Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr – Zəfər Günü ilə bağlı vətəndaşlara müraciət edib.
DİN-dən Elchi.az-a verilən məlumatda bildirilib ki, elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək.
Bununla yanaşı vətəndaşlar üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb
Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...





















Son şərhlər