ABŞ Demokratik Partiyasının üzvləri “Patrick Leahy” və “Ceff Merkli” Vaşinqtonun Ukraynaya kaset bombaları vermək qərarını ciddi səhv adlandırıblar .
Elchi.az xəbər verir ki, onlar bu barədə “Washington Post” üçün məqalədə yazıblar.
“Bununla belə, prezident Bayden Ukraynaya kaset sursatlarının verilməsini təsdiqləyib. Bu, ciddi səhvdir”, – deyə siyasətçilər bildirib.
Leahi və Merkli həmçinin qeyd ediblər ki, Kiyevə kasset bombalarının tədarükü üçün ABŞ “dözülməz mənəvi və siyasi qiymət” ödəməli olacaq. Bundan əlavə, sursatların göndərilməsi Vaşinqtonun onilliklər boyu davam edən siyasətini ləğv edəcək və daha çox faciəyə səbəb olacaq.
“Biz Ukraynaya hərbi, iqtisadi və humanitar yardım göstərməyə davam etməliyik, lakin ABŞ-a layiq olan şəkildə”, – demokratlar yekunlaşdırıblar.
Ekspertlərin fikrincə, belə bir addım Ukraynanın NATO və Avropa İttifaqındakı müttəfiqlərinin tənqidinə səbəb ola bilər.
Nuranə Məmmədova