"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Daşnak yazardan SENSASİON AÇIQLAMA: “Ermənilər ölüb, onları basdırmağa kimsə tapılmır…”

19 Oktyabr 2023 - 17:54
in SİYASƏT
FacebookVatsap

Erməni İnqilabi Federasiyası (Daşnaksutyun-1890-çı ildə yaranıb) və Amerika Erməniləri Milli Komitəsinə (1918-ci ildə yaranıb) yaxınlığı ilə tanınan “Armenian Weekly” (1934-cü ildən fəaliyyətdədir) saytında “We’re dead, and there’s no one to bury us” (Biz ölmüşük, bizi basdımağa kimsə tapılmır) adlı məqalə Qarabağ ermənilərinin Ermənistana kütləvi köçündən bəhs edir. Məqaləni adı çəkilən saytın redaktor müavini Lillian Avedian qələmə alıb. Həcminə görə “bir kitablıq” olan məqalədə Qarabağ ermənilərinin fikir və düşüncələrinə xüsusi diqqət yetirilib.

Bunu da oxuyun

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

Biz Azərbaycan oxucusu üçün maraqlı ola biləcək bəzi məqamlara toxunacağıq. Elə oradan başlayaq ki, məqalənin adı olduqca ilgincdir və mövcud reallığı əks etdirir. Qarabağ erməniləri hal-hazırda Ermənistanda ağır şərtlər altında yaşayırlar. Bir şeyi də mütləq nəzərə almaq lazımdır ki, bu məqaləni bir daşnak yazıb. Daşnaklar isə erməni faşizminin “xaç atası” kimi tanınır. Və onlar 1890-cı ildən üzü bəri türklərə qarşı ölüm-dirim savaşı aparırlar. Mustafası o ki, bu yazı bizim yağı düşmənimizin qələmindən çıxıb…
“Patriot” ermənilər Qarabağ ermənilərinin “qanını içir”.

Belə ki, on minlərlə Qarabağ ermənisinin Ermənistana qəfil axını ölkədə kirayə evlərin qiymətini kəskin şəkildə qaldırıb. Müəllif bununla bağlı yazır: “Ermənilərin “artsax”dan gəlişindən sonra ev sahibləri mənzillərin qiymətini iki-üç dəfə artırdılar. Torozyan deyir ki, əvvəllər aylıq kirayəsi 40 min dram, təxminən 100 dollar olan evin qiyməti indi 90 min drama yüksəlib, demək olar ki, 225 dollardır. 12 nəfərdən ibarət olan Sirun ailəsi Hariç kəndində ayda 350.000 dram, təxminən 871 ABŞ dolları qarşılığında kirayə evdə qalır”…
Təsəvvür edə bilirsinizmi, Ermənistanın hansısa kəndində 12 nəfərin qalması üçün kirayə verilən mənzilə görə 871 dollar tələb olunur. İndi görün paytaxt daxil olmaqla digər iri şəhərlərdə kirayə evlərin qiyməti neçəyə ola bilər. “Patriot” ermənilər evsiz-eşiksiz qalmış soydaşlarının hesabına varlanmağa çalışırlar…
Tiqran niyə Mayk oldu?

Lillian Avedian yazır: “Bu ailə ilə hücumdan üç həftə sonra Ermənistanda tanış oldum. Mayk və onun iki bacısı “artsax”a hücumdan sonra qorxudan danışa bilmirmiş. İndi onlar yenidən danışmağa başlayıb. “Hər kəs ona Mayk adını qoyduğuma təəccübləndi”, Sirun mənə deyir. “Dedilər ki, mən ona erməni şahlarından biri olan Tiqran kimi erməni adı qoymalıydım. Sanki ürəyimə damıbmış ki, “artsax”ı tərk edib xaricə gedəcəyəm”.
Yəni bu məqam özülüyündə çox şeydən xəbər verir. Qarabağdakı separatçı ermənilər hələ antiterror əməliyyatından çox-çox əvvəl xaricə daşınmaq haqqında düşünürmüşlər. Ona görə də uşağa erməni adı yox, məhz Qərbdə xüsusi ilə populyar olan Mayk adı veriblər…

“Biz geridə bir ermənini qoyacağıq, qoyacağıq ki, muzey eksponatı kimi qalsın”

Sirun azərbaycanlıların “artsax”a son hücumuna fərqli yanaşır. O, bunu etnik təmizləmə adlandırır. “Onların məqsədi etnik təmizləmə idi. Təlat Paşa hələ o vaxt demişdi ki, biz geridə bir ermənini qoyacağıq, qoyacağıq ki, muzey eksponatı kimi qalsın” – deyən Sirun Osmanlı liderini və 1915-ci ildə başlayan erməni “soyqırımı”nın memarlarından birinin fikrinə istinad edir”.

