Daxili İşlər Nazirliyi dünən axşam paytaxtın məşhur restoranlarından birində baş verən insidentlə bağlı açıqlama verib.
DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə dünən 23:00 radələrində baş verib: “Hələlik şəxsiyyətləri müəyyənləşməyən iki nəfər xuliqanlıq zəminində 3 nəfəri bıçaqlayıb. Yaralılara ilkin müdaxilə edildikdən sonra xəstəxanadan buraxılıblar, vəziyyətləri yaxşıdır. Hazırda həmin şəxslərin axtarış tədbirləri davam etdirilir”.
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...



















Son şərhlər