"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

“Dostluq parkı” – çağdaş tariximizin ən ləkəli səhifəsi

10 İyun 2015 - 17:59
in Banner, KÖŞƏ YAZILARI
FacebookVatsap

11328825_403491073186901_591107644_nİbrahim RÜSTƏMLİ

Bunu da oxuyun

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

ABŞ “Hizbullah”a dəstəyə görə Rusiya və Livan vətəndaşlarına sanksiyalar tətbiq edib

“Şəhid ərini söyən qadın yaxud analıq məzuniyyətinə göndərilən şəhid arvadı” silsiləsindən ikinci fəsil. Müəllimlərim İsmayıl Şıxlı və Azad Mirzəcanzadənin müqəddəs ruhlarına ithaf. 

Yazımın ikinci fəslini “Dostluq parkı”nda, sökülmüş möhtəşəm malikanələrin xarabalıqlarında qələmə alıram, dizlərimin üstündə.

Məncə, “sökülmüş” ifadəsi mənəvi imkanlarına görə bu yerdə demək istədiyim fikirləri öz həqiqi ünvanına çatdırmaq zorunda deyil. O üzdən qarşılıqlı anlaşma prinsiplərinə və əxlaq normalarına güvənirəm: ona öz yerini “viran qoyulmuş”, yaxud “yerlə yeksan” edilmiş ifadələrilə bölüşməyi təklif edirəm.

Ətrafın mümkünsüz təsviri önündə dərhal razılaşırıq. Axı biz daşıdıqları məsuliyyətin və sərgilədikləri məsuliyyətsizliyin ümumi fonunda heç tükü də dəbərməyən bəzi məmurlardan deyilik ki, vəzifədən, mandatdan ikiəlli yapışaq; vəzifəni, mandatı ailə biznesinə çevirək; özümüzü camaata güldürək…

Beləliklə, (rica edirəm,) məşhur “Dostluq parkı”ndan, əslində isə viran qoyulmuş malikanələrin xarabalıqlarından hazırladığım bu reportajı mənəvi təlabatımın təzahürü kimi qarşılayın.

Dostluq – şirinliyinə aldandığım bu ifadənin ağrı-acısını ayrı-ayrı zamanlarda, ayrı-ayrı farmatlarda çox yaşamışam. Ancaq bu ağrı-acı “Dostluq parkı”ndakı gizli koalisiyanın oturuşduğu qəliblərə hec cür sığmır.

Mən çıxılmaz vəziyyətdəyəm. Özümü yad planetdə, qürbətdə hiss edirəm. Yardıma ehtiyacım var. Ancaq (üzr istəyirəm) tənhalığa və yalqızlığa çoxdan öyrəşmiş yaradıcı bir insanın hazırkı vəziyyətini başa düşmək və ona kömək etmək hər yoldan ötənin işi deyil.

Zarafat eləmirəm: Çəkisizliyin toz-torpağa bürünmüş bu xaotik məkanında hatta ən zərif kəpənək qanadlarına yüklənə bilərəm…

İnanın, mən doğrudan çıxılmaz vəziyyətdəyəm: Özümü öz yurdumda, öz vətənimdə əcnəbi kimi hiss edirəm. Düşüncələrimə hakim kəsilmiş qərarım isə kifayət qədər mühafizəkardır; özünə alternativ tanımır: xalqdan qopmaları, parçalanmaları bir müddət məharətlə pərdələyən və bu məqsədlə öz həqiqi mənasını simvolik siyasi imporivizələrə, jestlərə, hətta hipnoza verən “DOSTLUQ (PARKI)” çağdaş tariximizin ən ləkəli səhifəsi, ən ibrətamiz dərsidir. Buna heç kimin şübhəsi olmasın!

Bu “dostluq” dövləti, iqtidarı xalqdan ayıran, özləri üçün rəmzi ada yaradan, indilərdə isə sadəcə verilən şansa görə uşaq kimi əllərini bir-birinə sürtə-sürtə sevinən bir qrup dardüşüncəli məmurun qüsurlu fantaziyası, qüsürlu intellektual məhsulu idi. Nəticəsi özünü çox gözlətmədi: “Dostluq parkı”, binaları və insanları oda qalamaqla öz qətlinə fərman verdi…

Mən bu fərmanı imzalayan, sonra dərhal bükülüb yumruğa çevrilən, Koroğlunun əmudu kimi “Dostluq parkı”ndakı qala divarlarına, malikanələrə çırpılan o ələ doğru gedirəm; o əli sıxıram; o əldən yapışıram!..

Sizdən yox, cənablar! (Çünki sizin ancaq arxanızı görə bilirəm).

