"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

DGK: Malın gömrük dəyərini azaltmaq qəbulolunmazdır

06 Yanvar 2016 - 21:53
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Daxili bazarın qorunması üçün malın gömrük dəyərini daha aşağı dəyərləndirmək qəbulolunmazdır. Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) daxil olan məlumatda deyilir.

Qeyd olunur ki, dövlətlərarası ticarətin gömrük statistikasının müqayisəsi nəticəsində yaranan fərqlərin səbəbləri beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və bu sahədə geniş elmi tədqiqat işləri aparılır, amma vahid praktiki beynəlxalq tövsiyələr bu vaxta qədər tərtib olunmayıb: “BMT-nin İqtisadi və Sosial Şurasının sənədlərində qeyd olunduğu kimi, ayrı-ayrı ölkələr üzrə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40%-ə çatır. Buna baxmayaraq, Dövlət Gömrük Komitəsi bir ölkənin ixracı və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda, onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələrlə birlikdə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir və araşdırır. Ümumiyyətlə, Azərbaycan xarici ticarətinin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun olaraq aparılır.

Eyni zamanda qeyd etmək lazımdır ki, mövcud maliyyə-iqtisadi böhran şəraitində ölkədə fəaliyyət göstərən yerli istehsalçıların mənafelərinin qorunması, ixracın stimullaşdırılması əsas şərtlərdən biridir. Bu baxımdan xarici iqtisadi faəliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə idxal olunan malların gömrük dəyərləndirilməsi düzgün həyata keçirilməlidir ki, istehlak bazarında eyni adlı malların rəqabətliliyi təmin olunsun. Ölkədə yerli məhsulların istehsalının stimullaşdırılması ilə istehlak bazarında məhsul bolluğunu təmin etməklə, insanların alıcılıq fəaliyyətini yüksəltmək mümkündür. Və bu baxımdan da ölkədən xarici valyutanın aparılması prosesi azala bilər. Digər tərəfdən, bu gün ölkədə inhisarçılıq aradan qalxıb. Mövcud statistikaya nəzər yetirsək, qeyd etmək olar ki, bütün mal mövqeləri üzrə ölkə ərazisinə idxalı minlərlə təsərrüfat subyektləri həyata keçirir. Eyni adlı mallar ölkə ərazisinə 10, 15, 20, 30, 35 adda müxtəlif hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən gətirilir. Məsələn: kərə yağını 15-20 adda, smetan məhsulunu 20-30 adda, düyünü 10-18 adda, taxılı 10-12 adda, armaturu 20 adda, taxtanı 22 adda, məişət əşyalarını 15 adda və sairəni ölkə ərazisinə hüquqi və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər gətirir”.

DGK-nın məlumatında bildirilir ki, BMT-nin İnkişaf Proqramları çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan Azərbaycan Respublikasının Gömrük Məcəlləsində institut olaraq gömrük təmsilçiliyi, gömrük brokeri və səlahiyyətli iqtisadi operator fəaliyyəti nəzərdə tutulub: “Xatırladaq ki, beynəlxalq norma və standartlara uyğun olaraq, gömrük brokerlərinin vəzifəsi xarici iqtisadi fəaliyyət iştirakçılarına xidmət göstərməkdir. Bununla yanaşı, hər hansı xarici iqtisadi fəaliyyət iştirakçısı birbaşa olaraq da ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinə müraciət edə bilərlər. Bu gün qüvvədə olan qanunvericilik aktlarına görə ölkə ərazisinə idxal olunan mallara əmtəə kodundan asılı olaraq 0, 0.5, 1, 3, 5, 10, və 15 faiz dərəcəsində idxal rüsumu tətbiq olunur və malın dəyərinə görə isə 18 faiz əlavə dəyər vergisi tətbiq olunur, eyni zamanda aksizli mallara isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən aksiz tətbiq olunur. Nəticədə alınan gömrük ödənişləri büdcənin gəlirlər hissəsini formalaşdırır.

