Çində aqressiv xarici siyasət “Döyüşçü Qurd” ifadəsi ilə müəyyən edilir. Bu hərəkatın simvoluna çevrilən Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian tutduğu vəzifədən uzaqlaşdırılıb. Yeni sözçünün Qərbə isti mesajlar verməsi Pekinin yeni strategiya axtarışında olması ilə bağlı şərhlərə səbəb olub.
Elchi.az xəbər verir ki, suallara gec və aqressiv cavabları ilə gündəmə gələn, rəftarı ilə Çinin ‘Döyüşçü Qurd’ diplomatiyasının simasına çevrilən və bir ay kürsüyə çıxmayan Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao’nun ötən gün vəzifəsindən uzaqlaşdırıldığı ortaya çıxıb.
“Döyüşçü canavar” ritorikası Çinin son illərdə Qərblə getdikcə gərginləşən münasibətlərində ikonik hal alıb. Nazirliyin sözçüsü Zhao ilə sinonimləşən konsepsiya Çin diplomatları arasında tez bir zamanda qəbul edildi.
Zhaonun sözçüsü vəzifəsindən azad edilməsi ilə bu diplomatiyanın gələcəyi də maraq doğurub.
Sözçü Zhao yeni xarici işlər naziri Qin Gang vəzifəyə gəldikdən qısa müddət sonra vəzifəsindən azad edildi.
Şayəstə