O üzdən, lütfən, ölkənin birinci şəxsini bu qədər qəti, bu qədər sərt qərarlar verməyə vadar etməyin! Axı bu gün daşı-divarı, malikanələri ağzına alıb zibilliyə kürüyən o buldozerlərin sabah öz təyinatını, daha doğrusu, öz obyektini çox asanlıqla dəyişmək fürsəti hazırkı məqamda kifayət qədər aktual və realdır. Bunu unudanlar tarixin kəmfürsət ironiyası, inadkar reallığı qarşısında davam gətirə biləcəklərinə ümid bağlamasınlar. Çünki reallıq həmişə acı olur, həmişə amansız olur, həmişə güclü olur, həmişə qalib olur…

Fikirlərimin bu qədər kritik, bu qədər kriminal, bu qədər xaotik ünsürlərlə “güləşdiyi” məqamında qara bir maşının “Dostluq parkı”na doğru şütüdüyünü görürəm və bu xarabalıqların ümumi fonunda o maşının reallıqla uzlaşmayan çox parlaq və bahalı görkəminə təəccüblənirəm.

Arxa qapı açılan kimi yerə atılan və yalnız özünəxas sürətlə viranəyə doğru addımlayan adamı isə tanımamaq olmur: O Bakının meridir; Bakının direktorudur; nəhayət, bu xarabalığın müəllifidir, bu viranənin baş memarıdır…

Qeyri-adi jestləri, qeyri-adi hərəkətlərilə çoxlarının gülüşünə, ironiyasına səbəb olan bu adam da indi öz çılğınlığını ilə mənim qulunca dönmüş sinirlərimi, ölümə bərabər tənhalığımı əridə bilmir və yalnız gəncliyimdə şahidi olduğum maraqlı bir hadisəni yadıma salmaqla tükənir. Bununla da, bizə antrakt üçün əla fürsət vermiş olur…

Antrakt: Ali məktəbdə bir müəllimim vardı. Xətti çox gözəl idi. Hərfləri bir-birinin yanına muncuq kimi düzürdü. Mənə elə gəlirdi ki, o yazmır, sadəcə ovcuna yığdığı standart hərfləri bir-bir lövhəyə yapışdırır. Hüsnxəttə o qədər diqqət yetirərdi ki, hərdən hərflərin yerini səhv salardı, ya da hansısa birini unudardı.

Əsl mərəkə də bundan sonra başlardı. Auditoriyadakı ərköyün tələbələr “pıkkıldayan” kimi müəllim dərhal diksinər, dözülməz bir acizliklə, dözülməz bir həyacanla geri çevrilər, bizə tərəf boylana-boylana yazdıqlarının hamısını pencəyinin qolu ilə silərdi. Və bu zaman özünü necə itirərdisə, sol əlində tutduğu silgini belə xatırlamazdı…

Yox, yox, o utanmırdı! O qorxurdu! Özü də çox pis qorxurdu! Səhv etməkdən qorxurdu!..

Mən bu qorxunu həyatımda ilk dəfə görürdüm.

Mən bu qorxunu bir də çox-çox sonralar, amma tamam fərqli farmatda Qarabağda – cəbhədə gördüm: yan-yörəsində mərmilər partlayan zaman şalvarını isladan bəzi əsgərlərin gözlərində. Nə isə…

Bu qorxu o qədər eybəcər və o qədər dözülməz idi ki, məni bir daha o müəllimin mühazirələrində görən olmadı…

İndi Bakı merinin hansı hərfi unutduğunu, hansı sözdə səhv buraxdığını arayıb-axtarmaq (məlum səbəblərə görə) şəxsən mənim üçün dünyanın ən axmaq və dözülməz məşğuliyyəti təsiri bağışlayır. Ali məktəb müəllimimi xatırladan bu adam “Dostluq parkı” adlı faciənin baş qəhrəmanıdır. O təkdir! “Epizodik qəhrəmanların” isə hamısı səhnə arxasındadır. Biz onları görürük. Amma onlar bizi görmürlər, buna görə də elə düşünürlər ki, guya biz də onları görmürük. Çünki ailəliklə kasıb süfrə (kasıb süfrəsi yox ha!) arxasında əyləşib şirin ağızla pendir-çörək yeməyin ləzzətini çoxdan itiriblər.

Lakin problem yalnız bununla bitmir. Məsələ burasındadır ki, indi səhnədə tək-tənha vurnuxan, faciə qəhrəmanı kimi təqdim etdiyim bu adam, yəni gözlərimin önündəki viranənin baş memarı özünü öz öbrazının ən pis ifaçısı kimi aparır. Məni ən azından gözlərimi yummağa vadar edir.

Ancaq ümidlərimin tükəndiyini düşünmürəm. Çünki onu yalnız faciə qəhrəmanı kimi görməyə adət etməmişəm. O dəyişkəndir, qeyri-müəyyəndir, fərqlidir. Bəlkə ona görə bir qədər də güclüdür: heç kimin gözləmədiyi halda adi bir jestlə, adi bir baxışla oynanılan “əsərin” janrını dəyişə biləcək qədər güclü.

