"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir

05 Dekabr 2025 - 13:55
in CƏMİYYƏT
FacebookVatsap

Konstitusiyanın qəbulu insan haqlarının hüqqi bazasını rəsmiləşdirir

Bunu da oxuyun

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur.

Ədalət dedikdə, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlər göz önünə gəlir.

Qeyd etmək yerinə düşər ki, hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur.

Bu bir faktdır ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplərinə söykənməklə vətəndaşın azadlığının və təhlükəsizliyinin prinsiplərini əsas götürərərək demokratik vətəndaş cəmiyyətinin formalaşmasında mühüm işlər görür. Demokratik vətəndaş cəmiyyətinin formalaşmasında istinad olunan prinsiplər aşağıdakılardan ibarətdir:

– Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
– xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
– ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Bu prinsiplər əlbəttə ki, Azərbaycanrn dövlət və hüiquq tarixi ümumdövlət tarixinin tərkib hissəsidir.

Dövlət hüququ konstitusiya hüququndan, inzibati hüquqdan, vergi hüququndan və cinayət hüququndan, eləcə də bütün prosessual hüquqdan ibarətdir.

Bu baxımdan dövlət, hüquq və xalq bunalar ayrılmaz məqamlardır. Bunun hüquqi təməli isə belə başlamışdır.

Yuxarıda sadalanan prinsiplər üzərində referendum yolu ilə Konstitusiya qəbul edilir. Bəli, Konstitusiyanın qəbulu insan haqlarının hüqqi bazasını rəsmiləşdirir. Qəbul olunmuş hüquqi qanunlarla vətəndaşın hüquqları və azadlıqları təmin olunur. Azərbaycan dövləti bu qanunları qəbul etməklə dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsini uğurla başa çatdıraraq güclü, qüdrətli və müzəffər Azərbaycan dövlətinin təməlini qoydu.

Vətəndaşın hüquq və azadlıqlarının müdafiəsində etibar etdiyi ən vacib institutlardan biri Ombudsman institutudur

Müasir hüquqi dövlət quruculuğunun ayrılmaz elementlərindən biri və cəmiyyətin insan hüquq və azadlıqlarının müdafiəsində etibar etdiyi ən vacib institutlardan biri Ombudsman institutudur.

Bu anlayış bir çox ölkədə fərqli adlar altında fəaliyyət göstərsə də, əsas mahiyyəti dəyişməz qalır. Əsas vəzifələri vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni maraqlarını qorumaq, dövlət orqanları, yerli özünüidarəetmə strukturları və vəzifəli şəxslərin fəaliyyətində hüquq pozuntularının qarşısını almaqdır.

Tarixə nəzər salsaq görərik ki, Ombudsman institutunun əsası ilk dəfə 1809-cu ildə İsveçdə qoyulub və hazırda dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda bu və ya digər formada tətbiq edilir. Bu baxımdan xatırıadırıq ki, Azərbaycan Respublikasında Ombudsman İnstitutu konstitusion əsaslarla təsis olunmuş və dövlətin demokratik, hüquqi prinsiplərinə uyğun şəkildə fəaliyyət göstərir. Bu institutun yaranması və inkişafı vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi və səmərəli idarəetmənin təmin olunması baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Ombudsman institutunun fəaliyyəti insan hüquqlarının real müdafiə mexanizminin formalaşmasına, ən əsası vətəndaşların dövlətə inamının artmasına, hüquq mədəniyyətinin və hüquqi maarifçiliyin yüksəlməsinə xidmət edir. Buna görə də, bu institutun mahiyyətinin, funksiyalarının və əhəmiyyətinin hərtərəfli araşdırılması Azərbaycan cəmiyyətində hüquqi düşüncənin formalaşması və inkişafı baxımından vacibdir.

Maarifləndirmə və idarəetməçiliyə nəzarət dövlət strukturunun bütün sahələrini əhatə edir.

Bu həm də vətəndaş cəmiyyətinin formalaşmasında əsas amillərdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, dövlət strukturlarında nəzarətin gücləndirilməsi və müasir tələblərə uyğun mexanizmlərin hazırlanması da mühüm vəzifə olaraq sözügedən institutun öhdəliyini daha da artırır. Müşahidələr onu göstərir ki, Ombudsman tərəfindən aparılan monitorinqlər, şikayətlərin obyektiv araşdırılması və təqdim olunan tövsiyələr dövlət orqanlarının məsuliyyətini artırırmaqla yanaşı, həm də dövlət idarəçiliyində şəffaflığı, məsuliyyəti, öhdəliyi və hesabatlılıığı təmin edir. Bu həm də cəmiyyətin hüquqi səviyyəsinin yüksəldilməsi, hüquq mədəniyyətinin təkmilləşməsi və insan hüquqları anlayışının dərinləşməsi üçün Ombudsmanın maarifləndirici fəaliyyətini önə çıxarır.

İslahatların xranalogiyasından məlum olub ki, Ombudsman insan hüquqlarının pozulmasına dair məlumatlar hazırlayıb ilikin hesabatlar tərtib etməklə bu sahələrdə nöqsanların aradan qaldırılmasına nail olub. O cümlədən qanunvericilikdə olan boşluqları və təkmilləşməyə ehtiyacı olan məqamları aşkarlayır və dərhal tədbir görülməsi üçün təkliflərlə çıxış edir. Habelə Ombudsman institutu cəmiyyətin dövlətə və hüquq-mühafizə orqanlarına olan inamı artırırmaqla yanaşı, həmçinin ictimai nəzarətin və vətəndaş cəmiyyətinin inkişafında vacib və aparıcı rol oynayır.

