"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dollar kreditləri ilə bağlı yeni problem

12 Yanvar 2016 - 10:47
in XƏBƏR LENTİ
FacebookVatsap

Kreditlərin Mərkəzi Bankın, yoxsa kommersiya banklarının müəyyənləşdirdiyi məzənnə ilə ödənilməsi məsələsi mübahisə mövzusuna çevrilib.

Banklar, manatın dollar qarşısında devalvasiyaya uğramasından sonra kredit borclarını ABŞ valyutasının yeni məzənnəsi ilə qaytarmağı tələb edirlər. Problem isə ondadır ki, bu zaman Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi gündəlik məzənnə deyil, kredit vermiş bankın özünün təyin etdiyi məzənnə əsas götürülür. Sputnik, əslində dollarla kredit götürmüş vətəndaşların borclarını hansı məzənnə ilə ödəməli olduqlarına aydınlıq gətirmək üçün iqtisadçılara müraciət edib.

Bunu da oxuyun

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı-ekspert Vüqar Bayramlı deyib ki, dollarla krediti olan vətəndaşlar ödəniş edən zaman məzənnənin seçilməsi ilə bağlı çətinliklərlə üzləşirlər: “CESD-ə edilən müraciətlər göstərir ki, bəzi banklar ötən həftə hətta hər dollara 1.80 manat kursu ilə ödəniş etməyi tələb ediblər. Bu isə o deməkdir ki, 200 dollar ödəniş edən kredit borcu olan vətəndaş Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən ödəniş etsəydi, 321 manat xərci olacaqdı, “qara bazar” kursu ilə isə 360 manat ödəməli olublar. Deməli, hər 200 dollarda rəsmi məzənnə ilə müqayisədə 39 manat artıq ödəyiblər. Aylıq ödəniş yüksək olan vətəndaşlarımızda isə bu daha böyük rəqəmlərlə ifadə olunur. Məsələn, 500 dollar aylıq ödənişi olan üçün bu fərq 100 manata yaxındır”.

Президент Ильхам Алиев на первом заседании Милли Меджлиса (парламента) пятого созыва
Əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın

Ekspertin sözlərinə görə, kommersiya banklarının məzənnəsinə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən 4 faizlik marjın problemi həll edəcəyinə inanmaq doğru olmazdı: “Çünki, hələlik əksər kommersiya bankları və valyutadəyişmə məntəqələri dollar satışına fasilə verərək gözləmə mövqeyinə üstünlük verirlər”.

V.Bayramlının fikrincə, son vaxtlar bir sıra qaydaları həm qəbul, həm də ləğv edən Mərkəzi Bankın vətəndaşlar üçün əlavə xərc yaradan prosesə müdaxilə etməsinə ehtiyac var: “Qanunvericiliyə görə, ödəniş kommersiya banklarındakı mövcud məzənnəyə əsasən aparılmalıdır. Amma nəzərə almaq lazımdır ki, əksər banklardakı məzənnə vətəndaşın deyil, bankın maraqlarına uyğun olur. Hər bankın öz kursu olduğundan, 200 dollarlıq aylıq ödəniş edən vətəndaşlar bir bankda çox, başqasında nisbətən az vəsait ödəyirlər. Bu baxımdan, Mərkəzi Bankın dollarla ödənişlərin həmin günə rəsmi kursa əsasən aparılması ilə bağlı qaydanı qəbul etməsinə və qanunvericiliyə uyğun dəyişikliklərin edilməsinə ehtiyac var. Borcu olan şəxs kommersiya bankının öz maraqlarına uyğunlaşdırdığı kursa deyil, Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun ödəniş etməlidir ki, banklar tərəfindən aldadılmasın”.

Vüqar Bayramov
Vüqar Bayramov

Aylıq ödənişin Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla edilməsinin yeni qaydalara daxil olunmasının vacibliyini vurğulayan ekspert, Qazaxıstan təcrübəsinə istinad etməyi məqsədəuyğun sayır: “İnanmaq istərdim ki, ikinci devalvasiyadan sonra xarici valyuta ilə kreditləri olanlar üçün Qazaxıstan təcrübəsinə uyğun olaraq dövlət tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı təklifim yaxın zamanlarda Mərkəzi Bank tərəfindən dəyərləndiriləcək”.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev isə Sputnik-ə deyib ki, hazırkı şəraitdə vətəndaşın borcu köhnə məzənnə ilə qaytarması mümkün deyil: “Beynəlxalq praktikada belə üsul var ki, banklar kreditləri verdikləri məzənnə ilə geri alsınlar. Bu üsulu ayrı-ayrı ölkələrdə tətbiq ediblər. Rusiya da istəyirdi bunu tətbiq eləsin, amma edə bilmədi. Mənim fikrimcə, Azərbaycan banklarının kreditləri özlərinin təyin etdikləri yeni məzənnə ilə tələb etmələri doğru deyil. Adamlar krediti götürdükləri vaxt dolların məzənnəsi necə idisə, o məzənnə ilə də geri qaytarmalıdırlar. Bu daha çox bank sisteminin özündən asılıdır”.

