"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

David Kramer: “Azərbaycan hökumətinə bəyanatlar işləmir”

13 Dekabr 2014 - 10:43
in XƏBƏR LENTİ
FacebookVatsap

img1701701Vaşinqtonda Azərbaycana sanksiyalar müzakirə olundu

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

ABŞ paytaxtı Vaşinqton şəhərində Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı forum keçirib. “ABŞ-ın sanksiyaları Azərbaycan dissidentlərinə kömək edə bilərmi?” adı ilə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç, “Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda isə Makkeyn İnstutunda insan hüquqları və demokratiya üzrə baş direktor vəzifəsini tutan David Kramer, eləcə də AZAD təşkilatının prezidenti Elmar Şahtaxtinski və vitse-prezidenti Qorxmaz Əsgərov çıxış ediblər.
İlk çıxış edən Riçard Kazlariç Azərbaycanda hüquq pozuntularının vüsət almasının ABŞ-Azərbaycan münasibətlərinə təsirindən danışdı.  Onun sözlərinə görə jurnalist Xədicə İsmayılovanın və hüquq müdafiəçiləri Leyla və Arif Yunusların həbsləri İlham Əliyev hökumətinin avtoritarizmə doğru irəliləyişində son addımlardır və rəsmi Vaşinqton Əliyevə ciddi cavab vermək haqda düşünməldir.
Jurnalistlərin və hüquq müdafiəçilərinin həbs olunmalarının qəbuledilməz olduğunu vurğulayan cənab Kazlariç onun Azərbaycanda səfir işlədiyi dönəmdən bəri çox şeyin dəyişdiyini, insan haqları və demokratiya sahəsində isə durumun bərbadlaşdığını önə çəkdi,
Görkəmli jurnalist Xədicə İsmayılovanın həbsi Qərb-Azərbaycan münasibətlərində fundamental dəyişikliyə çağırışlarla müşayiət olunur.
“Biz Azərbaycan xalqı ilə təmas qurmağın yollarını aramalıyıq.  Ənənəvi metodlar artıq işləmir.  Vəziyyət orada günü-gündən pisləşir,” deyə sabiq səfir Vaşinqtonu Azərbaycanla münasibətlərə yenidən baxmağa çağırdı.
Azərbaycanda prezident administrasiyası rəhbəri Ramiz Mehdiyevin son məqaləsinə toxunan cənab Kazlariç bu yazını ABŞ-Azərbaycan münasibətlərində mühüm dönüş nöqtəsi adlandırdı.  Sabiq səfir qeyd etdi ki, ABŞ-ı Azərbaycanda siyasi sabitliyə başlıca təhlükə kimi qiymətləndirməklə cənab Mehdiyev Azərbaycan hökumətinin Qərbə münasibətinin arxasında hansı düşüncələrin dayandığını faş etdi.
Riçard Kazlariç əlavə etdi ki, ABŞ avropalı müttəfiqləri ilə birgə işləyərək Azərbaycan hökumətinə qarşı konkret ölçüləri nəzərdən keçirməlidir.  Bunların sırasında o, xüsusi olaraq ABŞ vətəndaşlarının Azərbaycana səyahət etməsinə dair xəbərdarlıq verilməsinin vacibliyini vurğuladı.
“Azərbaycana gedən amerikalılar bilməlidirlər ki, onlar orada izləniləcək, onları orada otel otaqlarında və başqa özəl məkanlarda videokameraya çəkəcəklər.  Azərbaycan hökumətinin mediadakı bərbəzəkli reklamlarına baxmayaraq turistlərə aydın edilməlidir ki, Azərbaycanda onların başlarına pis şeylər gələ bilər.”
Freedom House təşkilatının sabiq direktoru David Kramer ABŞ üçün Azərbaycan kimi “artan şəkildə korrupsioner və avtoritar” rejimlə yaxşı münasibətlər saxlamağın çətin olduğunu bəyan etdi. Onun sözlərinə görə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan təkcə Qərb dəyərlərinə deyil, universal dəyərlərə hörmət etmir.
“Bu ölkədə olan siyasi məhbusların sayı Rusiya və Belarusda mövcud olan siyasi məhbusların sayından iki dəfə çoxdur.  Biz Rusiyaya və Belarusa sanksiyalar tətbiq edirik.  Axı Azərbaycan niyə fərqli olmalıdır?”
Cənab Kramer prezident İlham Əliyevə Azərbaycanda həyata keçirdiyi siyasi həbslərə görə bədəl ödətdirməyin vacibliyini vurğuladı.  Onun fikrincə, Xədicə İsmayılovanın həsbi göstərdi ki, belə bir hökumətə bəyanatlar işləmir.
Tədbir iştirakçıları İlham Əliyevin Amerika ilə yox, Vladimir Putinlə oxşar dəyərlər paylaşdığını önə çəkdilər.
“Sözdən işə keçmək vaxtı çoxdan gəlib çatıb,” deyə cənab Kramer Azərbaycan hökumətinə əməllərinin ona baha başa gələcəyini sübut etmək məqamının çatdığını bildirdi.  Konkret olaraq o, prezident İlham Əliyevin sevimli hobbisi olan beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinə nəzər yetirməyin mühümlüyünü qeyd etdi.
“İlham Əliyev ölkədə mötəbər yarışlar keçirməklə beynəlxalq arenada hörmət qazandığını göstərməyə can atır. Bu kimi yarışların müqabilində ona siyasi məhbusları azad etdirmək lazımdır.  Əks təqdirdə, sadəcə ona öz rejimini təşviq etmək imkanı verilir.”
David Kramer hazırda demokratiya ilə diktatura arasında müharibə getdiyini bildirdi.  Bu müharibədə ABŞ-ın öz prinsiplərinə sadiq qalmalı olduğunu vurğulayan cənab Kramer Azərbaycanda mövcud olan rejimin hazırda əks mövqedə yer aldığını bildirdi.
“Dəyərlərimizi paylaşmayan rejimləri Qərb institularına cəlb etmək səhv yanaşmadır.  Onlar bizi dəyərlərimizi qəbul etmək əvəzinə onları korrupsiyaya uğradırlar.  Biz bunun fəsadlarını Avropa Şurasında və başqa qurumlarda görürük.  Mən Azərbaycan kimi ölkələrin bu qurumlarda təmsil olunmasını istəmirəm.”
Daha sonra tədbirdə çıxış edən AZAD təşkilatının vitse-prezident Qorxmaz Əsgərov Azərbaycanda siyasi durumun İlham Əliyev hakimiyyətdə gəldiyi gündən bəri davamlı şəkildə pisləşdiyinə diqqət çəkdi.  Onun sözlərinə görə Azərbaycan hökuməti son 11 il ərzində siyasi proseslərə yanaşmasında ardıcıllıq nümayiş etdirib – sistematik şəkildə sivil cəmiyyətin hüdudlarını daraldıb.  Qərb isə İlham Əliyev hökumətinin basqılarına əsasən real əmələ söykənməyən bəyanatlarla, qarışıq siqnallarla cavab verib.  Nəticə Azərbaycandə pisləşən insan haqları və soyuqlaşan ABŞ-Azərbaycan münasibətləri olub.
Previous Post

David Kramer: “Azərbaycan hökumətinə bəyanatlar işləmir”

Next Post

Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq keçiriləcək

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq keçiriləcək

Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli hərbi dialoq keçiriləcək

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.