"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Diplomatın məmur oğlu nədə ittiham olunur?

20 Dekabr 2014 - 10:22
in CƏMİYYƏT
FacebookVatsap

«Azərbaycanın Avropa Şurası yanında keçmiş daimi nümayəndəsi, Azərbaycanın Kubadakı keçmiş səfiri, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimiimg1706880 nümayəndəsi Aqşin Mehdiyevin oğlu Samir Mehdiyev etibarımdan sui-istifadə edərək 7000 manat pulumu mənimsəyib». Bu sözləri musavat.com saytına şikayətçi Araz Yusifov deyib.

Bunu da oxuyun

Bu şəxslər işləmədən maaş alacaq

DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Araz Yusifovun sözlərinə görə, Ədliyyə Nazirliyində çalışan Samir Mehdiyev onun üçün ABŞ-a viza düzəldəcəyi barədə vəd verib. Bu vədin əsasında ondan 7000 manat pul alıb. Amma sözünə əməl etməyib: «Mən təhsilimi davam etdirmək üçün ABŞ-a getmək istəyirdim. Bunun üçün də viza lazımdır. Vizanı almaq üçün isə müəyyən tələblər var. Hansı ki, o tələbləri mən qarşılaya bilmirəm. Buna görə də, başqa bir yol axtarmağa başladım. Fırıldaqçı olduğunu sonradan anladığım bir nəfər məni Samir Mehdiyevlə tanış etdi. Öyrəndim ki, Samir Mehdiyev Penitensiar Xidmət də mayor vəzifəsində çalışır. Atası da Azərbaycanın Avropa Şurası yanında keçmiş daimi nümayəndəsi, Azərbaycanın Kubadakı keçmiş səfiri, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Aqşin Mehdiyevdir. Buna görə də ona inandım».

A.Yusifovun dediklərinə görə,  Samir Mehdiyev onun viza ala bilməsi üçün bir neçə saxta sənəd də düzəldib: «S.Mehdiyev mənə dedi ki, bəs, məni atasının köməkliyi ilə ABŞ-a göndərəcək. Mənim üçün xüsusi dəvətnamə göndəriləcək və viza məsələm həll ediləcək. Bütün bunlar üçün isə məndən 7000 manat  istədi. Mən də onun atasının nüfuzuna inanaraq, istədiyi məbləği ona verdim. Həmin məbləği 23 avqust 2014-cü il tarixində Binəqədi rayonunda fəaliyyət göstərən 11 saylı notariat kontorunda Samir Mehdiyevə vermişəm. Viza sentyabrın 18-də verilməli idi. Amma sonradan aydın oldu ki, o, məni aldadır. Müxtəlif bəhanələrlə pulumu vermir. Həmçinin bəlli oldu ki, o, saxta sənədlərlə vətəndaşları aldadıb onlara külli miqdarda ziyan vurub. Samir mənim üçün də saxta sənədlər hazırlayıb».
A.Yusifov deyir ki, S.Mehdiyevin atasının vəzifədə olmasına görə, şikayətini heç bir qurum baxmır: «Əlimdə bütün dəlillər var. Bu dələduzla bağlı Ədliyyə Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, ombudsmana və digər dövlət orqanlarına müraciət etmişəm. Amma baxan yoxdur.
Onun atasının nüfuzuna görə, hamısı məsələni işıqlandırmaqdan, araşdırmaqdan çəkinir. Heç kim bu saxtakarı həbs etmir. Axı bu adam həm mənə pul latıb», həm də saxta sənədlər düzəldib. Bu 7000 manat təkcə ona çatmayıb. Çünki viza üçün bəzi tələblər var. Misal üçün daimi iş yerim, yaxşı evim olmalıdır. Bunlar isə məndə yoxdur. Kasıb adamam. Rayondakı evimi satıb, Samirə 7000 manat pul vermişəm. O isə vəzifəli adamların əli ilə mənim üçün saxta sənədlər hazırlayıb. Guya Xətai rayonunda obyektim var, Binəqədi rayonunda da evim. Bu sənədləri hazırlayanlara da bu pullardan pay çatıb. Ona görə də, mənim məsələm işıqlanmır.
S.Mehdiyev mənə ödəməli olduğu 7000 manatın cəmisi 3000 manatını qaytarıb. Amma ANS Tv-ə verdiyi açıqlamada deyib ki, guya 4000 manatı qaytarıb və aramızda sadəcə borc məsələsi olub. Yalan deyir… O, hələ də mənə 4000 manat borcludur. Mən milyonçu deyiləm. Dörd min manat mənim üçün çox böyük məbləğdir».
Şikayətçi həmçinin əlavə edib ki, problemi həll olunmayacağı təqdirdə Azərbaycan vətəndaşlığından imtina etmək məcburiyyətində qalacaq.
Dələduzluqda ittiham olunan Samir Mehdiyevlə əlaqə saxlamağa çalışdıq. Amma telefon zənglərimizə cavab vermədi. İstənilən zaman adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
 
Məhəmməd TÜRKMƏN(Musavat.com)
Previous Post

Diplomatın məmur oğlu nədə ittiham olunur?

Next Post

Həbs edilən ilahiyyatçı Şeyxlə rəsmi səfərdə – Foto

Bənzər yazılar

Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

02 Oktyabr 2026 - 14:42

Boşdayanma Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən, istehsalat, texniki, iqtisadi və ya qarşısıalınmaz səbəblərdən müəssisədə fəaliyyətin müvəqqəti olaraq dayandırılması...

DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

02 Oktyabr 2026 - 14:30

Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması nəticəsində uşaqların zəhərlənməsi həqiqətə uyğun deyil. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Elchi.az-a...

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

02 Oktyabr 2026 - 14:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Elchi.az qaynarinfo-ya istinadən xəbər verir ki, Fövqəladə hallar naziri...

Sabah Bakıda yağış yağacaq

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır – FAKTİKİ HAVA

02 Oktyabr 2026 - 10:31

Oktyabrın 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən...

Next Post

Həbs edilən ilahiyyatçı Şeyxlə rəsmi səfərdə – Foto

Əlsiz-ayaqsız qazi: “Fərrux dağını gecəylə götürdük” - Video

Son xəbərlər

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51
Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

02 Oktyabr 2026 - 14:42
4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

02 Oktyabr 2026 - 14:31
DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

DİN: Şagirdlərin konfetdən zəhərlənməsi xəbəri yalandır

02 Oktyabr 2026 - 14:30
Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 - 14:21
FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

02 Oktyabr 2026 - 14:14
Messi İspaniya klubunu aldı

Messi İspaniya klubunu aldı

02 Oktyabr 2026 - 14:07
“Biz heç vaxt satqın olmamışıq” – Lukaşenko

“Biz heç vaxt satqın olmamışıq” – Lukaşenko

02 Oktyabr 2026 - 14:00
XİN Qvineyanı təbrik edib

XİN Qvineyanı təbrik edib

02 Oktyabr 2026 - 13:52
Mahir Emreli üzr istədi

Mahir Emreli üzr istədi

02 Oktyabr 2026 - 13:47
Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 13:34
Kamran Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının iclasında iştirak edib

Kamran Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının iclasında iştirak edib

02 Oktyabr 2026 - 12:28
Azərbaycanda pul bazası 15%-dən çox artıb

Azərbaycanda pul bazası 15%-dən çox artıb

02 Oktyabr 2026 - 12:20
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

02 Oktyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.