Davudoğlu önə çıxır

🗓 16.08.2014 13:26 ✍️ "Elçi" qəzeti
Türkiyənin yeni baş naziri və AKP-nin sədri bəlli oldu - Avropa.info-nun xəbəri doğrulandıimg1618741
Türkiyədə baş nazir və AKP başqanı üçün Əhməd Davudoğlunun adı ön plana çıxır.
Avropa.info-nun məlumatına görə, 12-ci prezident xalqın səsiylə seçildikdən sonra baş nazir və AKP başqanı seçilməsi üçün müşavirələr başlayıb. AKP-nin müşavirəsində "Lider axtarmırıq, amma iki mühüm vəzifəni üstlənən güclü şəxs olmalıdır" fikri səslənib. Rəcəb Tayyib Ərdoğanın birbaşa rəhbərlik etdiyi iclasda bir nəfərin adının zərfin içində təqdim olunması istənilib.
Təqdim olunan zərflərin əksəriyyətində Əhməd Davudoğlunun adının yazıldığı məlum olub. AKP nümayəndələri, millət vəkillərinin çox hissəsi də Davudoğlunun adını yazdığını etiraf edib. Müşavirədə "Bizim əsl liderimiz Ərdoğandır. Başqa lider axtarmırıq. Lakin seçiləcək başqan və baş nazir daimi, güclü biri olmalıdır" sözləri qeyd edilib. Həmçinin qeyd edilib ki, seçiləcək şəxs 2015-ci ildə keçiriləcək seçkilərə gənc, dinamik və güçlü bir komanda ilə girərək Ərdoğanın Köşkdə tək qalmasına imkan verməyəcək şəxs olmalıdır.
Müşavirənin son nəticəsi 21 avqustda Mərkəzi İdarə Heyyətində açıqlanacaq. İctimaiyyətə açıqlanıb-açıqlanmamasına da həmin iclasda qərar veriləcək. baş nazir Ərdoğan 27 avqusta qədər vəzifəsində qalacaq. Konqresdə istefa verərək partiya başqanlığı vəzifəsini davamçısına verəcək. Bir gün sonra andiçmə mərasimi keçiriləcək 29 avqustda isə hökuməti qurmaq üçün yeni partiya başqanına səlahiyyət verəcək.
Xarici işlər naziri Əhməd Davudoğlu Karsa səfərində "Baş nazirlik üçün sizin adınız keçir" sualına "O məsələyə toxunmayaq" deyib. Karsda məscidə gələn ardoğana isə yerli sakinlər "Sayın baş nazirimiz, xoş gəlmisiniz" deyərək xitab ediblər.
 

Bənzər yazılar