"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Din nə vaxt təhlükə olur, yaxud bizə necə islam lazımdır?

07 Noyabr 2015 - 23:40
in KÖŞƏ YAZILARI
FacebookVatsap

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Azərbaycanda islamın real siyasi təhlükə ola biləcəyini əslində çoxları başa düşür, sadəcə bu haqda susmağı üstün tuturlar. “Təhlükə” deyəndə təkcə bizdə ümumi şəkildə `vəhhabilik` adlandırılan radikal sünni təriqətlərini fikirləşməyin. Bizim cəmiyyət üçün ənənəvi olan və buna görə də, gözdən qıraqda qalan, yavaş-yavaş İran kəşfiyyatının ideoloji zəhərinin yayıldığı şiəlik potensial olaraq daha qorxuludur.

Dövlətçilik və milli maraqlar bucağından baxsaq, bizə necə bir islam lazımdır? Nəzəri olaraq cavab aydındır: siyasətə qarışmayan, ictimai prosesləri yönəltməyə iddialı olmayan, ancaq və yalnız insanların mənəvi dünyasını tənzimləyən bir islam. Yəqin artıq başa düşdünüz ki, bu formul çox idillik alındı: dünyada belə bir islam modeli yoxdur, olmayıb, olmayacaq da!

Mənə bircə ölkə göstərin ki, orada islam ancaq mənəvi-əxlaqi sferada qalır və siyasi-ictimai proseslərə qarışmır. Ərəb ölkələrindən heç danışmıram, İranı və Türkiyəni qırağa qoyuram, hətta Almaniya və Fransa kimi sekulyar cəmiyyətlərdə belə, islam siyasi-ictimai həyata qarışmadan dura bilmir. Bu, onun mahiyyətindədir.

Açıq danışsaq, islam yarandığı gündən bəri heç vaxt mənəvi-əxlaqi sferaya qapılaraq qalmayıb, bununla kifayətlənməyib, həmişə iddiaları daha böyük olub. Yada salaq: Məhəmmədin əsas iddiası və istəyi o deyildi ki, “Biz öz Allahımıza inanacağıq”, o idi ki, “Siz öz Allahlarınıza inanmayın”. Bünövrəsi belə qoyulan islam sonradan həmişə siyasi və ictimai proseslərin farvaterində gedib, tarixdə də məhz bu cür iz buraxıb.

Azərbaycanda əsas təriqət olan şiəliyə (cəfəriliyə) gəlincə, mən onun neçə faiz din, neçə faiz siyasət olduğunu deməyə çətinlik çəkirəm. Şiəliyin əsas tezisləri budur ki, o zaman Əlinin hakimiyyət hüququ əlindən alınıb, demək, ali məqsəd “haqq-ədaləti bərpa etmək” olmalıdır – başqa sözlə, hakimiyyət Əlinin tərəfdarlarına qaytarılmalıdır. İkincisi, yoxa çıxmış 12-ci imam – Mehdi qayıdıb gələcək və öz hakimiyyətini quracaq. Əlinizi vicdanınıza qoyun və deyin: bu, siyasət deyilsə, nədir?! Bunun mənəvi dünyaya, əxlaqa nə aidiyyatı ola bilər?

Hər bir şiə Mehdinin qayıtmasını, hökumətləri devirməsini və öz səltənətini qurmasını gözləyir. Bu cür düşüncə cəmiyyətin dövlətçilik şüuruna çox dəhşətli zərbədir. İnsanlar öz milli dövlətlərinə müvəqqəti, ötəri bir şey kimi yanaşır, nə zamansa onsuz da Mehdinin gələcəyini və yeni şiə dövləti quracağını gözləyirlər. Həmin şiə dövləti isə təbii ki, İranın əsasında qurulacaq, hətta bəlkə paytaxtı da elə Tehran oldu. Çünki Mehdi özü ərəb olsa da, onun yoluna sadiq qalan İranı üstün tutacaq, `əsl islam` yolundan uzaqlaşan xələflərini yox. Bir halda ki, belədir, onda indidən gələcəyin vahid islam dövləti olan İranın qanadının altına keçmək lazımdır ki, Mehdi zühur edəndə artıq onun yanında, ordusunda olaq, o da bunu görüb, dəyərləndirsin.