Ölkənin milli iqtisadi təhlükəsizliyini qorumaq məqsədilə xarici ölkələrdən idxal olunan malların dəyəri dünya bazar qiymətindən qat-qat yuxarı hədlə ölçülə bilməz, eyni zamanda daxili bazarın qorunması üçün malın gömrük dəyərini daha aşağı dəyərləndirmək qəbul olunmazdır. Birinci halda daha doğrusu, yüksək qiymətlə mallar dəyərləndirilərsə əsassız olaraq ölkədən daha çox valyuta axınına yol açıla bilər. İkinci halda ölkə daxilində istehsal olunan eyni adlı məhsulların bazarda rəqabətədavamlılığını tənzimləmək mümkün olmayacaq. Qeyd etmək lazımdır ki, son on üç ildə respublikamızda makroiqtisadi sabitlik təmin olunmuş, inzibati prosedurlar sadələşdirilib, şəffaf mexanizmlər tətbiq olunur, “Elektron Hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülür”.

Bildirilir ki, Azərbaycan Dövlət Gömrük Komitəsində 1 yanvar 2009-cu il tarixindən ölkə başçısının müvafiq sərəncamına əsasən “bir pəncərə” sistemi tətbiq olunmaqla idxal mallarının sərhəd gömrük keçid məntəqələrində qeydiyyat prosesi 2 saatdan 20-25 dəqiqəyə enib, gömrük ödənişlərinin kredit kartı və yaxud banklar vasitəsilə alınması təmin olunub: “Qeyd etmək lazımdır ki, ölkə ərazisinə idxal olunan malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir.

2008-2013-cü illər ərzində Komitə tərəfindən 1.1-1.38 milyard manat civarında hər il böyük artımla büdcə öhdəliyi yerinə yetirilib. Bu göstərici 2014-cü ildə 1,51 milyard manat olub, 2015-ci il üçün isə 1 milyard 590 milyon manat həcmində proqnozlaşdırılmaqla, faktiki olaraq 1 milyard 591 milyon manat məbləğində yerinə yetirilib. Təkçə bir rəsmi statistik göstəricini diqqətə çatdırırıq. 1992-ci ildə xarici iqtisadi fəaliyyətdən, hətta həyətyanı sahələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarının belə ixrac rüsumlarına cəlb olunduğu bir dönəmdə, dövlət büdcəsinə cəmi 900 min ABŞ dollarından aşağı məbləğdə vəsait köçürülüb”.

Previous Post

DGK: Malın gömrük dəyərini azaltmaq qəbulolunmazdır

Next Post

60 manatlıq cərimə azalır – Sürücülərin nəzərinə

Bənzər yazılar

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04

Azərbaycanın 6 idmançısı bu gün Bakıda start götürən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib. Bu barədə Elchi.az...

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01

Türkiyənin Muğla və Balıkesir vilayətlərində meşəlik ərazilərdə yanğınlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb....

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58

ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb. Elchi.az  xəbər verir ki, bu barədə o Hyustonda (Texas...

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10

İran qonşu ölkələr və Yaxın Şərq respublikaları ilə yaxşı münasibətlər istəyir və Misirlə heç bir ixtilafın olmadığını bildirir. Elchi.az  "Tasnim"ə...

Next Post

60 manatlıq cərimə azalır - Sürücülərin nəzərinə

60 manatlıq cərimə azalır - Sürücülərin nəzərinə

Son xəbərlər

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10
İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27
XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 19:10
Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

Yunanıstan İsraillə “Axiellisin qalxanı” HHM sistemini yaradır

28 Avqust 2026 - 19:01
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

28 Avqust 2026 - 18:54
Xaricdə təhsil üzrə sənəd qəbulu başladı

ETN Türkiyə Prezidentinin Qarabağ Universiteti ilə bağlı qərarını şərh edib

28 Avqust 2026 - 18:43
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 18:37
DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

28 Avqust 2026 - 18:25
Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

Zelenski: Rusiya balistik raket istehsalını artırmağı planlaşdırır

28 Avqust 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.