Qızıl və dollar

Ekspertin fikrincə, kommersiya bankı istəsə, özü bu məsələni həll edə bilər: “Qanunla banklara belə bir addım atmaq səlahiyyəti verilib. Lakin hazırda fərq o qədər böyükdür ki, bunu etmək banklar üçün çətindir. Əgər söhbət xırda fərqdən getsəydi, bunu etmək mümkün idi. Eyni zamanda əhalinin sosial-iqtisadi vəziyyətini də nəzərə almaq lazımdır. Əhalinin gəlirləri artmayıb. Onlar əvvəlki məzənnəyə uyğun olaraq gəlir əldə edirlər və onlara borcları yeni kursla ödəmək çox çətindir”.

Kommersiya banklarında kredit borclarının AMB-nin elan etdiyi rəsmi məzənnə ilə deyil, bankın öz məzənnəsi ilə tələb olunması məsələsinə gəlincə, O. Haqverdiyev deyib ki, bu problem qanunvericilikdə göstərilib: “Qanunda necə yazılıbsa, o da tətbiq olunmalıdır. Qanunda qadağa yoxdur, kommersiya bankı özü istəyən məzənnəni qoya bilər. Lakin Mərkəzi Bank haqqında qanunda göstərilir ki, Mərkəzi Bank operator olduğu üçün, bank sistemində gedən əməliyyatları tənzimləyir. Nəzəriyyəyə baxılsa, bu məsələ bankların öz ixtiyarına buraxılmalıdır. Hansı bank nə məzənnə istəsə, qoya bilər. Amma bizdə bunu tənzimləməyə ehtiyac var. Çünki əhalinin vəziyyəti pisdir. İmkan vermək olmaz ki, banklar bu vəziyyəti nəzərə almadan öz mənafelərinə uyğun olaraq istədiklərini etsinlər”.

Октай Ахвердиев. Архивное фото

O.Haqverdiyev bu arada “üzən məzənnə” rejimi və AMB-nin rəsmi məzənnə müəyyən etməsinə də diqqət çəkib: “AMB bir tərəfdən elan edir ki, manatı buraxıram, digər tərəfdən isə deyir ki, məzənnə belədir. Əslində “üzən məzənnə” rejimində AMB məzənnəyə qarışmamalıdır. Amma vəziyyət sosial-iqtisadi nöqteyi-nəzərdən o qədər çətindir ki, qarışmamaq mümkün deyil. Ölkə iqtisadiyyatı neftdən asılıdır. Dövlət büdcəsinin 70%-i neftin hesabına formalaşır. Neftin qiyməti qalxsa, vəziyyət bir qədər düzələr. Amma yaxın vaxtlarda neftin qiymətinin qalxacağı proqnozlaşdırılmır. Ona görə də, AMB operator olaraq ölkənin pul əməliyyatlarına nəzarət etməlidir”.

Previous Post

Dollar kreditləri ilə bağlı yeni problem

Next Post

Rusiyadan gözlənilməz addım – İstanbul faciəsi

Bənzər yazılar

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

20 Oktyabr 2026 - 15:08

12 sentyabr çevrilişindən sonra türk millətçiliyi ideologiyasını və Milliyyətçi Hərəkat Partiyasını (MHP) sarsıtmağa çalışanlar indi də kənardan gətirilmiş anlayışlar və...

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30

ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar...

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət,...

Next Post

Rusiyadan gözlənilməz addım - İstanbul faciəsi

Rusiyadan gözlənilməz addım - İstanbul faciəsi

Son xəbərlər

Trampın reytinqi 31%-ə düşüb

Trampın reytinqi 31%-ə düşüb

20 Oktyabr 2026 - 16:00
“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

“Şərqi Azəri” platformasından hasil olunan neftin həcmi açıqlanıb

20 Oktyabr 2026 - 15:44
Ukrayna Rusiya ilə dialoqu bərpa etməyə çağırılıb

Ukrayna Rusiya ilə dialoqu bərpa etməyə çağırılıb

20 Oktyabr 2026 - 15:30
Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

20 Oktyabr 2026 - 15:16
Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

20 Oktyabr 2026 - 15:08
Federasiya Şurasından Kallasa XƏBƏRDARLIQ

Federasiya Şurasından Kallasa XƏBƏRDARLIQ

20 Oktyabr 2026 - 15:00
Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52
BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

20 Oktyabr 2026 - 14:43
QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

20 Oktyabr 2026 - 14:30
Azərbaycanda KSM  institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

Azərbaycanda KSM institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

20 Oktyabr 2026 - 14:16
Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

20 Oktyabr 2026 - 14:14
Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

20 Oktyabr 2026 - 14:07
“Tehran ABŞ-ın bu zərbələrini cavabsız qoymayacaq” – Bəqai

“Tehran ABŞ-ın bu zərbələrini cavabsız qoymayacaq” – Bəqai

20 Oktyabr 2026 - 14:00
İrandan narkotik keçirilməsinin qarşısı alındı

İrandan narkotik keçirilməsinin qarşısı alındı

20 Oktyabr 2026 - 13:51
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

20 Oktyabr 2026 - 13:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.