Vətəndaşlarımızın təhlükəsizliyinin, onların rahat istirahətinin təmin edilməsi daxili işlər orqanları əməkdaşlarının daim diqqət mərkəzindədir. Bayram günləri ilə əlaqədar vətəndaşlarımızın çimərlik zonaları istiqamətinə sıx hərəkətini nəzərə alaraq həmin ərazilərdə polis əməkdaşları tıxacların yaranmaması üçün avtomobillərin hərəkətini tənzimləyir, istirahətdə olan vətəndaşlarımızın təlükəsizliyini yüksək səviyyədə qorumaq üçün gücləndirilmiş iş rejimində xidmət aparırlar.
Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, bütün bunları nəzərə alaraq sürücü və vətəndaşları çimərliklərə gedən yollarda digər hərəkət iştirakçılarına qarşı diqqətli olmağa, polis əməkdaşlarının təhlükəsizlik məqsədi ilə gördüyü tədbirlərə, onların qanuni tələblərinə əməl etməyə çağırırq. Bununla yanaşı vətəndaşlar qeyd edilən ərazilərdə qarşılaşdıqları hər hansı neqativ hallarla bağlı çimərliklərdə və ətraf ərazilərdə 24 saat xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Anım Gününə həsr edilmiş konfrans təşkil olunub
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...





















Son şərhlər