Diyetoloq Dimarino: sümük suyu tərkibindəki kollagenə görə faydalıdır

48

Sümük bulyonu inanılmaz dərəcədə sağlamdır, çünki onun tərkibində çoxlu kollagen var və insan onu yaşla çox itirir.
Elchi.az xəbər verir ki, bunu tibb elmləri doktoru, dietoloq Entoni Dimarino deyib.
Onun sözlərinə görə, orqanizm belə kollageni parçalaya və əldə edilən amin turşularını müxtəlif ehtiyaclar üçün istifadə edə bilər. Bədən isə ondan ehtiyac duyduğu yerdə istifadə edəcək.
Sümük bulyonunda olan maddələr qırışların sayını azaldır, dərini elastik edir, oynaq ağrılarını aradan qaldırır, mədə-bağırsaq traktının selikli qişasını bərpa edir, sümükləri və əzələləri gücləndirir, deyə həkim izah edib.

Şayəstə