"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan işlərlə tanış oldular

02 May 2026 - 10:00
in SİYASƏT
FacebookVatsap

Diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərinin ikinci günü Şuşadan başlayıb.

Bunu da oxuyun

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

Elchi.az xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri inşası davam edən Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov xarici nümayəndələrə Yeni Şuşa məscidi layihəsi barədə məlumat verib.

Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü – Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan azad edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.

Şuşa həm də öz tarixi memarlıq nümunələri olan məscidləri ilə məşhurdur. Bu tarixi memarlıq inciləri sırasına isə hazırda daha bir inci – Yeni Şuşa məscidi daxil olacaq.

Sonra xarici qonaqlar Qazançı kilsəsi ilə tanış olublar.

Daha sonra diplomatik korpus nümayəndələri Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər.

Qeyd olunub ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı.

İşğal dövründə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. İndi burada vaxtilə təxliyə olunmuş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Muzeydə ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

Previous Post

1 saylı İxtisaslaşdırılmış Poliklinikada Laboratoriya şöbəsi açılıb

Next Post

Bakıda ikisi uşaq olmaqla üç nəfər xilas edildi

Bənzər yazılar

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12

“Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı”. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan...

Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

08 Avqust 2026 - 12:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Niko Paşinyan bu gün baş tutan telefon danışığı zamanı ötən il...

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08 Avqust 2026 - 12:45

Avqustun 8-də Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan...

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

08 Avqust 2026 - 10:21

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsinin bağlandığını və sülhün bərqərar olduğunu bildirib. Elchi.az xəbər verir ki,...

Next Post
Bakıda ikisi uşaq olmaqla üç nəfər xilas edildi

Bakıda ikisi uşaq olmaqla üç nəfər xilas edildi

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.