"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Diqqət, “kirli” siyasi texnologiya!

28 Yanvar 2026 - 18:34
in SİYASƏT
FacebookVatsap

Əlbəttə ki, Əli Kərimlinin həbsi ətrafında təxribatçıların müxtəlif kirli oyunlar qurması ilə bağlı fərqli cəhdlərin olacağını ehtimal etmək çox da çətin iş deyildi. Bu cür qənaətə gəlmək üçün mürəkkəb təhlil və siyasi proqnozlara ehtiyac yoxdur. Hadisələrin gedişatı növbəti dəfə bizim üçün onu aşkar etdi ki, bu düşərgə və bu siyasətmenin ümumiyyətlə heç bir sosial bazası yoxdur. Müşahidə olunan mənzərə təkcə Ə.Kərimlinin yox, bütün düşərgənin siyasi fiaskosunun təzahürüdür.

Bunu da oxuyun

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Əslində, sözügedən həqiqəti radikal düşərgənin digər qanadında oturanlar çox gözəl anlayır və məhz bu səbəbdən də son günlərdə düşərgənin “bayraqtutanı” statusu uğrunda aparılan rəqabətin əlamətlərini də görürük. Odur ki, yaşananlar həmin düşərgənin ideoloji birliyi ilə bağlı olan mifi də darmadağın etmiş oldu. Məsuliyyətli vətəndaş bəzi hadisələr ilə əlaqədar şəxsi münasibətini formalaşdıran zaman emosional manipulyasiyalara uymamaq üçün bu cür siyasi həqiqətləri mütləq nəzərə almalıdır.

Azərbaycanda 17 siyasi partiya qeydiyyata alınmayıb - SİYAHI | Modern.az

Mövcud kontekstdə “təxribatçı radikal düşərgə” ifadəsi təsadüfən seçilməyib. Çünki, onlar tərəfindən uzun illər ərzində sərgilənən mövqenin sağlam və peşəkar müxalifətçilik institutu ilə heç bir əlaqəsi yoxdur. Tam əksinə, yoluxucu radikal təfəkkürün mövcudluğu Azərbaycanda siyasi partiyaların işlək və demokratik institut kimi inkişafının qarşısını alırdı. Cəmi 5-6 il öncə siyasi partiyalar ilə əlaqədar cəmiyyətdə yaşanan neqativ stereotipləri unutmayaq. Partiyalara ictimai münasibətin dəyişdirilməsi və bu institutun ölkənin siyasi sistemində rolunun artması sözügedən istiqamətdə bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlamış islahatlardan sonrakı dövrə təsadüf olunur. Bu gün partiya sədrləri mətbuatdadır, müxtəlif hadisələr ilə bağlı münasibət bildirir, tədbirlər təşkil edir və dövlətin maraqlarını bütün müstəvilərdə qoruyurlar. Budur vətənpərvər, konstruktiv, peşəkar və demokratik yanaşma. Təşviq olunan siyasi dialoq mühiti də məhz bu cür prinsip və yanaşmanı tərənnüm edir.

Bu da bir həqiqətdir ki, Ə.Kərimli həbsdə olduğu müddət ərzində sözügedən faktdan müxtəlif təxribatlar həyata keçirtmək üçün hələ çox istifadə olunacaqdır. Ə.Kərimli və təmsil etdiyi düşərgənin ölkənin daxilində heç bir ciddi sosial baza olmadığı üçün onların tək ümidi kuratorları tərəfindən yazılmış ssenarilərə qalıb. Elə ona görə də təxribat xarakterli ssenariləri tərksilah etmək üçün artıq istifadə olunan və ya istifadə oluna biləcək kirli siyasi texnologiyalar zamanında ifşa olunmalıdır. Yalnız bu halda sıravi vətəndaşın kimlərinsə məkrli planlarında alət kimi istifadə olunmasının qarşısı alına bilər.

Vəzifəli şəxslər həbs edildi

Konkret hadisə ilə bağlı cəmiyyətdə emosional dalğanın yaradılması üçün istifadə olunan ən populyar “kirli” siyasi texnologiya həbsdə olan siyasətçinin ailə üzvlərindən istifadə edilməsidir. Bir çox ölkələrin siyasi təcrübəsində analoji texnologiyadan dəfələrlə istifadə olunub. Sözügedən texnologiya cəmiyyətin diqqətini konkret cinayət faktından yayındırır və əhalinin düşüncələrini emosional müstəviyə sürükləməsinə xidmət edir. Əlbəttə ki, bunun nəticəsində həqiqət rahatlıqla təhrif olunur.

