Donetsk və Luqansk “respublika”ları terrorçu təşkilat kimi tanınacaq
Avropa İttifaqı qondarma Donetsk və Luqansk “xalq respublikaları”nı terrorçu təşkilat kimi tanıya bilər.
musavat.com-un məlumatına görə, belə bir addımın mümkünlüyü Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində Brüsseldə keçirilən toplantısının nəticələrində əksini tapıb.

Avropa İttifaqı Şurası Ukraynanın şərqində və digər nahiyələrdə günahsız insanların həyatının itirilməsinə səbəb olan silahlı yaraqlıların qanunsuz fəaliyyətinin davam etməsini qətiyyətlə pisləyib. “Odur ki, bundan sonra məsələ bu qrupların terrorçu təşkilatlar kimi tanınması kontekstində baxılacaq” – sənəddə deyilir.
Qurum bir daha Ukraynada böhranın dinc yolla aradan qaldırılmasına dəstəyini ifadə edib və prezident Poroşenkonun dinc nizamlanma planının ləngimədən həyata keçirilməsinin zəruriliyini qeyd edib.