Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra “SOY” prodakşnın rəhbərinin kim olacağı müzakirə edilirdi.
Kult.az Olay.az-a istinadən xəbər verir ki, şirkətin yeni rəhbəri əməkdar artist Dilarə Əliyevadır.
O, bir neçə gündür vəzifəsini icra edir, prodakşnın nəzdində olan proqramlarla maraqlanır.
Qeyd edək ki, “SOY” prodakşn indiyədək onlarla fərqli layihə təqdim edib. Şirkətin təkcə “Yeni ulduz”, “Xalq ulduzu” kimi yarışmaları vasitəsilə Aysel Teymurzadə, Aysel Əlizadə, Safura Əlizadə, İlhamə Qasımova, Mehin Hümbətova, Eldəniz Məmmədov, Mirkamil Kamilov kimi sənətçilər tanınıb.
Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək
Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində görkəmli rus şairi A.S.Puşkinin (1799–1837) anadan olmasının 225 illiyi münasibətilə “Sərhədsiz Puşkin”...