmiqyaslı komponent hesab olunur və təbii su hövzələrinin və neftlə çirklənmiş torpaqların ekoloji reabilitasiyasına yönəlib. Komponent çərçivəsində onilliklər ərzində sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalmış üç təbii gölün – Zığ, Xocəsən və Böyük Şor gölünün qərb hissəsinin bərpası üçün maliyyə ayrılacaq. Bundan başqa, komponent Böyük Bakıda neftlə çirklənmiş müəyyən sahələrin rekultivasiyasına dəstək verəcək. Bərpa edilmiş ərazilərin yaşıl zonaların sahəsinin genişləndirilməsi, həmçinin şəhərsalma üçün torpaqların boşaldılması sayəsində mühüm ekoloji üstünlüklər təmin edəcəyi gözlənilir.

Üçüncü komponent olan “İnstitusional gücləndirmə” dövlət orqanlarının ekoloji cəhətdən əlverişli və dayanıqlı şəhər mühitinin planlaşdırılması, idarə edilməsi və qorunub saxlanması sahəsində potensialının inkişafına hədəflənib. Əsas tədbirlər inteqrasiya olunmuş şəhər planlaşdırılması və idarə edilməsi sahəsində imkanların gücləndirilməsini; torpaq resurslarının idarə edilməsi sistemlərinin yaradılması və tətbiqini; bərk məişət tullantılarının idarə edilməsi sektorunda islahatlara, o cümlədən normativ islahatlara, tarif tənzimlənməsi sahəsində islahatlara və normativ-hüquqi bazanın təkmilləşdirilməsinə köməklik göstərilməsini əhatə edir.

“Layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə” adlı dördüncü komponent layihənin İcra Qrupunun əməliyyat xərclərinin, o cümlədən satınalma fəaliyyəti, maliyyə idarəçiliyi, ekoloji və sosial standartlara riayət olunması, monitorinq və qiymətləndirmə, eləcə də layihə çərçivəsində kommunikasiya işlərinin maliyyələşdirilməsini təmin edəcək. Bundan əlavə, bu komponent baza məlumatlarının toplanması və əldə olunan nəticələr üzrə hesabatlılıq mexanizmləri də daxil olmaqla, layihənin monitorinq və qiymətləndirmə sisteminin formalaşdırılmasını dəstəkləyəcək.

Dünya Bankı layihəyə olan ehtiyacın uzun illər ərzində davam edən neft hasilatı və sənaye fəaliyyəti nəticəsində torpaqların və su obyektlərinin çirklənməsi ilə bağlı olduğunu açıqlayıb.

“Vəziyyət tullantıların idarə edilməsi sistemindəki çatışmazlıqlar və şəhərin təbii risklərə – seysmik, sel və temperatur risklərinə məruz qalması ilə daha da mürəkkəbləşir. Konseptual işlənmə mərhələsində layihənin ekoloji və sosial riskləri yüksək olaraq qiymətləndirilib”, – layihənin təsvirində bildirilib.

Layihənin icrasını İqtisadiyyat Nazirliyi yanında profil nazirliklərin və kommunal təşkilatların cəlb edilməsi ilə hibrid İcra Qrupu təmin edəcək.

Dünya Bankı bildirirki, Azərbaycan qlobal miqyasda orta gəlir səviyyəsindən yuxarı olan dövlətlər sırasına daxildir. “Ölkənin iqtisadi sistemi tarixən karbohidrogen sənayesindən əldə olunan gəlirlərə söykənib və bu vəziyyət infrastruktur sahəsinə, həmçinin insan kapitalına böyük həcmdə dövlət investisiyalarının yönəldilməsinə şərait yaradıb. Lakin Azərbaycan neft gəlirlərindən asılılığı minimuma endirmək məqsədilə iqtisadiyyatın diversifikasiyası tələbi ilə qarşı-qarşıyadır və hökumət məhsuldarlığın yüksəldilməsinə, xarici investisiyaların cəlbinə, eləcə də dövlət xidmətlərinin və şəhər infrastrukturunun keyfiyyətinin artırılmasına istiqamətlənmiş struktur islahatlarını reallaşdırır. Son iki onillik ərzində Bakı sürətli urbanizasiya prosesini yaşasa da, bu inkişaf qeyri-bərabər xarakter daşıyıb.

İqlim dəyişikliyi mövcud problemləri daha da dərinləşdirir: havanın istiləşməsi “şəhər istilik adası” təsirini və bütün aqlomerasiyaya düşən ekometeoroloji təzyiqi artırır. Bu kompleks urbanizasiya problemlərinin həlli Azərbaycanın dayanıqlı və davamlı iqtisadi inkişaf istiqamətindəki daha geniş hədəfləri baxımından mühüm əhəmiyyət kəsb edir”, – Dünya Bankının mütəxəssisləri qeyd ediblər.

Ekspertlərin fikrincə, Bakı şəhərinin ekosisteminin effektiv idarə edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, SOCAR və “Təmiz Şəhər” ASC kimi müxtəlif qurumların koordinasiyalı işini zəruri edir.

