"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Dırnaq qaynağı etdirən xanımlara HƏKİM XƏBƏRDARLIĞI: “…mayanı çürüdür”

09 Fevral 2018 - 14:47
in CƏMİYYƏT
FacebookVatsap
 Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Bunun üçün də ataların deyimində olduğu kimi “Gözəllik ondur, doqquzu dondur”, – deyib dəbin bütün yeniliklərindən istifadə etməyə çalışırlar. Son zamanların isə ən geniş yayılmış trendlərindən biri qaynaq edilən dırnaqlardır. Demək olar ki, küçədə, metroda, evdə, işdə uzun və müxtəlif rəngli, naxışlı taxma dırnaqlı xanımlarla rastlaşırıq. Amma dəblə ayaqlaşma, dəbdən də geri qalma deyən xanımlardan bəziləri ilə söhbət etdikdən sonra məlum oldu ki, onlar bu cür dırnaqlardan istifadə etdiklərinə peşman olublar.

Həmsöhbət olduğumuz Sevinc Quliyeva Ailem.az-a danışdı ki, dırnaq qaynağı etdirdikdən bir saat sonra barmaqları qaşınmağa başlayıb: “Dəhşətli qaşınma idi. Səhər oyanıb tanış həkimə zəng vurdum. Dedi geldən allergiya verib. Antihistamin tablet və krem təyin etdi. Bir-iki gün sonra qaşıntı keçdi. Amma iki həftə sonra bir barmağımda yara əmələ gəldi. Həkimə getdim. Məlum oldu ki, dırnağın mayasına infeksiya keçib. Qısası, həmin dırnağımı çıxardılar”

Bunu da oxuyun

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

Sabah leysan yağacaq, şimşək çaxacaq

Aynur Mustafayeva isə söylədi ki, qaynaq etdirdikdən sonra dırnaqları heç cür uzanmır və qırılıb tökülür: “Dırnaqlarımın əvvəlki vəziyyətini bərpa etmək üçün müxtəlif müalicəvi maskalar, vannalar hazırlayıram. Bundan sonra nə qaynaq, nə də şellak elətdirəcəm”.

Dırnaq qaynağının dəriyə və dırnaqlara hansı zərərləri var? Belə dırnaqlardan hər kəs istifadə edə bilərmi və hansı hallarda bu cür dırnaqların qoyulması məsləhət görülmür? Mövzu ilə əlaqədar Ailem.az-a danışan dermatoveneroloq Yaqut İsmayılova bildirdi ki, bununla bağlı ona müraciət edən xanımların sayı çoxdur: “Bir neçə gün öncə yanıma qız gəlmişdi. Vəziyyəti ağır idi. Barmaqları yaman gündəydi, dərisi tökülürdü. Gözlərinin içinə qədər qıp-qırmızı, hər yeri şişmiş, əlləri çat-çat idi və qan axırdı. Hətta həmin qaynaqları dişləri ilə qopararaq çıxarmışdı. Aseton ilə də təmizləməmişdi ki, birdən o da allergiya verər. Ona hormonal iynə təyin etdim vurduqdan sonra nisbətən yaxşılaşdı. Amma hazırda da onun müalicəsi davam etdirilir”.

 

Y. İsmayılova deyir ki, qaynaqlardan istifadə dırnaqlarda sink, dəmir azalmasına, tez-tez sınmalara səbəb olur və ən pis halda dırnaqlarda infeksion göbələk xəstəliyi yaradır: “Qaynaq edilən yerlərdə müraciət edən xanımın allergiyalı olub-olmamasını yoxlamırlar. Alətlərdən necə gəldi istifadə edirlər. Pasientlərin müraciətlərin çoxluğundan da bəlli olur ki, dırnaq qaynağı edənlərin əksəriyyəti sadəcə pul qazanmaq məqsədi ilə qeyri-professional şəkildə bu işlə məşğul olurlar. Keyfiyyətsiz, ucuz vasitələrdən istifadə edirlər. Dırnaq qaynağı zamanı istifadə edilən gel və boyalar dəri vasitəsilə qana sovrulur və orqanizmə zərər verir. Kimin immuniteti güclüdürsə, qaraciyəri onu zərərsizləşdirir. Amma orqanizmi zəif, hansısa pəhriz saxlayan və allergik reaksiyalara həssas olanlarda bu hallar böyük fəsada çevrilir. Uzun dırnaq saxlayan xanımların əksəriyyətində göbələk xəstəliyi olur. Bir çox hallarda onun üstündən qaynaq edirlər. Həmin göbələk dırnağın yatağına qədər dırnağı çürüdür. Belə halda müalicə də uzun zaman tələb edir. Bu xəstələrdə dərinin müqavimətini artırmaq üçün müxtəlif kremlərdən, dərmanlardan istifadə edilir”.

