Dronlar Suriyada yerləşən Amerikanın iki hərbi bazasına hücum edib.
Elchi.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Suriyanın şərqindəki Əl-Ömər neft yatağı ərazisindəki hərbi baza, həmçinin Həsəkə əyalətinin cənubundakı Əl-Şəddadidəki baza PUA-ların hücumuna məruz qalıb.
Bundan əvvəl iki pilotsuz təyyarənin Suriyanın İordaniya və İraqla həmsərhəd bölgəsində yerləşən Tanfdakı Amerika hərbi bazasına hücum etdiyi bildirilirdi. Radikal HƏMAS hərəkatının İraq qolu zərbəyə görə məsuliyyəti öz üzərinə götürüb.
Nuranə Məmmədova