Bu dəfə də, yəni Ə.Kərimlinin həbsi ətrafında manipulyativ ssenariləri yazanlar sözügedən metodun potensiallarına müraciət ediblər. Belə ki, cəmiyyətin parçalanması kimi məkrli məqsədlərindən əl çəkməyən qüvvələrin dəstəyi ilə Ə.Kərimlinin həyat yoldaşının müsahibələri təşkil olunur və tirajlanır. Odur ki, diqqətli olmaq lazım, “kirli siyasi texnologiyalar” artıq hərəkətə gətirilib. Görünür seçkilər zamanı olduğu kimi, bu dəfə də manipulyasiyaların qarşısını almaq üçün istifadə olunacaq siyasi texnologiyaların ifşa olunmasına xidmət edən yazılara ehtiyac vardır.

Təfərrüatlara varmadan və oxucunu qəliz mülahizələr ilə yormadan sözügedən texnologiyanın (təşkil olunan müsahibənin) əsl təyinat və hədəflərini ifşa edək. Həbsdən demək olar ki, iki ay sonra bu cür müsahibələrin təşkili hadisənin emosional yenilənməsi və yeni informasiya dalğalarının yaradılmasına hesablanıb. Müsahibə vasitəsilə cəmiyyətə köhnə hadisələrin yeni siyasi interpretasiyaları təqdim olunur.

Beləliklə, sözügedən siyasi texnologiya imkan yaradır ki, konkret olaraq heç nə etmədən məsələ ilə bağlı yeni siyasi situasiya yaradılsın. Sözsüz ki, müsahibələrin təşkili süni şəkildə AXCP-nin də müəyyən mənada aktuallaşmasına xidmət edir. Müsahibə emosional manipulyasiyalar ilə yanaşı, həm də radikal müxalifət düşərgəsinin yeni simanın qazandırmasına hesablanıb.

Əli Kərimli həbs olunub

Təşkil olunmuş bu müsahibələrdə səsləndirilmiş fikirlərə diqqət yetirsək burada daha böyük hiylələrin gizləndiyini görə bilərik. Aydın məsələdir ki, Azərbaycanın qlobal enerji bazarında iştirak payının artması və ABŞ ilə strateji əməkdaşlıq əlaqələrinin inkişafı kimlərisə ciddi şəkildə narahat edir. Ona görə də ölkəmizin beynəlxalq enerji bazardakı rolunu məhdudlaşdırmaq və ABŞ-ni Azərbaycandan uzaqlaşdırmaq üçün mənfur qüvvələr tərəfindən bütün fürsətlər dəyərləndiriləcəkdir. Bu mənada məqalədə öz əksini tapmış fikir vasitəsilə – “müxalifət sabah hakimiyyətə gəlsə, Azərbaycan Qərblə daha da yaxından əməkdaşlıq edəcək”, – müəyyən dairələrə açıq mesaj ötürülür.

Müsahibədə Kərimlinin həbsində dolayısilə hətta ABŞ-ni da günahlandıran müəllif sadəcə ona verilmiş konkret təlimatların icrası ilə məşğul olur. Əlbəttə ki, hədəfləri siyasi sabitliyin pozulması və cəmiyyətin parçalanması olan qüvvələrin strateji təyinatı konkret ölkədə protest elektoratının formalaşdırılmasıdır. Biz öz tariximizdə bu cür uğursuz cəhdləri dəfələrlə müşahidə etmişik. Ona görə də belə müsahibələrin təşkili eyni zamanda potensial protest elektoratının test olunması kimi də dəyərləndirilə bilər.

Bu cür təxribat xarakterli texnologiyaları mərd xalqımız nağıllardakı “Biri var imiş biri yox imiş” sözləri kimi çoxdan tanıyır. Tətbiq olunan “kirli” siyasi texnologiyaları ifşa edək, məsuliyyətli olaq və emosional manipulyasiyalara uymayaq ki, suverenliyimizin toxunulmazlığını əbədi olaraq qoruya bilək.

Previous Post

Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yenidən formalaşdırılacaq – YENİLƏNİB

Next Post

Psixiatr: Sürətləndirilmiş videolar unutqanlıq yarada bilər

Bənzər yazılar

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00

Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral su zavoduna baş çəkiblər. APA-nın Qarabağa ezam edilmiş...

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54

Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS liderlərinin 18-ci sammitində iştirak etmək üçün Hindistana gedib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici...

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib....

Next Post
Psixiatr: Sürətləndirilmiş videolar unutqanlıq yarada bilər

Psixiatr: Sürətləndirilmiş videolar unutqanlıq yarada bilər

Ceyhun Bayramov Çin XİN rəhbəri ilə regional və beynəlxalq məsələləri müzakirə edib – YENİLƏNİB

Ceyhun Bayramov Çin XİN rəhbəri ilə regional və beynəlxalq məsələləri müzakirə edib - YENİLƏNİB

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.