"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Dollar kreditlərində güzəşt

19 Yanvar 2016 - 09:57
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap
 Dollar kreditlərində güzəşt

Vahid Əhmədov: “On min dollaradək kreditlərin əvvəlki- 1,05-lik məzənnə ilə qaytarılmasını həm Mərkəzi Bankla razılaşdırmışıq, həm də hökumətlə”

Bunu da oxuyun

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Əhalinin dollar kreditlərinin həlli istiqamətində addımların atılacağı yenidən gündəmdədir. Bildirilir ki, dollar kreditlərinin devalvasiyadan əvvəlki məzənnə ilə qaytarılması mümkün ola bilər. Deputat Vahid Əhmədov da azadlıq.org-a bildirib ki, dollarla götürülən kreditlərlə bağlı bu məsələ faktiki olaraq razılaşdırılıb: 
“Biz bunu həm Mərkəzi Bankla razılaşdırmışıq, həm də hökumətlə. Bunun maliyyə mənbəyi ilə bağlı məsələlər həll edilməlidir. Məncə, maliyyə məsələsi problem olmamalıdır. Çünki Mərkəzi Bankın ehtiyatı var. Bundan başqa, 10 min dollara qədər olan kreditlərin köhnə məzənnəylə – 1,05 manatla ödənməsi də gündəlikdədir. Özüm də təklikdə Mərkəzi Bankla, hökumətlə danışıqlar aparmışam. Bir neçə məsələ var, biri də budur. Ümumi razılıq var. Əsas da istehlak kreditlərinin köhnə məzənnə ilə- 1,05 manatla ödənməsi haqda söhbət gedir. Razılıq var, görək nə zaman qərar verilir”. 
Ekspert Əkrəm Həsənov isə bunun əhalinin deyil, bankların marağı ilə atılan addım olduğunu vurğulayıb:  “Son günlər 10000 dollar məbləğinədək olan kreditlərin 1,05 məzənnə ilə ödəniləcəyi haqda söz-söhbət artıb. Deyilənə görə, məzənnə fərqini banklara Mərkəzi Bank ödəyəcək. Yəqin ki, belə olacaq, Bank da öz növbəsində vətəndaşın borcunu 1,05 məzənnə ilə manata mübadilə edəcək. Əlbəttə, bu əməliyyat nəticəsində vətəndaşın vəziyyəti xeyli yüngülləşmiş olacaq. Əvvəla, ona görə ki, krediti manata keçirilmiş olacaq və deməli, növbəti devalvasiya riskindən sığortalanmış olacaq. Ən əsası isə krediti manata əvvəlki məzənnə ilə çevriləcək və beləliklə də borcu azalmış olacaq. Təbii, bu hələ o demək deyil ki, vətəndaş bundan sonra kreditini ödəməyə başlayacaq və ya nəticədə tam ödəyəcək. Böyük ehtimalla, hətta bu güzəştdən sonra da belə kreditlərin əksəriyyəti tam ödənilməyəcək. Çünki əhalinin gəlirləri düşüb, qiymətlər isə qalxıb. Bu səbəbdən hətta manat kreditlərinin də xeyli hissəsi artıq ödənilmir. Lakin hər bir halda, bu əməliyyat nəticəsində əsas uduşu əldə edən banklar olacaq. Təsadüfi deyil ki, təklifin müəllifi də məhz onlardır. Mən hətta deyərdim ki, bu, təklif yox, bankların Mərkəzi Banka tələbidir. Ona görə ki, bankların çoxu hazırda müflislik həddindədir. Problemli kreditlərinin həcmi dəhşətli səviyyəyə çatıb, əmanətlər kütləvi şəkildə çıxarılır, filiallar bağlanır, işçilər ixtisar edilir və sair. Belə vəziyyətdə Mərkəzi Bankın bankların problemli kreditlərinin müəyyən hissəsini ödəməsi əlbəttə ki, banklar üçün böyük nailiyyətdir. Heç bir zəhmət çəkmədən, səy göstərmədən 10000 dollaradək olan problemli kreditlərinin 33 faizini qaytarmış olurlar. Bir qayda olaraq, bu məbləğdə olan kreditlər üzrə adətən girov olmur, borclu isə normal rəsmi gəlirə malik deyil. Yəni belə kreditlərin böyük əksəriyyəti onsuz da qaytarılmayacaqdı. Buna görə də ən azı yaxın vaxtlarda bankların bu kreditlər üzrə məhkəmə iddiası qaldırmaq zərurəti aradan qalxacaq və onlar diqqətlərini daha iri məbləğli kreditlərə yönəldəcək. Bankların maliyyə və kadr resurslarının azaldığı dövrdə bu, çox böyük nailiyyətdir”.
Ekspertlərin sözlərinə görə, bu təklifin məhz banklardan qaynaqlanması təsadüfi deyil: “Banklar xalqın pulu hesabına ümidsiz kreditlərinin bir hissəsini silmək və digər problemli kreditləri üzrə borcluların üstünə həmləyə hazırlaşır. Lakin hər bir halda əgər bankların bu fəndi baş tutsa, on min dollaradək borcu olan vətəndaşların da vəziyyəti bir qədər asanlaşacaq. Dövlət bu vəziyyətdə, əlbəttə, yardım etməlidir. Amma sual yaranır ki, kimə: banklara, yoxsa əhaliyə? Niyə məhz banklara? İllər boyu yüksək faizlər hesabına əhalidən qazandıqları pullar hanı? Ölkədədir, yoxsa xarici offşorlarda? Niyə qazandıqlarını inkişafa və ya ən azı ehtiyata sərf etməyiblər? Əgər banklar yardımın məhz onlara edilməsində israrlıdırsa, buyursunlar, bütün illərin maliyyə göstəricilərini, o cümlədən qazandıqları dividentlərin kimlərin cibinə getdiyini açıqlasınlar. Yardım istəyən şəffaf olmalıdır. Axı yardım xalqın sərvəti hesabına edilir. Yox, əgər banklar bunu etməyəcəksə, yardıma da haqları yoxdur”.
Previous Post

Dollar kreditlərində güzəşt

Next Post

Prezident müşavirədəki nitqi – TAM MƏTN

Bənzər yazılar

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38

Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə...

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək. Elchi.az xəbər verir ki, bunu...

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

Next Post

Prezident müşavirədəki nitqi – TAM MƏTN

TRT 20 Yanvar faciəsinin ildönümü canlı yayımlayacaq

Son xəbərlər

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38
FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

08 Oktyabr 2026 - 17:26
ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

08 Oktyabr 2026 - 17:19
Husilər Səudiyyənin neft obyektlərini vurmaqla hədələyib

Husilər Səudiyyənin neft obyektlərini vurmaqla hədələyib

08 Oktyabr 2026 - 17:10
Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirildi – FOTO

Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirildi – FOTO

08 Oktyabr 2026 - 16:58
Paşinyan Özbəkistan Prezidenti ilə görüşüb

Paşinyan Özbəkistan Prezidenti ilə görüşüb

08 Oktyabr 2026 - 16:47
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

08 Oktyabr 2026 - 16:35
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

08 Oktyabr 2026 - 16:29
Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

08 Oktyabr 2026 - 16:15
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

08 Oktyabr 2026 - 16:09
Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00
Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53
Qış turizmində qar problemi belə həll olunacaq

Qış turizmində qar problemi belə həll olunacaq

08 Oktyabr 2026 - 15:44
İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

08 Oktyabr 2026 - 15:30
ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.