Bir media nümayəndəsi olaraq apardığımız araşdırmanın nəticəsinə uyğun onu deyə bilərik ki, Ombudsman institutunun əsas funksiyaları geniş və çoxşaxəlidir.

Məsələyə daha daha geniş aspektən baxsaq görərik ki, ədalət və hüquq həm də siyasi baxımdan çox böyük əhəmiyyətə malik mütərəqqi anlayışlardandır.

Haqqa, hüquqa və düzgünlük prinsiplərinə, ədalətin və vətəndaşın gözü ilə baxsaq görərik ki, bütün hallarda dövlət vətəndaşının qarantı olmalıdır. Bu birmənalıdır. Bu mənada müasir tələblərə uyğun qanunlara əlavə və dəyişikliklərin edilməsi dövlətin vətəndaş qarşısında götürdüyü öhdəliklərin miqyasını genişləndirir və məsuliyyətini daha da artırır.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bir daha onu göstərdi ki, bu sahəyə dövlət tərəfindən diqqət daima əsas prioritetlərdən biri kimi dəyərləndirilir.

Hətta bunu xatırlamaq yerinə düşər ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında “vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirlməsinə nail olmaq” barədə tələblər xüsusi vurğulanıb.

Vətəndaş cəmiyyətinini formalaşması bu sahəyə hüququn gözü ilə baxmağı şərtləndirir

Bu mənada vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolunun vacibliyi bu sahəyə olan diqqəti bir daha gündəmə gətirmişdir. Bunula da Dövlət idarəetməçilikdə iştimai iştirakçılığın və vətəndaş cəmiyyətinin ölkənin inkişafında böyük rol oynadığını əsas götürərək, bu sahəyə uyğun qanunvericiliyin mütərəqqi hala gətirilməsi və strukturunun yaradılması barədə adıımlar atıldı. Və qanunla tənzimləndi. Cənab Prezidentin fərmanı ilə struktur formalaşdı.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi”, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 19 aprel 2021-ci il tarixli Fərmanı ilə bağlı müvafiq qərarları QHT-lərin cəmiyyətdə yeri, rolu, vəzifələri, fəaliyyətinin tənzimlənməsi kimi məsələləri dəqiqliklə müəyyən etməklə, QHT-lərin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında yeni mərhələnin əsasını qoyub…

Söz azadlığı ilə bağlı atılan addım

Növbəti bir hadisə isə söz azadlığı ilə bağlı atılan addım olub. Bu mənada Azərbaycanda medianın inkişafına kömək ola biləcək qanundakı dəyişikliyi göstərmək olar. Media subyektlərinin informasiya almaq və yaymaq imkanlarına dair qanunvericilkidə dəyişikliyin edilməsi bu sahənin dünya standartlarına uyğulaşdırılması imkanlarından istifadənin yollarını açdı. Həmçinin informasiya almaq və yaymaq imkanlarının qarşısında olan bütün maneələrin aradan qaldırılmasına şərait yaratdı. Və bu istiqamətdə Ombudsmanın üzərinə düşən hüquq və vəzifələri artırdı. Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman haqqında Kontitusiya qanununun 1.3-cü maddəsinə uyğun olaraq informasiya əldə etmək hüququnu daha da təkmilləşdirdi. Bununla da informasiyanın əldə olunmasına yaradılan süni manelərin aradan qaldırılmasına nail olundu.

“Konstitusiya və Suverenlik İli”

Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Vətən müharibəsində əldə edilən zəfər “Dəmir Yumruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin möhkəm əsaslara söykəndiyini bir daha sübut etdi. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqləyir. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqləyir.

Dövlətimiz Müzəffər ordusu ilə öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. 2023-cü il sentyabrın 19-da Ermənistan qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlamışdır. Bu antiterror əməliyyatı cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.

Qeyd edək ki, Azərbaycan xalqının tarixi mübarizəsi nəticəsində suverenliyi bərpa edərək müstəqil dövlət qurulmuşdur. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır.

Elə bu da medianın inkişafı istiqamətində böyük gözləntilərin olacağına inamı artırmaqdadır.

Subut Mehdiyev

Yazı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Jurnalist yazı müsabiqəsinə təqdim edilir.

Previous Post

Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı

Next Post

“Avropa Ukraynada sülhə töhfə vermir” – Uşakov

Bənzər yazılar

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq. Bu barədə Elchi.az "Azərişıq" ASC-yə istinadən xəbər verir. İyunun 5-də Nizami...

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05

28 May – Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Dominikan Respublikasının paytaxtı Santo-Dominqo şəhərində ilk dəfə olaraq rəsmi qəbul keçirilib. Bu...

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59

"VFS Global" ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda və BƏƏ-də Monteneqronun yeni viza müraciət mərkəzləri fəaliyyətə başlayıb. Elchi.az  xəbər verir ki, bu...

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02

İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş...

Next Post
“Avropa Ukraynada sülhə töhfə vermir” – Uşakov

"Avropa Ukraynada sülhə töhfə vermir" - Uşakov

Bu ixtisasa qəbul: imtahanda dəyişiklik edildi

Bu ixtisasa qəbul: imtahanda dəyişiklik edildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.