Ukrayna prezidenti Pyotr Poroşenko “Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında yerli
özünüidarənin xüsusi qaydası haqqında” Qanunu imzalayıb.
Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, göstərilən ərazilərdə xüsusi status qanun imzalandığı gündən 3 illiyə tətbiq edilir.
Xəbərdə həmçinin, bildirilir ki, qanunun əsas hədəfi – “vəziyyətin tezliklə normallaşması üçün şərlərin yaradılması, qanunçuluğun, vətəndaşların konstitusion hüquq və azadlıqlarının bərpası, sakinlərin geri qayıtması üçün şəraitin formalaşdırılması, habelə yaşayış məntəqələrində həyat fəaliyyətinin bərqərar edilməsi və ərazilərin inkişafı”dır.