Absurddur?! Dəhşətlidir?! Qorxuludur?! Bu cür düşünən adamdan nə desən, gözləmək olar? Əmin olun, bizim ölkəmizin şiə vətəndaşları məhz belə də düşünürlər!

Söhbət “atam-babam şiə olub” deyən passiv və dini həyat yaşamayan dindarlardan getmir. Onlar, ümumiyyətlə, islamın nə olduğunu bilmirlər, hətta ciddi yanaşsaq, heç müsəlman da deyillər. Antraktidada doğulan bir uşaq nə dərəcədə pinqvin olacaqsa, bu kontingent də o qədər müsəlmandır. Söhbət aktiv dini həyat yaşayanlardan gedir. O kütlədən ki, çox təəssüf, getdikcə artırlar və belə davam edərsə, kritik həddə çatmalarına o qədər də çox qalmayıb.

Bəli, bu, təhlükədir, çünki xəmiri fanatizmdən yoğrulub. Fanatikin psixologiyası başqa olur, onunla bizim bildiyimiz metodlarla danışmağın mənası yoxdur. Bunu həyatı vaxtilə dini fanatizmlə zəhərlənmiş insan kimi deyirəm. Fanatizm virusuna qarşı yeganə vaksin savad, elmi təfəkkür və sekulyar düşüncə ola bilər. Biz cəmiyyətdə bu cür düşünən insanlara dəstək olmalıyıq, çünki dini fanatizmi balanslaşdıran tərəf onlar ola bilər.

Soruşa bilərsiniz: bəs fanatik olmayan dindarlar? Mən də sualla cavab verirəm: maraqlıdır, siz onları necə təsəvvür edirsiniz? Əgər insan bir dini Cənnətə düşmək üçün qəbul edirsə, bu, artıq fanatizm müqaviləsinə qol çəkmək deməkdir. O, həmin Cənnətin uğrunda dinin dediyi hər şeyi edəcək. Əgər insan onun kimi düşünməyəni “kafir”, “bidətçi”, “yolunu azmış” adlandırırsa (bütün dindarlar belədir) , bu, artıq sivil cəmiyyət normalarına tüpürməkdir. Gerisi isə getdikcə dərinləşəcək, ağırlaşacaq.

Dövlətimizin təhlükəsizliyini və sağlam gələcəyini istəyiriksə, dinin yeri ancaq mənəvi sfera olmalıdır:rəhmətə gedəni basdırmaq, “Fatihə” oxumaq, ehsan vermək, inşallah-maşallah demək, “Nəhy əz münkər, əmr be məruf” kimi əməllər etmək (Bunlar şiəlikdə olan üsuliddinin 10 qaydasından ikisidir). Amma din ictimai və siyasi proseslərə qarışan kimi biz qətiyyətlə sinəmizi qabağa verməliyik. Hə, o sinəyə və hətta arxadan – kürəyə də,- bıçaq saplanması ehtimal var. Amma başqa yol yoxdur.

Previous Post

Din nə vaxt təhlükə olur, yaxud bizə necə islam lazımdır?

Next Post

Akif Çovdarov MTN-dən qovuldu

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Akif Çovdarov MTN-dən qovuldu

Akif Çovdarov MTN-dən qovuldu

Son xəbərlər

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

06 Oktyabr 2026 - 11:40
Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

06 Oktyabr 2026 - 11:32
Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

06 Oktyabr 2026 - 11:26
Gənclər arasında xərçəng halları artır

Gənclər arasında xərçəng halları artır

06 Oktyabr 2026 - 11:17
Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

06 Oktyabr 2026 - 11:08
Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

06 Oktyabr 2026 - 10:56
Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

06 Oktyabr 2026 - 10:46
Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

06 Oktyabr 2026 - 10:33
Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.