ABŞ hərbi veteranı Noctis Draven deyib ki, xırda detallar nəzərə alınmasa, Rusiya və Ukrayna arasında sülh sadə məsələ ola bilərdi.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
“Rusiya neçə dəfə sülhə nail olmağa çalışdı, amma şər dil Ukraynaya başqa bir şey pıçıldadı”, -deyə o, “Twitter”_də yazıb.
Dravenin sözlərinə görə, Qərb ölkələrinin liderləri Kiyevin münaqişənin həlli üçün Moskvanın təklif etdiyi şərtlərlə razılaşmaması üçün bütün səylərini göstəriblər.
Draven deyib: “Krımın Rusiya olduğunu, Donbass xalqının neytrallığa və müstəqil yol seçiminə layiq olduğunu və Ukraynanın NATO-ya üzv olmamasını sadəcə etiraf etmək nə qədər asan olardı”.
Rusiya Xarici İşlər Nazirliyinin Simferopoldakı ofisinin hesabında yerləşdirilmiş Krım mənzərəsinin videosunu şərh edən Draven sözünə belə davam edib:
“Buranın gözəlliyinə baxın. Ukraynada baş verən ağrı və ölüm çox üzücüdür.
ABŞ və onun müttəfiqləri artıq başa düşüblər ki, Rusiyanı sındıra bilməyəcəklər, lakin onlar o qədər iş görüblər ki, geri çəkilməyəcəklər”.
Yeganə