EN RU

Dram Teatrında dava: əməkdar artist başından xəsarət alıb

Dram Teatrında dava: əməkdar artist başından xəsarət alıb
 Mingəçevir Dövlət Dram Teatrının aktyorları arasında əlbəyaxa dava olub.

Teatrın aktyorlarından olan Asim Məmmədov və İlqar Rəhimov mübahisə zamanı bir-birinə külqabı atıb. Nəticədə külqabı teatrın qocaman aktrisası, Əməkdar artist Ella Yaqubovanın başına dəyib. Aktrisa aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, teatrın direktoru Səxavət Məmmədov aznews.az-a açıqlamasında baş verən hadisəni təsdiqləyib:

“Asim Məmmədovla İlqar Rəhimovun arasında mübahisə düşüb. Onların ikisi də teatrın daxili nizam-intizam qaydalarını pozub. Mən də rəhbər olaraq bununla bağlı tədbir gördüm. Hər ikisi cəzalanıb və töhmət verilib.”

Səxavət Məmmədov Əməkdar artist Ella Yaqubovanın səhhəti ilə bağlı məsələyə də aydınlıq gətirib: “Ella xanımın 70 yaşı var, insanların gözü önündə ayağı sürüşüb və yıxılıb. Bir balaca başından zədə alıb. Təcili Yardım çağırdıq, tibbi yardım göstərdilər. Əgər doğrudan da Ella xanımın başına külqabı dəysəydi, işə polis qarışardı.”
mediafax-ın məlumatına görə, Mingəçevir Dövlət Dram Teatrında aktyorlar arasında əlbəyaxa dava düşüb. Nəticədə Əməkdar artist Ella Yaqubova başından ağır xəsarət alıb.

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com