"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

DTX-nin casus əməliyyatı – Azərbaycanda hərbi sirlər necə qorunur?    

27 Fevral 2017 - 08:53
in XƏBƏR LENTİ
FacebookVatsap

İlham İsmayıl: “Xarici dövlətə işləyən casusu ifşa etmək heç də asan məsələ deyil”
Xəbər verildiyi kimi, Azərbaycana xəyanət edən iki casus ifşa edilib. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən yazılı iltizamla məxfi əməkdaşlığa cəlb edilmiş Elşən Əmiri və Elçin Babayev hərbi sirləri də öyrənməyə çalışıblar.
Hər iki şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bəs, görəsən müasir dövrdə, texnologiyaların yüksək inkişaf etdiyi dönəmdə hərbi sirləri qorumaq asanlaşıb, yoxsa çətinləşib?
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, hələ ki informasiya əldə etməkdə vasitəçi kimi insanı üstələyən qurğu yoxdur: “Hazırda qurğular vasitəsilə digər dövlətlərin ərazilərinə nəzarət edə bilirlər. Azərbaycanın hərbi potensialı barəsində informasiya almaq peyki olan ölkələr üçün problem deyil. Söhbət isə ondan gedir ki, hələ ki insanı əvəz edə biləcək ən yaxşı informasiya mənbəyi yoxdur. Bu insanın informasiya əldə etməsi, bəlkə də heç qarşı tərəf üçün lazımlı deyil. Ancaq fakt budur ki, insanı özünə işlədirlər. Sabah isə ondan tamamilə başqa məqsədlərlə istifadə edəcəklər. Onun qarşısına ayrı məsələlər, diversiya törətmək məqsədləri qoyacaqlər. Həmin insan isə bundan çəkinə bilməyəcək. Qarşı tərəfə işləməsi təkcə o informasiya ilə bağlı deyil. Əsas məqsəd həmin adamdan maksimum formada, bütün vasitələrlə informasiya əldə etməkdir. Yeri gələndə terror törətməyə belə çəkə bilərlər. Keçirilən əməliyyata gəlincə isə qeyd edim ki, DTX-nın vəzifəsi elə budur və bunu da çox yaxşı ediblər. Onu da qeyd edim ki, xarici dövlətə işləyən casusu ifşa etmək, heç də asan məsələ deyil. Bu, uzun müddətli işin və informasiyaların nəticəsidir. Hər halda uğurlu hadisədir. Bu məsələni məhkəmədən, istintaqdan sonra bir qədər də genişləndirmək lazımdır. Çünki insanlar anlamalıdırlar ki, pul, hər hansı bir xidmət, bəxşiş müqabilində qarşı tərəfin xüsusi xidmət orqanlarına, dövlətin mənafeyi əleyhinə olan informasiyalar vermək kimi hallara yol verməsinlər. Bu çox böyük cinayətdir. Adətən iqtisadi böhranın yarandığı bir dövrdə düşmən dövlətdən tutmuş, qonşu dövlətlərə qədər hamısı insanlardan bu cür formada istifadə edirlər. Bu mənada camaat arasında müəyyən dərəcədə maarifləndirmə işi də aparmaq lazımdır”.

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Image result for İlham İsmayıl
Ekspert xarici dövlətlər tərəfindən casus kimi cəlb olunan şəxslərin necə seçilməsi barəsində də danışıb: “O adamlar işə cəlb olunurlar ki, onlar sadəcə, qoyun otarmırlar. Əgər qoyun otarandırsa, nəzərə alınır ki, bu həmin qoyunları elə yerdə otarsın ki, oradan hərbi obyekt də görünsün. Yəni, bundan da istifadə edə bilərlər. Ancaq informasiya yükü olmayan adamı işə cəlb etmirlər. Deməli, cəlb olunan insanların müəyyən informasiya əldə etmək imkanları olur, yaxud da onu, bu istiqamətə yönəldiblər. Yönəldiblər ki, informasiya əldə etsin. Misal üçün, tədricən öyrənsin ki, hansısa hərbi hissənin kəşfiyyat rəisinin adı nədir. Yaxud kimlər orada var və hansı bölgələrdəndirlər. Bunları təsadüfi formada demirəm. Bu günlərdə cəbhədə baş verən gərginlik əsnasında Ermənistan mətbuatı yazırdı ki, qarşı tərəfdən ölənlər filankəslərdir. Hətta erməni mətbuatı kəşfiyyatın rəisinin kim olduğuna qədər yazırdı. Deməli, müəyyən dərəcədə informasiya var. Nə qədər formulyar formada qarşı tərəfdə müəyyən informasiyalar olsa da, ancaq bəzi şeylər var ki, bunlar məxfi informasiyalardır. Bundan isə maksimum düşmən istifadə edir. Casus hesab edə bilər ki, işlədiyi Ermənistan yox, başqa dövlətdir. Bəli, Ermənistan başqa dövlətin bayrağı altında, informasiyanı əldə edə bilər. Yəni xidmət edən düşünür ki, İrana və ya Rusiyaya xidmət edir, yeri gələndə isə bu informasiyaları məhz Ermənistana ötürürlər. Çünki bizim birbaşa düşmənimiz Ermənistandır və müəyyən hərbi məsələlər, sirlər, məxfi vəzifənin daşıyıcıları Ermənistanı daha çox maraqlandırır. Bu mənada DTX-nin əməliyyatı çox uğurlu sayılır”.

Previous Post

DTX-nin casus əməliyyatı – Azərbaycanda hərbi sirlər necə qorunur?    

Next Post

Mehriban Əliyeva məşğul olacağı məsələlərlə bağlı açıqlama verdi

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Mehriban Əliyeva məşğul olacağı məsələlərlə bağlı açıqlama verdi

Mehriban Əliyeva məşğul olacağı məsələlərlə bağlı açıqlama verdi

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.