İsrail və Türkiyənin müdafiə nazirləri Benni Qantz və Hulusi Akar Ankarada görüşüblər.
Elchi.az xəbər verir ki, “Anadolu”nun məlumatına görə, Ankarada səfərdə olan Qantsın rəsmi qarşılanma mərasimi Türkiyə Milli Müdafiə Nazirliyində keçirilib.
Gantz türk əsgərlərini salamlayaraq Fəxri qonaqlar kitabına imza qoyub.
Sonra Türkiyə və İsrailin müdafiə nazirliklərinin rəhbərləri dar və geniş tərkibdə danışıqlar aparıblar.