"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Doğrudanmı, hələ də novruzəlilərik?..

10 Oktyabr 2017 - 08:40
in KÖŞƏ YAZILARI
FacebookVatsap

İki mövzudan hissiyyatsız yaza bilmirəm. Biri Qarabağdır. Analitik jurnalistikanın meyarlarını əzbərdən bilsəm də, yenə də düşünürəm ki, mənim bu mövzudakı yazılarım başqa millətlərin yazdıqlarından fərqlənməlidir, çünki onlar üçün məsələ ən yaxşı halda maraqlı ola bilər, mənimçünsə o, dərddir, ağrıdır, bütün azərbaycanlı kişilər kimi başımı aşağı edən biabırçılıqdır – ona görə ki, heç də hamı dünya reallıqlarının incəliklərinə varmır və “Bir dəstə erməni nədir ki, otuz ildir onlarla da bacarmırsınız!” deyənlər də tapılır!

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Digər məsələ isə bizim jurnalistika, onun indiki durumu və problemləridir. Səbəbi də aydındır. Mən də jurnalistəm, otuz ildir, hər gün yazıram və gün olur, hətta dörd-beş yazı yazıram. Qısası, bu, mənim də peşəmdir və onun problemlərinə hissiyyatsız yanaşmağı bacarmıram.

Nə başınızı ağrıdım, məmurlarımızın jurnalistlərə necə işləməyi  “öyrətməsi” artıq adiləşsə də, hər dəfə bu cür mövzulardakı müzakirələri izləyəndə bəndənizdə xeyli sual yaranır.

Bəlkə də yanılıram və kaş belə də olsun, di gəl, mənə elə gəlir ki, müzakirələrin əslində bir motivi var: hamısı olmasa da, məmurlarımızın bəzisi sadəcə, demək istəyir ki, yalnız bizim buyurduğumuz kimi yazın, danışın və göstərin.

Bəli, kimsə müəllimə müəllimlik, mühəndisə mühəndislik, həkimə həkimlik öyrətməyə çalışmır, amma gəl ki, bu ölkədə hamı jurnalistləri “öyrədir”, onlara necə yazmağı və xüsusən də nədən yazmağı buyurur…

Halbuki sadaladığım peşələr kimi, jurnalistika da sənətdir və jurnalistə necə yazmağı yox, uzağı, mübahisəli və problemli məqamlarda etikanın və qanunun çərçivələrini göstərmək, çox “dəcəllik” edəndəsə onu hüquq müstəvisinə dəvət etmək olar və bu, hətta lazımdır da.

Həm də nəzərə alaq ki, “öyrətməyə” artıq elə böyük kontingent də yoxdur. O səbəbdən də bir-iki detalı vurğulamaq, ələlxüsus da tamaşaçı kimi televiziyalarımızın problemlərinə toxunmaq istərdim, çünki yazılı mətbuatımız min təəssüf, artıq ənənəvi formada qalmayıbdır – “nadir görüntülər” seriyasına əlində qəzet tutanları da əlavə etməyin vaxtıdır…

Ötən əsrin 90-cı illərinin ortalarında ölkədə regional televiziyaların yaradılması nəzərdə tutulurdu və beynəlxalq təşkilatlar hətta bunun üçün qrantlar da ayırırdı. Prosesi axıra qədər izləmədim, bilmədim, o region televiziyaları yarandı, ya yox?

Amma bir də gördüm, “mənəm-mənəm” deyən mərkəzi, milli televiziyalarımız özləri dönüb region-əyalət televiziyaları olublar. Əsl siyasətdən, iqtisadiyyatdan və ya mədəniyyətdən danışmaq və göstərmək əvəzinə bunlar daha nələr etmirlər, İlahi!..

Artıq rayonlara elçiliyə də gedir, kənd toylarından bir saatlıq “reportaj”lar verir, əllərində mikrofon o ev-bu ev gəzərək “verilişlər” hazırlayırlar!

İnanın, mərkəzi televiziyalarımızda əyalət mövzularının olmasının qətiyyən əleyhinə deyiləm, əksinə, çox vacibdir bu. Mən əyalətçiliyə və onun mədəniyyətdə, eləcə də jurnalistikada təntənəsinə qarşıyam…

Gedirlər əyalətə, amma oradakı insanlardan heç soruşmurlar da ki, probleminiz nədir! Əvəzində gözümüzü dağlamış bir-iki “müğənni”ni də yanlarına salıb kiçik yemək-içmək məclisləri qurur və cəmi ölkəni də belə zövqsüz “ziyafət”lərə baxmağa məcbur edirlər!

“Siyasi” mövzulardan və yaxud da “iqtisadiyyat”dan danışanda və göstərəndə isə bunu elə formada edirlər ki, bir də xəbər tutursan ki, əlin artıq ürəyinin üstündədir!..

Bir dəfə hətta televiziyalarımızın sevimli “iqtisadçı”larının, “politoloq”larının və “sənət adamları”nın siyahısını tutmuşdum! İnanın, adamı ağlamaq tuturdu!

Bir “iqtisadçı”ları var, yumurtanın qiymətindən tutmuş dolların uçot dərəcəsinə qədər bütün məsələlər üzrə “mütəxəssisdir”, bütün sualları ancaq o, “cavablandırır”…

A kişilər, qəzetlərin əllərdən düşmədiyi vaxtlarda belə kimsənin hətta adını da eşitmədiyi “qəzət”in redaktoru, keçmişin cırtdan partiyalarından birinin “ora-bura qovulan kiçicik funksioneri” indi durub ölkənin böyük “politoloq”ları olublar!

Bunu da bir tərəfə qoyuram. Parlamentdə “Hörmətli millət vəkilləri, vallah, avropalılar bizə paxıllıq edir!” deyilirsə və jurnalist də bunu efirə verirsə… Bunu nöqsan saymıram, çünki jurnalist deyilənləri, baş verənləri göstərməlidir.

Suçları, məsələn, nədədir? Həmin “reportaj”ın ardınca o “fikri” təsdiqləyən “şərh”lər – “təhlil”lər verilir və məlum olur ki, həqiqətən də cəmi dünya bizə baxıb paxıllıqdan lap çərləyir, çünki onların bizimkilər kimi siyasətçiləri, məmurları və biznesmenləri yoxdur!

Baxın, insanlar nəyəsə açıq münasibət bildirməkdən çəkinirsə, bu, onların heç nəyi görməməsi və yaxud başa düşməməsi anlamına gəlmir, –  onlar sadəcə, ehtiyat edir. Ona görə də insanları axmaq yerinə qoymağa gərək yox…

Biz jurnalistlər isə düşünürük ki, cəmiyyət susursa, deməli, heç nə qanmır! Amma inanın, insanlarımız avam deyillər – sadəcə, azca əvvəldə ərz etdiyim səbəbdən susmağa üstünlük verirlər.

Mənə inanmırsınızsa, sevimli “politoloq”larınızdan soruşun – cəmiyyətlərin həyatında bu cür dönəmlər olur. Amma gün gəlir, müəmmalı sükut müəmmalı şəkildə də pozulur. Allah bizi o gündən qorusun…

Hüseynbala Səlimov
Previous Post

Doğrudanmı, hələ də novruzəlilərik?..

Next Post

Sükanı necə tutursunuz? — MARAQLI TİPLƏR

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Sükanı necə tutursunuz? — MARAQLI TİPLƏR

Sükanı necə tutursunuz? — MARAQLI TİPLƏR

Son xəbərlər

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.