Məsələn, “ölkədə bir dənə kişi…” kimi məlum bəyanatı ilə o vaxt başım(ız)a elə bir qappaz (niyə qappaz? – bunu sonda biləcəksiniz) vurdu ki, indinin özündə də gözlərimin içinə kimi qaşınıram… Amma onu bu rolda da kifayət qədər qüsurlu gördüm. Ən azından ona görə ki, insana, şəxsiyyətə aid fikirlərdə “dənə” sözünü işlətmək ziyalılığa, məmura yaraşmayan və hətta bağışlanmayan səhvdir…

Baxın, Hacıbala müəllim, mən 24 il ordu sıralarında xidmət etdim: kuryerdən baş redaktora, əsgərdən polkovnik-leytenanta kimi yürüdüm. “Hər rütbəmdə minlərlə şəhidin və qazinin haqqı vardır. Onların haqqını qorumaq məndən ötrü namus borcudur”…

Bir Qarabağ qazisi tanıyırdım. Döyüşlərdə hər iki ayağını itirmişdi. İtkin düşmüş ayaqlarını ancaq gecələr unudurdu. Gecələr səhərədək sayaqlaya-sayaqlaya öz səsinə ayılardı və siqaret yandırmaq üçün özünü çarpayıdan yerə atardı. Üzüquylu döşəməyə çırpılardı. Atası onu hər gecə ağzı-burnu qan içində yerdən qaldırıb yenidən çarpayısına uzadardı.

Atası hər gecə səhərədək əlindəki siqaret və alışqala onun başı üstündə keşik çəkərdi…

Gecələr unutduğu ayaqlarını səhərlər xatırlayardı, səhərlər yadına salardı qazi qardaşım. Bu dəfə anasını haraylayardı. Bu dəfə anası səhərdən axşama kimi çarpayısının başı üstündə keşik çəkərdi. Və hər dəfə də oğlunun dözülməz bağırtısına, mümkünsüz istəyinə qulaq asa-asa bağrı yarılardı: Ayaqlarımın altını qaşı, ay ana, ayaqlarımın altı qaşınır!!!

Əvvəlcə anası, sonra atası, daha sonra isə özü şəhid oldu…

Onlar bu dövləti quranlardır. Hacıbala müəllim, heç olmasa Onların haqqına girməyin. Heç olmasa torpağın altında rahat uyusunlar. Hərçənd ki, o buldozerlərin, o ekskavatorların, o traktorların aramsız hay-həşirində, qulaq batıran gurultusunda heç buna da əmin deyiləm. Ancaq bir şeyə əminəm ki, günahlarınızın izini itirmək üçün bu gün tələmtələsik əkdiyiniz ağaclar sabah onsuz da böyüyən köklərilə onlara hər şeyi danışacaqlar…

Və sonda: Şuşada bir Məşədi Bəylər varmış. Bir gün ondan qapaz sözünün neçə “p” ilə yazıldığını soruşurlar. Düşünmədən cavab verir:

– O baxır qapazın necə əllə vurulmasına…

P.S. Deyə bildim?..

 

FOTO:Əmrah MÖVSÜMOV

Previous Post

“Dostluq parkı” – çağdaş tariximizin ən ləkəli səhifəsi

Next Post

Polşada üç nazir istefaya getdi

Bənzər yazılar

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Fevral 2026 - 23:25

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər. Elchi.az xəbər verir ki, bu...

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

25 Fevral 2026 - 20:19

Londonda ilk Ukrayna dron istehsalı zavodu - "Ukrspecsystems" şirkətinin istehsal kompleksi fəaliyyətə başlayır. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın...

ABŞ “Hizbullah”a dəstəyə görə Rusiya və Livan vətəndaşlarına sanksiyalar tətbiq edib

ABŞ “Hizbullah”a dəstəyə görə Rusiya və Livan vətəndaşlarına sanksiyalar tətbiq edib

10 Fevral 2026 - 23:42

ABŞ Livanın "Hizbullah" hərəkatına Birləşmiş Ştatların məhdudiyyətlərindən yayınmağa kömək edən fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib. Elchi.az xəbər verir ki,...

İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb

İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb

09 Fevral 2026 - 23:19

İsrail Ümumi Təhlükəsizlik Xidməti və polis əməkdaşları İran agentləri ilə əlaqədə şübhəli bilinən jurnalisti saxlayıblar. Elchi.az xəbər verir ki, bu...

Next Post

Polşada üç nazir istefaya getdi

Avtobuslarda gediş haqqı 1 manat oldu

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.