"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

DGK-də Zəfər Gününə həsr olunan tədbir keçirildi

05 Noyabr 2021 - 16:13
in HADİSƏ
FacebookVatsap

Noyabrın 5-də Dövlət Gömrük Komitəsində Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Bunu da oxuyun

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Xəzərdə zəlzələ olub

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

Mərasimdə Komitə rəhbərliyi, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.

Öncə Vətən uğrunda canından keçən qəhrəman övladların – bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycanın dövlət himni səslənib.

Sonra Vətən müharibəsinə həsr olunan videoçarx təqdim edilib.

Mərasimdə giriş nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev tarixi qələbəmizin birinci ildönümü ərəfəsində şəhid ailələri və qazilər ilə görüşün Komitənin kollektivi üçün böyük fəxr olduğunu bildirib.

Komitə sədri vurğulayıb ki, Vətənin dar günündə tərəddüd etmədən onun müdafiəsinə atılan və öz doğmalarını iftixarla cəbhəyə yola salan vətəndaşlar qürur mənbəyimizdir və yalnız onların sayəsində Azərbaycan xalqı bir daha tarixin çətin sınağından alnıaçıq, üzüağ çıxdı.

Vətən müharibəsinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən Səfər Mehdiyev bildirib ki, beynəlxalq aləm müharibənin ilk günlərindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qətiyyəti, Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyinin şahidi oldu. Ordumuz 28 il düşmən tapdağında qalan torpaqları 44 günə geri qaytardı.

Komitə sədri onu da qeyd edib ki, Vətən müharibəsinin ilk günlərindən gömrükçülər də istər arxa, istərsə də ön cəbhədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıblar. Minlərə gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına yazılıb, onlardan 60 nəfəri döyüşlərdə iştirak edib, bir nəfər gömrük əməkdaşı Ülvi Haciyev isə şəhidlik zirvəsinə yüksəlib.

“Əlbəttə, qısa zaman kəsiyində əldə olunan qələbə asan başa gəlmədi. 3 minə qədər vətən övladı qəhrəmancasına şəhid oldu. Yüzlərlə əsgər və zabitimiz müxtəlif dərəcəli bədən xəsarətləri aldı, sağlamlığını itirdi”, – deyə Səfər Mehdiyev vurğulayıb ki, Zəfər Gününü, qələbə sevincini Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həmin insanlara borcluyuq.

Bildirilib ki, bu gün dövlətimiz, onun rəhbəri Prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərimizin hərtərəfli qayğı ilə əhatə olunması, onların sosial-məişət problemlərinin həlli üçün bütün zəruri tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi də bu istiqamətdə 44 nəfər şəhid ailəsi üzvləri və qazilərimizin daimi işlə təmin olunması üçün addımlar atıb.

Səfər Mehdiyev gömrük xidmətinə qəbul olunan həmin şəxslərlə bir arada olmaq, çiyin-çiyinə çalışmağın böyük şərəf olduğunu deyib, onlara uğurlar arzulayıb.

Sonra gömrük orqanlarına işə qəbul olunanlar adından çıxış edən Vətən müharibəsi iştirakçıları – İlqar Əliyev və İqbal Səfərov Müzəffər Ali Baş Komandan İlham Əliyevə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, dövlətin iqtisadi müstəqilliyinin keşiyində duran gömrük orqanlarında xidmətdən daim qürur duyacaqlarını və bu yolda da öz səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrük xidmətinə qəbul olunan şəhid ailəsi üzvü və qazilərə rütbə və vəsiqələr təqdim edib.

Sonda şəhid və qazilərin valideynləri adından çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyiblər. Onlar şəhid ailələrinə, qazilərə xalqımızın və dövlətimizin qayğısından razı qaldıqlarını ifadə ediblər.

Previous Post

DGK-də Zəfər Gününə həsr olunan tədbir keçirildi

Next Post

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Bənzər yazılar

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

24 Sentyabr 2026 - 11:45

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu...

Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Xəzərdə zəlzələ olub

24 Sentyabr 2026 - 11:29

Xəzər dənizində zəlzələ olub. Bu barədə Elchi.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki,...

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

24 Sentyabr 2026 - 10:39

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi Bakı şəhəri, Nizami rayonunda yerləşən Heydər Əliyev...

Laçında dağlıq ərazidə yanğın olub – VİDEO

Laçında dağlıq ərazidə yanğın olub – VİDEO

24 Sentyabr 2026 - 09:44

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil...

Next Post
Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Son xəbərlər

Kriştianu Ronaldudan karyerasının sonu ilə bağlı açıqlama

Kriştianu Ronaldudan karyerasının sonu ilə bağlı açıqlama

24 Sentyabr 2026 - 12:21
Gürcüstanda zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

24 Sentyabr 2026 - 12:07
Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

24 Sentyabr 2026 - 11:54
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

24 Sentyabr 2026 - 11:45
Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair məlumalar həqiqəti əks etdirmir

Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair məlumalar həqiqəti əks etdirmir

24 Sentyabr 2026 - 11:38
Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Xəzərdə zəlzələ olub

24 Sentyabr 2026 - 11:29
“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

Zelenski Ukraynaya raket tədarükü ilə bağlı problemi etiraf edib

24 Sentyabr 2026 - 11:20
“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

24 Sentyabr 2026 - 11:13
Venesuelanın müvəqqəti prezidenti Rodriges: “Ölkədə demokratik keçid başlayıb”

Venesuelanın müvəqqəti prezidenti Rodriges: “Ölkədə demokratik keçid başlayıb”

24 Sentyabr 2026 - 11:02
AB və 51 ölkədən Rusiyaya atəşkəs çağırışı

AB və 51 ölkədən Rusiyaya atəşkəs çağırışı

24 Sentyabr 2026 - 10:53
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

24 Sentyabr 2026 - 10:45
FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

24 Sentyabr 2026 - 10:39
Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq

Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq

24 Sentyabr 2026 - 10:36
ABŞ-da super süni intellekt üçün 20 illik həbs cəzası təklifi

ABŞ-da super süni intellekt üçün 20 illik həbs cəzası təklifi

24 Sentyabr 2026 - 10:27
Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artırır

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artırır

24 Sentyabr 2026 - 10:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.