EN RU

Doğma qardaşını bıçaqlayaraq qaçdı

>

Abşeron rayonunda qardaş qardaşını bıçaqlayaraq qaçıb.

Bunu da oxuyun

“Report”un xəbərinə görə, hadisə rayonun Məhəmmədi kəndində baş verib.

Belə ki, 31 yaşlı Nurəliyev Seyidəli Murad oğlu ilə qardaşı arasında şəxsi münasibətlər zəmnində mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Qardaşı S.Nurəliyevin sinə nahiyəsinə bıçaqla zərbə vurub və hadisə yerindən qaçıb. S.Nurəliyev ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ailə üzvləri əvvəlcə hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyiblər. Amma ilkin araşdırma zamanı S.Nurəliyevi qardaşının bıçaqladığı məlum olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları S.Nurəliyevin qardaşının axtarışına başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Elchi.az

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com