 

Həkim vurğuladı ki, bu işi mütəxəssis olan kosmetoloqlar həyata keçirməli, müəyyən gigiyenik şərtlərə əməl edilməlidir: “Bəzən xanımlar ucuz olsun deyə peşəkarlığından əmin olmadıqları, tanımadıqları şəxslərə qaynaq etdirirlər. Alətlərin sterilizə olunduğunu belə bilmirlər. Yaxşısı budur, hər xanımın şəxsi manikür alətləri olsun. Əgər yoxdursa, salondakı alətlərin sterilizə olunduğuna tam əmin olmadan istifadə etməsinlər. Ucuzluğa yox, peşəkarlığa və keyfiyyətə üstünlük versinlər. Belə olduqda hər hansı problemlə də rastlaşmazlar”.

Previous Post

Dırnaq qaynağı etdirən xanımlara HƏKİM XƏBƏRDARLIĞI: “…mayanı çürüdür”

Next Post

Azərbaycanın işğal olunmuş ərazilərində Afrika vəbası yayılıb

Bənzər yazılar

Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, arabir leysan xarakterli olacağı...

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Elchi.az xəbər verir...

Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37

Sabahın hava proqnozu Avqustun 30-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a...

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50

Avqustun 29-u saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, avqustun 29-u saat 11:00-a olan...

Next Post
Azərbaycanın işğal olunmuş ərazilərində Afrika vəbası yayılıb

Azərbaycanın işğal olunmuş ərazilərində Afrika vəbası yayılıb

Azərbaycanın işğal olunmuş ərazilərində Afrika vəbası yayılıb

Azərbaycanın işğal olunmuş ərazilərində Afrika vəbası yayılıb

Son xəbərlər

İsrailin saxladığı 36 türk fəal bu gün vətənə qaytarılacaq

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

29 Avqust 2026 - 18:02
UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb

29 Avqust 2026 - 17:46
Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

Muğlada başlayan meşə yanğını Antalyaya keçdi

29 Avqust 2026 - 17:24
AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

AZAL-ın Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

29 Avqust 2026 - 17:00
Sabah yağış yağacaq – PROQNOZ

Ölkədə hava şəraiti kəskin dəyişəcək, 3 gün yağış yağacaq

29 Avqust 2026 - 16:36
FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

FHN-in əməkdaşı dünya çempionatının qalibi olub

29 Avqust 2026 - 16:17
“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

“Qalatasaray” Rafael Leaonun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb

29 Avqust 2026 - 15:54
Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib

29 Avqust 2026 - 15:22
Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb

29 Avqust 2026 - 14:48
21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

21 marşrutun hərəkət sxemi dəyişdirildi – Səbəb

29 Avqust 2026 - 14:00
“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

“Yuventus”un yarımmüdafiəçisi “Beşiktaş”da

29 Avqust 2026 - 13:08
Sabah leysan yağacaq, şimşək çaxacaq

Sabah leysan yağacaq, şimşək çaxacaq

29 Avqust 2026 - 12:37
Nikol Paşinyandan yeni təyinat

Nikol Paşinyandan yeni təyinat

29 Avqust 2026 - 12:08
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb – Faktiki hava

29 Avqust 2026 - 11:50
Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

Nepalda daşqın fəlakətinin ilkin maliyyə ziyanı açıqlandı

29 Avqust 2026 - 11:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.