“Biz ölərik, ancaq türkün çörəyini yemərik”


Məqalədə qeyd olunur:

“Paytaxtdan kənarda Azərbaycan əsgərləri tərəfindən blokadaya alınmayan şəhər və kəndlərin sakinləri “Stepanakert” hava limanında fəaliyyət göstərən Rusiyanın “artsaxda”kı sülhməramlı missiyasının bazasına təxliyə edilib. Hava limanında yemək və su az idi. Rusiya sülhməramlıları Azərbaycandan gətirilən çörəyi təklif etsələr də, bir çoxları onu yeməkdən imtina edib. “Uşaqlarımızı öldürürlər, sonra biz onların çörəyini yeyək?”, bir qadın mənə dedi. “Onların verdiyi unu yeməkdənsə ac qalmaq daha yaxşıdır. 9 ay dözmədikmi?”.
Yazıda giley-güzar, narazılıq, ümidsizlik baş alıb gedir. Məsələn, bir erməni qadın deyir: “İt belə bizim yerimizə olsaydı çoxdan ölmüşdü”. Yəni biz o qədər əzab-əziyyət çəkmişik. Ancaq sözügedən məqalədə də qeyd edilir ki, antiterror əməliyyatı zamanı 200 nəfər ölüb. Onlardan yalnız 20 nəfəri mülki şəxsdir. Onu da qeyd etmək lazımdır ki, İsrailin Al-Ahli Baptist xəstəxanasına endirdiyi raket zərbəsi nəticəsində 500-700 mülki şəxsin öldüyü bildirilir. Azərbaycan Ordusu isə Qarabağda yalnız legitim hərbi obyektlərə nöqtə zərbələr endirdi. Nəticədə mülki şəxslər arasındakı itki minimum səviyyədə oldu. Əminəm ki, Azərbaycan Ordusunun bu məharəti hələ uzun müddət beynəlxalq səviyyədə müzakirə olunacaq…

“Biz Azərbaycanda qala bilərdik”

Daşnak müəllif yazır: “Görüşdüyüm “artsax” ermənilərinin hamısı yekdil fikirdə idi: qorxusuz-ürküsüz Azərbaycan hakimiyyəti altında yaşamaq mümkün deyildi. Sirun bildirib ki, əgər Azərbaycan “artsax “ermənilərinin hüquq və təhlükəsizliyinə, o cümlədən onların dili, mədəniyyəti və kimliyi ilə bağlı beynəlxalq təminatlara razılıq versəydi, o, qalardı. “Artsax”ın statusu ilə bağlı danışıqlar zamanı Ermənistan dəfələrlə bu cür beynəlxalq təminatların verilməsini tələb etmişdi, lakin Azərbaycan “artsax”ın idarə edilməsinin daxili məsələ olduğunu təkid edərək qəti şəkildə Ermənistanın bu təklifindən imtina etmişdi. “44 günlük müharibə, bu qədər itkilər olmasaydı, sovet dövründəki kimi qonşu kimi yaşamaq mümkün olardı. Lakin bu qədər itki və düşmənçilikdən sonra bu, mümkün deyil”, Sirun bildirib.

“Bütün bu ölümlərdən sonra, 9 ay ərzində işgəncələrə məruz qaldıqdan sonra biz necə qala bilərdik?” Məryəm məndən soruşur. “Mən üç oğlumu orada necə saxlaya bilərdim?”

“Bizimlə normal davranacaqlarına əmin olsaydıq, qalardıq. Heç kim evini tərk etmək istəmir. Ancaq səninlə necə davranacaqlarını biləndə, qalmaq istəmirsən”, onlar deyir”.


Gördüyünz kimi, hətta daşnak müəllif etiraf edir ki, bir çox ermənilər Azərbaycanda qalmaq istəyirmiş. Sadəcə olaraq separatçı rejimin ağılsızlığı ucbatından bu, mümkün olmayıb. Çünki məhz onlar Azərbaycan tərəfinin reinteqrasiya ilə bağlı təkliflərini rədd ediblər. Separatçı rejim Ermənistanın və beynəlxalq havadarlarının köməyi ilə Azərbaycana dirəniş göstərmək yolu tutdu və bunla da on minlərlə erməninin həyatını təhlükə altına atdı…

Benzin çəni niyə partladı?

