"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Daxili bazarda taxta-şalban ucuzlaşacaq

01 Aprel 2017 - 09:28
in XƏBƏR LENTİ
FacebookVatsap

Hökumət ixrac rüsumlarını artırdı: “Bu qərar idxal deyil, ixrac əməliyyatlarına aiddir”

Bunu da oxuyun

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə yenidən baxıb. Martın 28-də verilən və martın 30-da açıqlanan 113 nömrəli qərara əsasən, 30 gündən sonra bir çox çeşiddə meşə materialı ixracına görə ağır gömrük rüsumları ödəniləcək.
Meşə materialına rüsum tətbiq edilməsi Dövlət Gömrük Komitəsinin (DGK-nın) təşəbbüsüdür. Bu təşəbbüslə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər dövlət qurumları razılaşıb. Qərara əsasən, 1 kubmetr meşə materialı ixrac edəndən 1000 ABŞ dolları gömrük rüsumu tutulacaq.
Söhbət bütün növ meşə materialından deyil, 4401, 4403, 4404 və 4407 mal nomenklaturası üzrə təsnifləşdirilənlərdən gedir. Bu, şalban, emal edilməmiş meşə materialı, çəllək oduncağı, 6 mm-dən çox qalınlığı olan meşə materiallarıdır.
Dövlət Gömrük Komitəsinin illik hesabatlarına görə, 2015-ci ildə Azərbaycandan 611,9 kubmetr, ötən il bundan 3,9 dəfə çox – 2 min 388,2 kubmetr müxtəlif meşə materialı ixrac olunub. İxracatdan daxilolma isə artmaq əvəzinə, 7750,2 min dollardan 706 min dollara enib.
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında yeni tətbiq olunan gömrük rüsumunu dəyərləndirib və bunu meşə məmulatlarının ixracına məhdudiyyət qoyulması kimi şərh edib: “Bu qərar idxal deyil, ixrac əməliyyatlarına aiddir. Rüsumlar maksimum dərəcədə artırılıb ki, bu məhsulların ölkədən ixracının qarşısı alınsın. Artıq iş adamları üçün sözügedən kateqoriyaya daxil olan taxta-şalban məmulatlarının ixracı səmərəsiz olacaq. Burada iki məqsəd ola bilər. Birincisi, meşə təsərrüfatını qorumaq amacı, bir də xammal kimi deyil, həmin məhsulları burada emal etdikdən sonra ixrac etmək üçün stimul yaratmaq istəyi. Ancaq burada bir məqam da var ki, bu məhsulların bəzilərini biz Rusiyadan alıb reeksport (təkrar ixrac- N.L.) edirdik. Son gömrük göstəricilərinə görə, İraqa və İrana bu mallar reeksport olunurdu. İndi bu əməliyyatlar da səmərəsiz hala gələcək. İş adamları Rusiyadan mal alıb kiçik bir emaldan sonra xaricə reeksport edirdilər. İndi bu gömrük rüsumlarından sonra bu proses də dayanacaq”.
Bu qərarın ölkə daxilində qiymətlərə necə təsir edəcəyinə gəlincə, Natiq Cəfərli vurğuladı ki, məhz bu qərarda nəzərdə tutulan kateqoriyaya daxil olan məhsullar ucuzlaşacaq: “Əgər həmin məhsullar ölkəmizə idxal edilib, sonradan reeksport olunmayacaqsa, bazarda bolluq yaranacaq və bu da qiymətlərin enməsinə səbəb olacaq. Ancaq bunun ikinci təsir xüsusiyyəti o olacaq ki, bəzi iş adamları məhz reeksport prosesindən qazanc əldə edirdilər. İndi burada da çətinliklər yaranacaq, bu sahədən gələn valyuta ölkəyə daxil olmayacaq”.
İqtisadçı onu da vurğuladı ki, 1 kubmetr meşə materialına görə 1000 dollar rüsum ödənilməsi çox böyük rəqəmdir: “Bu bir növ meşə materiallarının ixracını qadağan etməyə bərabərdir. Bunu qadağa yolu ilə deyil, iqtisadi alətlə edirlər. Bu rüsumun tətbiq edilməsi, sadə dildə xaricə taxta-şalban ixrac etməyin deməkdir”.

Previous Post

BMT Qarabağ üzrə danışıqları bərpa etməyə çağırdı

Next Post

Rusiyadan bir gündə iki pis xəbər: Bakı narahatdır

Bənzər yazılar

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kriştianu Ronaldu Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə...

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38

Pentaqon Ukrayna üçün "Patriot" zenit-raket komplesinə texniki xidmət göstərilməsi və avadanlıqların tədarükü ilə bağlı "Raytheon" müdafiə korporasiyası ilə müqavilə bağlamaq...

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. Elchi.az "Haber Global"a...

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29

Fransa Prezidenti Emmanuel Makron məktəb şagirdləri və işçilərinin davam edən kütləvi etirazları ilə əlaqədar oktyabrın 6-sı axşam Yelisey sarayında nazirlərin...

Next Post

Rusiyadan bir gündə iki pis xəbər: Bakı narahatdır

Rusiyadan bir gündə iki pis xəbər: Bakı narahatdır

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.