“Şəhər təsərrüfatının inteqrasiya olunmuş idarəçiliyi üçün institusional imkanlar, koordinasiya mexanizmləri və etibarlı məlumat sistemləri hələlik formalaşma mərhələsindədir. Azərbaycan hökumətinin hazırladığı Bakının 2040-cı ilə kimi dövrü əhatə edən Baş planı paytaxtın uzunmüddətli inkişafı üçün vahid strateji çərçivəni müəyyənləşdirir və Bakını rahat, rəqabətqabiliyyətli və dayanıqlı aqlomerasiyaya çevirmək məqsədilə 55 milyard ABŞ dolları həcmində investisiya proqramını əhatə edir. 500 milyon ABŞ dolları dəyərində olan “Yaşana bilən Bakı” layihəsi birbaşa “Baş plan-2040″ın ekoloji və dözümlülük komponentlərinin icrasına dəstək verir”, – Dünya Bankı qeyd edib.

Previous Post

“Ermənistan Elektrik Şəbəkələri” ictimai müəssisə kimi tanına bilər

Next Post

Emin Əmrullayev: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur

Bənzər yazılar

Xameneinin müavini yol qəzasında həlak olub

Xameneinin müavini yol qəzasında həlak olub

30 İyun 2026 - 00:21

İranın ali lideri Müctəba Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindəki (HDQ) siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə...

Şahbaz Şərif Türkiyə və İrana səfər edəcək

Şahbaz Şərif Türkiyə və İrana səfər edəcək

30 İyun 2026 - 00:16

Yaxın Şərqdə müharibənin dayandırılmasına dəstək vermək üçün Pakistanın səyləri çərçivəsində Baş nazir Şahbaz Şərif 3-6 iyul tarixlərində İran və Türkiyəyə...

Tramp: ABŞ hərbi baxımdan İran üzərində qələbə qazanır

Tramp: ABŞ hərbi baxımdan İran üzərində qələbə qazanır

30 İyun 2026 - 00:10

ABŞ Prezidenti Donald Tramp təsdiqləyib ki, Amerika nümayəndə heyəti İranla münaqişənin nizamlanması üzrə danışıqlar üçün Dohaya yola düşür. Elchi.az xəbər...

İran Hörmüz boğazının idarə olunmasını Omanla razılaşdırmaq istəyir

İran Hörmüz boğazının idarə olunmasını Omanla razılaşdırmaq istəyir

30 İyun 2026 - 00:07

İran Hörmüz boğazının idarə olunması üzrə Omanla razılaşma əldə etmək niyyətindədir. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran xarici...

Next Post
Emin Əmrullayev: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur

Emin Əmrullayev: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur

İraq iranyönümlü qruplaşmalardan tərk-silah olmağı tələb edib

İraq iranyönümlü qruplaşmalardan tərk-silah olmağı tələb edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Xameneinin müavini yol qəzasında həlak olub

Xameneinin müavini yol qəzasında həlak olub

30 İyun 2026 - 00:21
Şahbaz Şərif Türkiyə və İrana səfər edəcək

Şahbaz Şərif Türkiyə və İrana səfər edəcək

30 İyun 2026 - 00:16
Tramp: ABŞ hərbi baxımdan İran üzərində qələbə qazanır

Tramp: ABŞ hərbi baxımdan İran üzərində qələbə qazanır

30 İyun 2026 - 00:10
İran Hörmüz boğazının idarə olunmasını Omanla razılaşdırmaq istəyir

İran Hörmüz boğazının idarə olunmasını Omanla razılaşdırmaq istəyir

30 İyun 2026 - 00:07
İsrail ordusu Qəzzada HƏMAS-ın yeraltı obyektlərinə zərbələr endirib

İsrail ordusu Qəzzada HƏMAS-ın yeraltı obyektlərinə zərbələr endirib

29 İyun 2026 - 23:54
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb

Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb

29 İyun 2026 - 22:10
Şagirdlərin dərs vaxtı mobil və elektron cihazlardan istifadəsi qadağan edilib – YENİ QAYDALAR

Şagirdlərin dərs vaxtı mobil və elektron cihazlardan istifadəsi qadağan edilib – YENİ QAYDALAR

29 İyun 2026 - 22:07
Azərbaycan süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilə bilər

Azərbaycan süni intellekt sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilə bilər

29 İyun 2026 - 21:52
İraq iranyönümlü qruplaşmalardan tərk-silah olmağı tələb edib

İraq iranyönümlü qruplaşmalardan tərk-silah olmağı tələb edib

29 İyun 2026 - 21:48
Emin Əmrullayev: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur

Emin Əmrullayev: Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur

29 İyun 2026 - 21:37
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır

29 İyun 2026 - 21:35
“Ermənistan Elektrik Şəbəkələri” ictimai müəssisə kimi tanına bilər

“Ermənistan Elektrik Şəbəkələri” ictimai müəssisə kimi tanına bilər

29 İyun 2026 - 21:32
TƏBİB Yevlax Regional Xəstəxanasında kassa aparatlarının olmaması ilə bağlı açıqlama verib

TƏBİB Yevlax Regional Xəstəxanasında kassa aparatlarının olmaması ilə bağlı açıqlama verib

29 İyun 2026 - 21:30
İyulda temperatur bəzi yerlərdə yüksək olacaq – AYLIQ PROQNOZ

İyulda temperatur bəzi yerlərdə yüksək olacaq – AYLIQ PROQNOZ

29 İyun 2026 - 21:25
Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

29 İyun 2026 - 21:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.