Məqalədə bu suala da cavab verilir. Deyilir ki, baş vermiş partlayışın səbəbi yerli ermənilərin səhlənkarlığı olub: “Sentyabrın 25-də Xankəndidə yanacaq anbarında baş verən qəfil partlayış və yanğın kütləvi evakuasiyanı daha xaotik və faciəli etdi. Ermənistana uzun yolda yanacaq almaq üçün anbarın yaxalığında yüzlərlə avtomobil növbəyə düzülmüşdü. Partlayış nəticəsində azı 200 nəfər həlak oldu”.
Qarabağ erməniləri müəllifə onu da deyiblər ki, Azərbaycan sərhədçiləri tərəfindən təzyiqlərə və hədə-qorxuya məruz qalıblar.

Azərbaycan sərhədçilərinin ermənilərin guya qızıllarını və zinət əşyalarını oğurladıqları barədə məlumatlar var. Sirun yolun kənarına səpələnmiş İsa və Məryəmin fotolarını gördüyünü iddia edib. Guya onun qabağında olan maşından qışqırıblar ki, maşının salonundan asılmış xaçı gizlədin. O, xaçı götürüb və keçid məntəqəsinin o biri tərəfinə çatana qədər gizlədib”…

Azərbaycan əsgəri ermənilərin qızıl və zinət əşyalarını oğurlayıbmı? Əminəm ki, bu, növbəti uydurmadır. Mən ingilisdilli erməni mətbuatını yaxından izləyirəm. İlk dəfədir ki, Azərbaycan əsgəri haqqında belə bir ittiham səslənir. Daha əvvəl ingilisdilli erməni mətbuatında Azərbaycan əsgərlərinin erməni qızları zorlaması haqqında məlumat yayılmışdı. Maraqlıdır ki, Ermənistanın özündə belə yalanlar yazılmır. Ancaq ingilisdilli auditoriya üçün bu kimi yalanlar uydurulur…

Daşnak müəllifin məqaləsi belə bir sonluqla bitir: “30 il ərzində biz “artsax”da rahat yatmadıq. Ruhumuzda heç vaxt dinclik və rahatlıq olmayıb. Amma heç vaxt düşünməmişdik ki, bir gün gələcək və biz buranı tərk edəcəyik”, – deyə Sirun bildirib”. Maraqlı etirafdır, elə deyilmi? Axı ermənilər Xocalıda kütləvi qırğın törədəndən sonra Qarabağda necə rahat yaşaya bilərdi?.. Bəli, özlərinin də etiraf etdiyi kimi, ermənilər ölüb, ancaq onları basdırmağa kimsə tapılmır…

P.S Bəzi dostlarımız deyir ki, daşnakların anti-Azərbaycan çıxışlarının üzərindən sükutla keçsək, yaxşıdır. Məncə, bu, yanlış yanaşmadır. Erməni məsələsində Azərbaycan sonuna qədər haqlıdır. Ona görə də ermənilərin bütün yalan-palanlarını ifşa etmək lazımdır. Yəni Azərbaycan olaraq biz müdafiədə yox, hücumda oynamalıyıq. Məntiq onu deyir ki, Azərbaycan əsgəri ermənilərlə qaba davransaydı bunu əks etdirən müəyyən video-kadrlar olardı. On minlərlə adam Qarabağı tərk edib. İndi hər kəsin əlində bir mobil telefon var. Ən azı bu kobudluğun müəyyən fraqmentləri telefonların yaddaşında ilişib qalmalıydı. Ancaq belə bir fakt yoxdur. Heç olmayacaq da. Çünki Azərbaycan Ordusu mərkəzdən gələn zərgər dəqiqliyi ilə hesablanmış əmrləri icra edirdi. Özü də son dərəcə məsuliyyətlə…



Elbəyi Həsənli, Sürix

Previous Post

Daşnak yazardan SENSASİON AÇIQLAMA: “Ermənilər ölüb, onları basdırmağa kimsə tapılmır…”

Next Post

Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək

Bənzər yazılar

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09

Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41

Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları...

YAP-ın VIII Qurultayı başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

02 Oktyabr 2026 - 16:24

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub. Elchi.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib....

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək

Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək

Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək

Azərbaycanda bu şəxslər müəllim ola bilməyəcək

Son xəbərlər

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.