İki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb
Daxili İşlər Nazirliyi Naxçıvanda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.
ANS PRESS-in DİN-ə istinadla verdiyi məlumata görə, fevralın 2-də saat 14 radələrində Kəngərli rayonunun Böyük Düz kəndində Şərur rayon sakinləri Sübhan Əsgərovun idarə etdiyi “TOFAŞ” və Natiq Əliyevin idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub.
Hər iki sürücü və S.Əsgərovun sərnişinlərindən Dilarə Əsgərova və Gülarə Rzayeva hadisə yerində ölüb.
Digər 1 sərnişin, habelə N.Əliyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.
ANS PRESS