"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Dövlət sərhədini pozan 503 nəfər saxlanıldı

14 Dekabr 2017 - 13:25
in CƏMİYYƏT
FacebookVatsap
Dövlət sərhədini pozan 503 nəfər saxlanıldı

Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb.

Bunu da oxuyun

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən  verilən məlumata görə, bu barədə DSX-inin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Hesabat müşavirəsində Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev müşavi­rədə hesabat məruzəsi ilə çıxış etmiş, silahlı birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirmiş, 2018-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.

2017-ci ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla müha­fi­zə­­sinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunub.

Dövlət sərhədinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədinin mühafizəsi məsələlərinə Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olub.

Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yanvar ayının 13-də və avqust ayının 24-də DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 3-cü və 4-cü “Tufan” tipli sərhəd gözətçi gəmilərilə tanış olması, bu tipli daha 2 gəminin təmə­lini qoyması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, iyul ayının 5-də Dövlət Sərhəd Xid­mə­tinin strukturunun təkmilləşdirilməsi, DSX-nin tərkibində 4 silahlı birləşmənin yaradılması barədə qərar verməsi, DSX əməkdaşlarını 1 orden, 40 medal, 6 fəxri adla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

2017-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:

– Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib;

– xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyəti müəyyən olunmuş, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxla­nılmış, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib;

– dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb.

– 13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­ıb.

– dövlət sərhədindən keçən şəxslərin sənədlərinin yoxlanılması prosedurları op­timallaşdırılmış, “IV İslam Həmrəyliyi Oyunları” və “Formula 1” yarışlarının təş­­kili zamanı DSX qarşısında qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib, Azərbaycana gələn əcnəbilərin dövlət sərhədindən keçidi yüksək səviyyədə təşkil olunub.

– geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçiril­miş, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunmuş, şəxsi heyət tərəfiindən böyük döyüş məha­rəti nümayiş etdirilib.

– avqust ayında Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin 2 helikopteri iştirak etmiş, uçuş heyətlərimiz tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib.

– sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub.

– Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı və 44 ali təhsil müəssisəsinin iştirakı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyası 1-ci yerə yüksəlməklə qələbə qazanmışdır.

– Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin yeni korpusunun inşa olunması nəticəsində məktəbdə təhsil alan kursantların sayının 3 dəfəyədək artırılması şəraiti yaradılmışdır.

– dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 119 binadan ibarət tikinti komplekslərinin əsaslı təmir-tikintisi həyata keçirilib.

– Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixində ilk dəfə olaraq Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq olunmuş sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsi təcrübəsi uğurla davam etdirilib, hesabat dövründə bu cür 96 görüş keçirilib.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzə­rilərinə düşən vəzifələri və Azər­baycan Respublikasının Prezidenti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri vurğulanıb.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltif­ləri təqdim olunub.

Previous Post

Dövlət sərhədini pozan 503 nəfər saxlanıldı

Next Post

“Azərişıq”dan borclu abunəçilərə XƏBƏRDARLIQ

Bənzər yazılar

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sərinləşdirici içkilər bazarında aparılmış monitorinqlər və təhlillər nəticəsində müəyyən edilib ki, bəzi sərinləşdirici...

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

04 Avqust 2026 - 19:33

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığının və ya Rusiyada yaşamaq hüququnun verilməsi qadağan edilib. Elchi.az  Rusiya mediasına istinadən xəbər verir ki,...

Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

04 Avqust 2026 - 18:23

Piyadaların təhlükəsizliyinin təmin olunması məqsədlə Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən piyadaların məsuliyyətinin artırılması, onların iştirakı...

Dövlətdən dəstək alacaq özəl bağçalara sənəd qəbulu başlayır

Dövlətdən dəstək alacaq özəl bağçalara sənəd qəbulu başlayır

04 Avqust 2026 - 18:11

Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil...

Next Post

“Azərişıq”dan borclu abunəçilərə XƏBƏRDARLIQ

“Azərişıq”dan borclu abunəçilərə XƏBƏRDARLIQ

Son xəbərlər

“Politico”: ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artırır

“Politico”: ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artırır

04 Avqust 2026 - 22:45
Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

04 Avqust 2026 - 20:44
“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

04 Avqust 2026 - 20:42
Sabah İordaniyada Qüds məsələsi müzakirə olunacaq

Sabah İordaniyada Qüds məsələsi müzakirə olunacaq

04 Avqust 2026 - 20:40
Hindistan gəmisi Yəmən sahillərində, Qırmızı dənizdə hücumdan sonra batıb

Hindistan gəmisi Yəmən sahillərində, Qırmızı dənizdə hücumdan sonra batıb

04 Avqust 2026 - 20:38
Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

04 Avqust 2026 - 19:39
Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

04 Avqust 2026 - 19:36
AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35
Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

04 Avqust 2026 - 19:33
Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

04 Avqust 2026 - 19:28
İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

04 Avqust 2026 - 19:17
Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

04 Avqust 2026 - 19:09
Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

04 Avqust 2026 - 18:57
ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək

ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək

04 Avqust 2026 - 18:42
Yaşayış sahələrinin kütləvi seçimi ilk dəfə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası ilə tətbiq edilib

Yaşayış sahələrinin kütləvi seçimi ilk dəfə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası ilə tətbiq edilib

04 Avqust 2026 - 18:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.